Məhkəmə qərarları › İş №2(011)-7584/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7584/2021

28.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7584/2021 28.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi Bakı şəhəri 37 saylı notariat ofisini maraqlı şəxs qismində gəlb etdiyi “vərəsəlik hüququnun tanınmasına dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 37 saylı notariat ofisini maraqlı şəxs qismində gəlb etdiyi “vərəsəlik hüququnun tanınmasına dair” ərizə ilə müraciət edərək əri X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, 14 saylı evin, 127 saylı mənzilindən ibarət miras əmlakın onun tərəfiindən qəbul edilməsi faktının müəyyən edilməsi və həmin mənzilə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal mənzili X6 mülkiyyətindədir. Həmin daşınmaz əmlak X11 tərəfindən Bakı şəhəri 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 3M-A2/259 reyestr nömrəli, 12.05.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 alınmış, 22.09.1998-ci il tarixində Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya MH, 169765 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. X11 onun həyat yoldaşıdır və 28.10.2009-cu il tarixində vəfat etmişdir. 1980-ci ilin sentyabr ayında rayonda olduğu zaman Laçın rayonundan olan məcburi köçkün düşən X21 mənzilin qapısını sındıraraq həyat yoldaşı X12 ilə birlikdə mənzili zəbt edirlər. Bundan sonra əri tərəfindən Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə məhkəməyə müraciət olunur və həmin məhkəmənin 2-1060 saylı, 17.07.2000-ci il tarixli qətnaməsi ilə X21 və X12 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılaraq Yeni Yasamal 1, ev 14, mənzil 191-ə köçürülməsi qət edilmişdir. Lakin, başqa yaşayış sahəsi verilməyinə baxmayaraq cavabdehlər məcburi köçkün olduqları səbəbindən məhkəmə qətnaməsi icra edilmir. 2014-cü ildə mənzilə baş çəkməyə getdikdə bəlli olur ki, əvvəllər mənzili zəbt etmiş şəxslər mənzili Musayev Elnura satmışlar və Elnur həyat yoldaşı Ülviyyə və iki azyaşlı uşaqları ilə birlikdə orada faktiki yaşayırlar. Elnur Musayev ailəsi ilə birlikdə Yeni Yasamal 1, ev 14, mənzil 215-ə məcburi köçkün kimi müvəqqəti qeydiyyatda olmasına baxmayaraq, mənzili Səfərov Talehdən aldığını, ona görə də boşaltmayacağını bildirir. Sonradan adları yuxarıda qeyd olunan sonuncu şəxslərin həmin mənzildən çıxarılmaları ilə bağlı məhkəməyə müraciət etməli olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2015-ci il tarixli, 2(004)-3123/2015 saylı qətnaməsi ilə iddia təmin edilərək, X7, X3, azyaşlı uşaqları X32 ğlunun, X10 Bakı şəhəri, Yeni Yasamal 1, ev 14, mənzil 127 vanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Beləliklə, əri vəfat etdiyi tarixdən həmin mənzilə sahiblik edir. Məhkəmə tərəfindən Maraqlı şəxs2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X17 ərizənin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs2 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri 37 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ seriyalı, nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Sürayyə İsaq qızı ilə 05.02.1969-cu il tarixdə nikaha daxil olmuşlar. Evləndikdən sonra arvada Səfərova soyadı verilmişdir. İş materiallarında olan MH seriyalı 169765 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Y.Yasamal -1, ev 14, 127 saylı mənzil X6 adına xüsusi mülkiyyət kin qeydiyyatdan keçirilmiş və bu barədə 702 nömrəli reyestr kitabının 105433 nömrə vərəqində 22.09.1998-cı il tarixdə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan, Yasamal Rayon Məhkəməsinin 2-1060 sayl 17.07.2000ci il tarixli qətnaməsi ilə X21 və X18 ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılaraq Yeni Yasamal 1 ev 14, mənzil 191-ə köçürülməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 355010 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28.10.2009-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23.06.2015-ci il tarixli, 2(004)-3123/2015 saylı qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi cavabdehlər X15, X5 və üçüncü şəxs X19 qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin edilərək, X7, X3, azyaşlı uşaqları X32 ğlunun, X10 Bakı şəhəri, Yeni Yasamal 1, ev 14, mənzil 127 vanında yerləşən mənzildən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərini, ölümün qeydə edilmə faktını və mirasın qəbul edilməsi faktını müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə isə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə görə isə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə baxışı zamanı ərizəçinin izahatı və məhkəməyə təqdim olunmuş sənədlərlə X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, 14 saylı evin, 127 saylı mənzilindən ibarət miras əmlakın arvadı- ərizəçı Ərizəçi tərəfındən qəbul edilməsi faktı müəyyən edildiyindən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçı Ərizəçi tərəfındən əri X4 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 1 küçəsi, 14 saylı evin, 127 saylı mənzilindən ibarət miras əmlakı qəbul etməsi faktı müəyyən edilsin və onun həmin mənzilə vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar