Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-760/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 4400.13 manat və 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh 341.99 ABŞ dolları və 4390.13 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" X2 ilə Cavabdeh arasında bağlanan xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı Kredit Müqaviləsinə əsasən Borc alana 4000 ABŞ dolları məbləğində, illik 28% olmaqla, 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq iddiaçı, yəni İddiaçı ilə xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Borclu, yəni zamin durduğu Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmiş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Bütün bunlara rəğmən Borc alan iddiaçını həmişə arxayın salaraq borc öhdəliklərinin vaxtlı-vaxtında yerinə yetirildiyini bildirmişdir. Belə ki, mübahisələndirilən qətnamədən görsənir ki, İddiaçı Bank ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixədək hesablanmış 3633 ABŞ dolları əsas borc və 911 ABŞ dolları faiz borcu, cəmi 4544 ABŞ dolları borcun iddiaçıdan və borc alan Cavabdeh tutulub Banka ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4041/2016 saylı, xx.xx.2016-cı il tarixli əmri ilə ərizə təmin edilmişdir. Cavabdeh məhkəmə əmrinə etiraz edərək əmrin ləğv edilməsini və iddia icraatına keçilməsini məhkəmədən xahiş etmişdir. Buna əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-4041 /2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(011)-4041/2016 saylı qətnamə ilə "xxxx" X1 iddiası təmin edilərək Cavabdeh və iddiaçıdan, yəni İddiaçı müştərək qaydada 3633 ABŞ dolları əsas borcun və 911 ABŞ dolları faiz borcunun, cəmi 4544 ABŞ dolları məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu əvəzinin tutularaq "xxxx" X1 xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5663/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qeyd olunan qətnamədən kassasiya şikayəti versə də Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-406/2023 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Xətai Rayon Məhkəməsinin məlum qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra qətnamə icraya yönləndirilmişdir. İddiaçı bildirir ki, qətnamənin icrası tərəfindən icra olunmuşdur. Məhkəmə qətnaməsinə əsasən müştərək qaydada tutulmalı olan 4400,13 manat pul məbləği tam şəkildə tərəfindən ödənilmişdir. Qətnamənin icrası nəticəsində maddi vəziyyəti pisləşmişdir. Bu səbəbdən də reqres qaydada cavabdehdən pul tələb etmək hüququ yaranmışdır. İddiaçı hesab edir ki, indiki halda hüquqlarının məhkəmə qaydasında müdafiəsinə zərurət yarandığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 5663/2022 saylı qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 290110-4041/2016 saylı iş üzrə 14 iyul 2016-cı il tarixli qətnaməsi apellyasiya baxışının həddi olan “iddianın cavabdeh İddiaçı qarşı təmin edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda həmin qətnamədən görünür ki, "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı borcalan Cavabdeh bank qarşısında ğhdəliyinin yerinə yetirilənədək birlikdə məsuliiyət daşımağı öz öhdəsinə götürmüşdür. Xətai Rayon Məhkəməsinin 2(011)- 4041/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198- 15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh və İddiaçı 3633 ABŞ dolları əsas borc və 911 ABŞ dolları faiz olmaqla, cəmi 4544 ABŞ dolları və ərizənin verilməsi üçün nəzərdə tutulan 20 manat məbləğində dövlət rüsumu "xxxx" İKB ASC-nin xeyirnə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 406/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-5663/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Socar Nəqliyyat İdarəsinin 2 saylı Texnoloji Nəqliyyat Departamentinin sürücüsü İddiaçı əmək haqqından məhkəmə qərarına əsasən tutulmalar haqqında arayışın surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 2(011)-4041/2016 nömrəli, xx.xx.2016cı il tarixli məhkəmə əmrinə görə 2022-ci ilin fevral ayından 2022-ci ilin iyun ayına kimi iddiaçının əmək haqqından 2490.13 manat məbləğində pul tutulmuşdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin 2(011)-4041/2016 saylı, xx.xx.2016-cı məhkəmə əmrinə əsasən xx.xx.2023-cü il tarixində 150 manat, xx.xx.2023-cü il tarixində 200 manat, xx.xx.2023-cü il tarixində 200, xx.xx.2023-cü il tarixində 200 manat, xx.xx.2023-cü il tarixində 200 manat,xx.xx.2023-cü il tarixində 200 manat, xx.xx.2023-cü ildə 200 manat, xx.xx.2022-ci il tarixində 200 manat, xx.xx.2022-ci ildə 200 manat, xx.xx.2022-ci il tarixində 150 manat, xx.xx.2023-cü il tarixində 95 ABŞ dolları və 246 ABŞ dolları ödəmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyini icra etmiş və onun "xxxx" ASC qarşısında öhdəliyi mövcud deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalaln Cavabdeh 18 ay müddətinə, illik 28% ödəmək şərti ilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 22-M-1-0-198-15 saylı zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı borcalan Cavabdeh bank qarşısında öhdəliyinin yerinə yetirilənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Zamin olan İddiaçı tərəfindən kredit öhdəliyinin yerinə yetirilməsinə əsasən mədaxil qəbzlərinə əsasən 1900 manat, xx.xx.2023-cü ildə 341.99 ABŞ dolları məbləğində pul ödənilmiş, onun əmək haqqından isə 2490.13 manat məbləğində pul tutulmuşdur. Zaminlik müqaviləsi dedikdə, kreditorla zamin arasında bağlanan elə bir saziş başa düşülür ki, bu sazişə görə, zamin kreditor qarşısında, borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda, həmin öhdəliyi tamamilə və ya hissəhissə icra etməsi üçün öz üzərinə əmlak məsuliyyəti götürür. Zaminlik öhdəliyinin icra edilməsi ilə kreditorun əsas (təmin olunan) öhdəlik üzrə hüquqları zaminin kreditorun tələbini ödədiyi həcmdə ona keçir. Beləliklə, əsas öhdəlik əsasında kreditorun ona mənsub olan tələb hüququ zaminə keçir və zamin yeni kreditor rolunda çıxış edir. Lakin əsas (təmin olunan) öhdəlik bu halda dəyişmir, saxlanılır. Başqa sözlə desək, əsas (təmin olunan) öhdəlikdən kreditor çıxır, onun yerini isə zamin adlı yeni kreditor tutur və əvəz edir. Kreditorun hüquqları, beləliklə, zaminə keçir. Hüquqların zaminə keçməsi isə qanuna, yəni qanunda ifadə edilən göstərişə əsaslanır. Belə təsəvvür yaranır ki, bu halda tələblərin güzəşti formasında (növündə) öhdəliklərdə şəxslərin dəyişməsi konstruksiyası göz qabağındadır. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə "xxxx" ASC-yə olan borcu qaytarmamaqla bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, zamin İddiaçı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, bununla da "xxxx" ASC qarşısında Cavabdeh pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, zamin İddiaçı onunla birlikdə bank qarşısında birgə məsuliyyət daşımışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Yuxarıda sadalananlara əsasən zaminin kreditorun tələbini ödədiyi həcmdə yerinə yetirmiş öhdəliyi əsas borcludan tələb edə bilər. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, zamin tərəfindən ümumilikdə 4390.13 manat və 341.99 ABŞ dolları məbləğində pul banka ödənilmişdir. Buna görə də iddia təmin edilməli və cavabdehdən 4390.13 manat və 341.99 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh Allavderdi qızından iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4390.13 (dörd min üç yüz doxsan manat on üç qəpik) manat və 341.99 ( üç yüz qırx bir dollar, doxsan doqquz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-760/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-760/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver