Məhkəmə qərarları › İş №2(011)-758/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-758/2024

10.05.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-758/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın rəhbəri X1 iştirakları ilə, İddiaçı cavabdeh “X6” MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh “X6” MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh MTK-nın direktoru Hikmət Yigitdöl arasında mənzillərin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ona Cavabdeh MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda 5-ci mərtəbəsində, ümumi sahəsi 122 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1234 manat olmaqla ümumi dəyəri 150548 manat olan 22 saylı mənzilin, həmçinin eyni blokda, eyni mərtəbədə yerləşən, ümumi sahəsi 124 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1232 manat olmaqla, ümumi dəyəri 151782 manat olan 24 saylı mənzilin, yenə eyni mərtəbədə yerləşən, ümumi sahəsi 136 kv.m-dən ibarət olan 3 otaqlı, 1 kv.m 1232 manat olmaqla, ümumi dəyəri 167824 manat olan 21 saylı mənzilin dəyərlərini tam şəkildə ödəməklə MTK-dan satın almışdır. Qeyd olunan mənzillərin dəyərinin tam şəkildə ödənilməsinə dair MTK tərəfindən hər bir mənzil üçün ayrı-ayrılıqda müvafiq maliyyə arayışları da verilmişdir. Aralarındakı xx.xx.2014-cü il tarixli müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinin tələbinə əsasən MTK müqavilə şərtlərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 136 kv.m olan 21 nömrəli, ümumi sahəsi 122 kv.m olan 22 nömrəli və ümumi sahəsi 124 kv.m olan 24 nömrəli mənzilləri payçıya, yəni alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrə və ona verilmiş maliyyə arayışlarına əsasən iddiaçı tərəfindən sözügedən mənzillərin dəyərinin tam ödənilməsinə və yaşayış binasının tikintisinin başa çatdırılmasına baxmayaraq cavabdeh tərəfindən heç bir əsaslı səbəb göstərilmədən sözügedən mənzillər hal-hazıradək ona təhvil verilməmişdir. Halbuki, dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh mənzillərə daxil olmağına maneə yaratmış və nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. Hal-hazırda da pozulmaqda davam edir. Çarəsiz qalıb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, həmin mənzillərin ona təhvil verilməsi, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə cavabdehə müvafiq pretenziya məktubu da ünvanlamışdır. Ünvanlanmış olduğu xx.xx.2023-cü il tarixli pretenziya məktubu cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə götürülmüş, lakin bugünə kimi heç bir tədbir görülməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, “267” saylı sərəncamı əsasında cavabdeh tərəfindən inşa olunan yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzilin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın rəhbəri X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən Cavabdeh MTK-nın Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospektində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillər İddiaçı satılmış və dəyəri tam ödənilmişdir. İddiaçı satılmış mübahisəli 21, 22 və 24 saylı mənzillər iddiaçıdan əvvəl "xxxx" KB ASC-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulmuşdur. Sonradan İddiaçı, Cavabdeh MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalanmışdır. Həmin protokola əsasən əvvəlcədən "xxxx" KB ASC-nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis verilmiş və "xxxx" KB ASC isə həmin mübahisəli (21,22 və 24 saylı mənzil) mənzillərin İddiaçı satılmasına etiraz etməmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış şifahi razılaşmaya əsasən İddiaçı satılmış 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcəkdir. "xxxx" KB ASC isə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcəklərini və bundan sonra Sənan və Hikmet adlı şəxslərin borcunu MKR-dən siləcəklərini bildirmişlər. Hal-hazırda isə Cavabdeh MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Xətai rayonu, Xocalı Prospektində inşa etdiyi çoxmərtəbəli yaşayış binasının istismara qəbul aktı olmadığından həmin binaya çıxarış alınması mümkün deyildir. İddiaçı Cavabdeh MTK ilə arasında şifahi razılaşmaya əməl etməmiş, Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinmədən iddia qaldıraraq mübahisəli 21, 22 və 24 saylı mənzillərin ona verilməsinə dair iddia qaldırması ona verilən hüquqdan suiistifadə etməsi deməkdir. Qeyd olunanlara əsasən Cavabdeh MTK-nın rəhbəri X2 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 may 2014-cü il tarixli müqavilənin surətindən məlum olur ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yeksək mərtəbəli binanın tikintisi çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbə 136 m2, 21 nömrəli 3 otaqlı mənzili “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A2 blokunda 5-ci mərtəbədə 136 m2, 21 nömrəli 3 otaqlı mənzili “Payçı” ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən təhvil veriləcək sahə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 136 m2, 1 m2 dəyəri 1234 manat, cəmi dəyəri 167824 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A2 blokunda 5-ci mərtəbə 136 m2, 21 nömrəli 3 otaqlı mənzil İddiaçı məxsusdur, pay dəyəri 167824 manat tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 14 may 2014-cü il tarixli müqavilənin surətindən məlum olur ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yeksək mərtəbəli binanın tikintisi çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbə 122 m2, 22 nömrəli 3 otaqlı mənzili “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A2 blokunda 5-ci mərtəbədə 122 m2, 22 nömrəli 3 otaqlı mənzili “Payçı” ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1ci maddəsinə əsasən təhvil veriləcək sahə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 122 m2, 1 m2 dəyəri 1234 manat, cəmi dəyəri 167824 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A2 blokunda 5-ci mərtəbə 122 m2, 22 nömrəli 3 otaqlı mənzil İddiaçı məxsusdur, pay dəyəri 150548 manat tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan 14 may 2014-cü il tarixli müqavilənin surətindən məlum olur ki, Cavabdeh MTK ilə İddiaçı arasında müqavilə bağlanmış həmin müqaviləyə görə Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksək mərtəbəli bina MTK üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına tikilir. Buna əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yeksək mərtəbəli binanın tikintisi çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbə 124 m2, 24 nömrəli 3 otaqlı mənzili “Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.1-ci maddəsinin "xxxx" bəndinə əsasən tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yeni tikilmiş Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın A2 blokunda 5-ci mərtəbədə 124 m2, 24 nömrəli 3 otaqlı mənzili “Payçı” ya təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1ci maddəsinə əsasən təhvil veriləcək sahə Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 124 m2, 1 m2 dəyəri 1234 manat, cəmi dəyəri 167824 manat müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A2 blokunda 5-ci mərtəbə 124 m2, 24 nömrəli 3 otaqlı mənzil İddiaçı məxsusdur, pay dəyəri 151782 manat tam ödənilmişdir, borcu yoxdur. İş materiallarında olan Cavabdeh MTK-nın sədri H.S.Yigitdol və "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman tərəfindən imzalanmış 14 may 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən qeyri-yaşayış binasındakı A1, A2 blokların orta hissəsində, 4-cü mərtəbəsində 23 nömrəli 170 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi (ofis) QSC "xxxx" KB-yə məxsusdur. Bu üç tərəfin razılığı ilə yazılmış maliyyə arayışı Hikmət Yigitdol, Sənan Novruzov, QSC "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman kreditlərdən qalan borc əvəzində verilmişdir. Hikmət Yigitdol, Sənan Novruzovun "xxxx" KB-yə heç bir borcu qalmamışdır. Bundan öncə bağlanan yaşayış və qeyri-yaşayış sahələrinə aid bütün müqavilələr etibarsız hesab edilir. Pay dəyəri olan 850000 manat tam ödənilmişdir. Borcu yoxdur. İş materiallarında olan X3 tərəfindən Cavabdeh MTK-nın sədri H.S.Yigitdölə ünvanlanmış 11 sentyabr 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış 14 may 2014-cü il tarixli müqaviləyə əsasən özünə məxsus mənzillərin 10 gün ərzində ona təhvil verilməsini, əks təqdirdə tərəfindən Cavabdeh MTK barəsində aidiyyəti üzrə məhkəməyə və hüquq mühazifə orqanlarına müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra Mülki Məcəllənin maddələrinə istinad ediləcək) müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.( 389.1-ci maddəsi) Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. (390-cı maddə). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. (390.5.-ci maddə). Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır.(405-ci maddə) Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. (385.1-ci maddə) Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. (Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404.1-ci maddəsi) Məhkəmə tərəflər arasında bağlanmış müqavilənin şərtlərini təfsir edərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış 04 yanvar 2014-cü il tarixli müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edən qarışıq müqavilə olduğu üçün hazırki iddianın həlli üçün mülki qanunvericiliyin podrat və alqı-satqı ilə bağlı normaları tətbiq edilməlidir. Podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (752.1-ci maddə) Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. (752.2-ci maddə) Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.(769-cu maddə) Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (567-ci maddə) Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. (568.1-ci maddə) Əgər satıcı satılmış əşyanı alıcıya verməkdən imtina edirsə, alıcı alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər. Satıcı fərdi-müəyyən əşyanı verməkdən imtina etdikdə alıcı satıcıya qarşı bu Məcəllənin 452-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürə bilər. (575-ci maddə) Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. (452-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. (442-ci maddə) Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (448-ci maddə) Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Beləliklə, mülki işin faktiki hallarından və məhkəmədə bilavasitə tədqiq olunmuş sübutlardan müəyyən edilir ki, İddiaçı ilə cavabdeh “X6” MTK arasında 14 may 2014-cü il tarixli müqavilələr imzalanmış, həmin müqavilələrin 1.3-cü bəndinə əsasən, Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən ‘’Hom-Paş Prestij’’ MTK Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilən yüksəkmərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın A2 blokunda 5-ci mərtəbə 136 m2, 21 nömrəli 3 otaqlı mənzili, 122 m2, 22 nömrəli 3 otaqlı mənzili və 124 m2, 24 nömrəli 3 otaqlı mənzili Kooperativ” “Payçı”ya (sahəsini tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdələrinə götürmüşlər. Həmin müqavilələr üzrə iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, qeyd edilən mənzillərin dəyərini tam olaraq cavabdehə ödəmişdir. Bununla bağlı Cavabdeh MTK tərəfindən verilmiş 14 may 2014-cü il tarixli maliyyə arayışları verilmişdir. Lakin həmin mənzillər hazıradək iddiaçıya təhvil verilməmişdir. Cavabdeh MTK-nin rəhbəri məhkəmə iclasında iddia tələbinə etiraz edərək, mübahisəli 21, 22 və 24 saylı mənzillərin iddiaçıdan əvvəl "xxxx" KB ASC-yə Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin borcunun əvəzində girov qoyulduğunu, İddiaçı, Cavabdeh MTK və "xxxx" KB ASC arasında xx.xx.2014-cü il tarixli razılaşma protokolu imzalandığını, həmin protokola əsasən əvvəlcədən "xxxx" KB ASC-nin xeyrinə girov qoyulmuş A2 blokunda 21 saylı, 22 saylı və 24 saylı mənzillərin əvəzində Cavabdeh MTK tərəfindən "xxxx" KB ASC-yə həmin binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofis veridlyini və "xxxx" KB ASC-nin isə həmin mübahisəli (21, 22 və 24 saylı mənzil) mənzillərin İddiaçı satılmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış şifahi razılaşmaya əsasən İddiaçı satılmış 21, 22 və 24 saylı mənzillər Hikmet Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcu Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) silindikdən sonra təhvil veriləcək, "xxxx" KB ASC isə Hikmət Yiğitdöl və Sənan Novruzov adlı şəxslərin "xxxx" KB ASC-yə olan borcunu Mərkəzləşdirilmiş Kredit Reyestrindən silinməsinin ancaq onlara borc əvəzi verilmiş ümumi sahəsi 170 kv.m olan tam təmirli 23 nömrəli ofisin mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış aldıqdan sonra balansa keçirəcək və bundan sonra Sənan və Hikmət adlı şəxslərin borcunu MKR-dən siləcəklər. Lakin cavabdehin etirazında qeyd etdiyi hallar heç bir mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, cavabdeh məhkəməyə sübut qismində Hom-Paş Prestij” MTK-nın sədri H.S.Yigitdol və "xxxx" KB-nin İdarə heyətinin sədri S.Kriman tərəfindən imzalanmış 14 may 2014-cü il tarixli maliyyə arayışını təqdim etsə də, həmin arayışın iddiaçının mənzillərinə aid heç bir xüsusat öz əksini tapmamışdır. Etiraz ərizəsində qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında şifahi razılaşmanın olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işin faktiki hallarını və mülki işdə olan sübutları nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 14 may 2014-cü il tarixli müqavilələr üzrə İddiaçı təhvil verilməli olan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzilin Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh “X6” MTK-ya qarşı “mənzillərin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh “X6” MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının A2 blokunda, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilin, ümumi sahəsi 124 kv.m olan 3 otaqlı 24 saylı mənzilin və ümumi sahəsi 136 kv.m olan 3 otaqlı 21 saylı mənzilin İddiaçı təhvil verilməsi cavabdeh ‘’Hom-Paş Prestij’’ MTK-ya həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar