Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7611/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi İddiaçı nümayəndəsi X3, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh2 və digərlərinə qarşı mənzildən çıxarılma və pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı - Cavabdeh2, Cavabdeh3 və onların iki övladı X5 və X1, bundan əlavə Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 saylı evin, 85 saylı mənzilindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 nömrəli evin 85-ci mənzili iddiaçının tam mülkiyyətindədir. Həmin mənzil verilmiş MH seriyalı, ******* saylı Çıxarış Daşınmaz Əmlakın Dövlət Reyestrində - ********* qeydiyyat nömrəsi ilə 19.07.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bir müddət Rusiya Federasiyasında yaşadığı üçün sözügedən mənzil boş qalmasın deyə 14.05.2017-ci il tarixdə bağlanmış “kirayə müqavilsi”-nə əsasən mənzili hər ay 150 (bir yüz əlli) manat olmaqla bir illiyə cavahdehlər Cavabdeh1 və onun qardaşı Cavabdeh2 kirayə vermişdir. Sonra bir müddət Rusiya Federasiyasında yaşayıb, işləmiş. 2019-cu ildən məlum xəstəliklə - pandemiya ilə bağlı Azərbaycana gələ bilməmişdir. 2021-ci ilin avqust ayından anasını Bakıya göndərmişdir. Anası Bakı şəhərində olarkən cavabdehlərə mülkiyyətində olan mənzili boşaltmaq təklifini etdikdə cavabdeh və cavabdehin anası, nənəsi kimi özlərini təqdim edən şəxslər mənzili boşaltmaqdan qəti olaraq imtina etmişlər. Cavabdehlər götürdükləri öhdəliyi yerinə yetirmədiyi, mənzili boşaltmadıqları üçün o məcbur olub məhkəməyə müraciət edir. İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O, bildirdi ki, müqavilə bir il müddətinə bağlanılmışdır. Tərəflər 150 manat məbləğində icarə haqqı ödəyirdilər, lakin 2019-cu ildən sonra ödənişlər dayandı. Məhkəməyə müraciət etməzdən 3 ay əvvəl cavabdehlərə mənzilin boşaldılması ilə bağlı xəbərdarlıq da edilmişdir. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etdiyini, evdən çıxmaq niyyətlərinin olduğunu, lakin ev tapmaq üçün vaxt tələb olunduğunu bildirdi. Məhkəmə iclasında verdiyi izahatında o, göstərmişdir ki tərəflər arasında müqavilə 2018-ci ildə bağlanılmışdır. Kirayə haqqını aybaay ödəyirdi, lakin daha “COVİD 19” virusunun yayılmasının qarşısını almaq məqsədi ilə ölkədə tətbiq edilən karantin tədbirlərinə görə ödənişləri edə bilməmiş və 2019-cu ildən sonra ödəniş etməmişdir. Üç ay əvvəl iddiaçı əlaqə saxlamışdır ki, mənzili boşaltsınlar, lakin mənzil tapa bilmədiyinə görə mənzili tərk edə bilməmişdir. Cavabdeh3 məhkəmə iclasında iddianı qəbul etdiyini, evdən çıxmaq niyyətlərinin olduğunu, lakin ev tapmaq üçün vaxt tələb olunduğunu bildirdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan MH seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 saylı evin, 85 saylı mənzil İddiaçı məxsusdur. İş materiallarında olan 14.05.2017-ci il tarixli Kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 saylı evin, 85 saylı mənzili kirayəçi Cavabdeh1 və Cavabdeh2 ayda 150 manat məbləğində 1 il müddətinə kirayəyə verilir. İş materiallarında olan AZ-İ seriyalı 573585 nömrəli Nikah haqqında şəhadətnaməyə Cavabdeh2 və X2 nikahının bağlanması haqqında 06.05.2010-cu il tarixdə 11 nömrəli akt qeydi tərtib edilmişdir, nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 91 saylı Mənzil Kommunal İstismar Sahəsinin 26.10.2021ci il tarixli 841 nömrəli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 saylı evin, 85 saylı mənzil hal-hazırda Cavabdeh2, Cavabdeh3 və onların övladları tərəfindən zəbt olunub və ev sahiblərini mənzilə buraxmırlar. Beləliklə mülki işin məhkəmə araşdırması zamanı, tərəflərin izahatları və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 saylı evin, 85 saylı mənzil İddiaçı məxsusdur. O, həmin mənzili 14.05.2017-ci il tarixində Cavabdeh2 1 il müddətinə kirayəyə vermiş, kirayə haqqı 150 manat məbləğində müəyyən edilmişdir. Kirayə müqaviləsinin müddəti bitməsinə baxmayaraq, cavabdehlər tərəfindən mənzil iddiaçıya təhvil verilməmişdir. Hal-hazırda sözügedən mənzildə Cavabdeh2, Cavabdeh3 və onların iki övladı X5 və X4 hər hansı müqavilə və ya hüquqi əsası olmadan yaşayırlar. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Yenə Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Beləliklə də, cavabdehlərin iddiaçının mülkiyyətçisi olduğu mübahisəli mənzildə icarə müqaviləsi üzrə icarə haqqını ödəməsinə dair öhdəliklərini yerinə yetirməyərək mülkiyyətçinin iradəsinə zidd olaraq hər hansı bir əsas olmadan çıxmamaları iddiaçının mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, iddia cavabdehlərin iddiaçıya məxsus mənzildən çıxarılması hissəsində qismən təmin edilərək, Cavabdeh2, Cavabdeh3, X5 və X4 yuxarıda qeyd edilən mübahisəli mənzildən məcburi qaydada çıxarılmalıdırlar. Digər cavabdehin sözügedən mənzildə yaşadıqları məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia onlara münasibətdə təmin edilmir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş mülki işin həqiqi hallarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2, Cavabdeh3, X5 və X4 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospektində yerləşən 35 saylı evin 85 saylı mənzilindən çıxarılsınlar Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7611/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7611/2021
27.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver