Məhkəmə qərarları › İş №2(011)-764/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-764/2022

29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-764/2022 29.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aldatma yolu ilə alınmış pulun qaytarılması” barədə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı 15 avqust 2021-ci ildə maped almaq adı altında aldığı 860 manat əsas pulun, manat pulu faiz hüquq xidməti üçün verdiyi 20 manat pulun və 30 manat dövlət rüsumun ümumilikdə 910 manat pulun birdəfəlik cavabdehdən alınaraq ona ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları barədə elektron çıxarışdan müəyyən olunur ki, cavabdehin yaşayış yeri ünvan 1 ünvanıdır. Məhkəmə işin qeyd edilən halını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin yaşayış yeri Bakı şəhəri, Xətai rayonu ərazisində deyil, Suraxanı rayonu ərazisində olduğundan, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyat qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aldatma yolu ilə alınmış pulun qaytarılması” barədə ərizəsinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar