Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7611/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X3, ərizəçilər Ərizəçi və X1 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizələrini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçilər Ərizəçi və X2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə ərizəni və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, ərizəçilər Ərizəçi və X1 “doğum faktının müəyyən edilməsi”nə dair verdikləri ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Ərizəçilər Ərizəçin və X2 “doğum faktının müəyyən edilməsi” ilə bağlı müvafiq olaraq qeydiyyat şöbəsinə müraciət etməli olduqları halda, birbaşa mülki icraat qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət etmişlər. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Hesab edirəm ki, ərizəçilər Ərizəçi və X1 “doğum faktının müəyyən edilməsi”nə dair verdikləri ərizənin icraata qəbulundan imtina edilməli, ərizəçilərə “doğum faktının müəyyən edilməsi” ilə bağlı müvafiq olaraq qeydiyyat şöbəsinə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 151 və 153-cü maddəsinə əsasən Q ə r a r a a l d ı m: Ərizəçilər Ərizəçi və X1 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizələrinin icraata qəbul edilməsindən imtina edilsin. Ərizəçilərə doğum faktının müəyyən edilməsi ilə bağlı müvafiq olaraq qeydiyyat şöbəsinə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7611/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7611/2022
23.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver