Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-77/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “servitut” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından Cavabdeh məxsus ümumi sahəsi 0,07 ha olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsi eni 3 metr olmaqla ayrılması ilə bağlı, servitutla yüklə edilmiş torpaq sahəsinin istifadəsinə görə cavabdehdən illik müqaviləyə əsasən yüklə edilmiş torpaq sahəsinin istifadəsinə görə hər il 3600 manat (hər ay 300) iddiaçının xeyrinə pul kompensasiya edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Şüvəlan qəsəbəsində 0.1036 torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli 3 otaqlı 40.44 kv.m yaşayış, 39.49 kv.m köməkçi sahədən ibarət olan 991 nömrəli bağ evi mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur, 2018-ci ildə cavabdehin ona qarşı mülkiyyətində olan bağ sahəsinin giriş-çıxış qapısından cavabdehə məxsus 991 a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsinin, eni 3 metrdən hesablanmaqla və dəyəri onun tərəfindən mövcud bazar qiyməti ilə hesablanaraq kompensasiya şəklində cavabdehə ödənilməklə ayrılaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21.12.2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmişdir, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından iddiaçı Cavabdeh məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0.07 ha olan 991 a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsi eni üç metr olmaqla (ümumilikdə 71, 545 kv.metr) ayrılaraq, həmin hissədən iddiaçının öz torpaq sahəsinə gedib-gəlməsini təmin etmək məqsədilə istifadə etməsinə icazə verilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin əsassız hesab edilərək rədd edilməsi qət edilmişdir, qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır, hal-hazırda həminqətnamə Bakı şəhəri Xəzər rayonu İcra və Probasiya şöbəsinin icraatındadır, qanuna əsasən, sahələrindən zəruri yol ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir, tərəflər arasında razılaşmaya əsasən, kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər, haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir, işə ilkin baxılma zamanı torpaq sahəsinin istifadəsinə görə ödəmə miqdarını müəyyənləşdirmək üçün heç bir qarşı iddia tələbi irəli sürülməmişdir, bu səbəbdən, ilk qətnamədə mübahisəli torpaqların istifadəsi üçün servitut müəyyən edilməmişdir, servitutun miqdarı iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti əsasında təyin olunmalıdır, həmçinin iddiaçı cavabdehdən mübahisəli ərazinin istifadəsinə görə hər il (illik müqavilə əsasında) aylarla ödəniş etməsini istəyir, iddiaçı hesab edir ki, məhkəmə qərarında torpaqdan istifadə haqqının həcminin müəyyən edilməsi ilə birlikdə mübahisəli ərazidən cavabdehə məxsus olan ərazisinə daxil olan nəqliyyat vasitələrinin hərəkətinin traektoriyası müəyyən edilməlidir, bundan əlavə, torpaq sahəsi sahibinin hüquqlarının pozulmaması və mübahisəli torpaq sahəsinin sahibinin maraqlarına zidd hərəkətlər etməməsi üçün məhkəmə qərarında nəqliyyat vasitələrinin yüklə edilmiş ərazisinə daxil olma qaydasını müəyyən etməlidir, bununla əlaqədar, iddiaçı hesab edir ki. cavabdeh və ailə üzvlərinin yüklə edilmiş ərazini yalnız onlara məxsus avtonəqliyyətı ilə keçə bilərlər, yüklə edilmiş torpaq sahəsindən cavabdehə məxsus olan ərazisinə keçməsinə yanğınsöndürmə, təcili yardım və polis maşınlarının icazə verə bilər. Sonda Nümayəndə qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından iddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan 991a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsi eni 3 metr olmaqla (ümumilikdə 71,545 kv.m) ayrılaraq, həmin hissədən iddiaçının öz torpaq sahəsinə gedib-gəlməsini təmin etmək məqsədilə istifadə etməsinə icazə verilməsi qət edilmişdir, hazırda həmin torpaq sahəsindən hər iki tərəf də istifadə edir, həmin sahə tam olaraq iddiaçını deyildir, ilkin mübahisə, yəni torpaq yüklü edilməzdəm əvvəl qarşı tərəfə həmin ərazinin cavabdeh tərəfindən alınması, habelə servitutla yüklü edildiyi vaxt kompensasiya ödənilməsi də təklif olunmuş, lakin iddiaçı bununla razı olmamışdır, hazırda cavabdeh həmin sahədən istifadəyə görə aylıq 30 manat kompensasiya ödəməyə razıdır. Sonda Vəkil qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, nümayəndə və vəkillərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(003)-1985/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından iddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan 991a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsi eni 3 metr olmaqla (ümumilikdə 71,545 kv.m) ayrılaraq, həmin hissədən iddiaçının öz torpaq sahəsinə gedib-gəlməsini təmin etmək məqsədilə istifadə etməsinə icazə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2019-cu il tarixli 2(103)-3981/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(003)- 1985/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli 2(102)-6865/2019 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 18 mart 2019-cu il tarixli 2(103)-3981/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş Ərizədən görünür ki, ərizəçi bildirmişdir ki, Şüvəlan qəsəbəsi, Sabir küçəsi 991 saylı bağın bir hissəsi həyat yoldaşı X2, qalan hissəsi ona məxsusdur, giriş-qapısı bir olduğu üçün və aradakı yol bir olduğu üçün hər iki tərəf bu yoldakı qapıdan istifadə edir, o, bu yoldan və qapıdan istifadə olunmasına etiraz etmir. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş Bakı şəhəri Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində bağ 991 sahəsinə 21.05.2008-ci il tarixli AN-1 4ə/2-167 №-li Daşınmaz Əmlakın Alqı satqısı müqaviləsinə əsasən 1739 kv.metr torpaq sahəsinin “Bölgü Eskizi”nin surətindən görünür ki, İddiaçı sahəsi 1039 kv.metr, X1 sahəsi 700 kv.metrdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 a saylı bağ evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4647 nömrəli vərəqində 02.08.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsində mülkiyyətində olan 0,1039 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 mərtəbəli, 3 otaqlı, 40,44 kv.m yaşayış, 39,49 kv.m köməkçi sahədən ibarət 991 nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1059 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı, ******* saylı çıxarışın surətinə əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi 991 saylı bağ sahəsinin bir hissəsi (0,07 ha) X1 adına daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 12832 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 17 dekabr 2018-ci il tarixli MB 11-1177 №-li arayışın surətindən görünür ki, əldə edilmiş rəsmi və qeyri-rəsmi məlumatlara görə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 və 991A saylı bağ, torpaq və bağ evlərinin yerləşdiyi (Qres stansiyasının yaxınlığı) ərazidə hazırda 1 sot torpaq sahəsinin orta bazar qiyməti 5000- 6000 manat arası təşkil edir, bu qiymət "xxxx" MMC Qiymətləndirmə Şirkətinin torpaq bazarında aylıq topladığı məlumat bazasına əsaslanıb. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli MB 14/0395 №-li arayışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısınadək servitutla yüklü edilmiş eni 3 metr olmaqla cəmi 71 kv.m torpaq sahəsindən giriş-çıxış yolun kimi istifadəyə görə aylıq kompensasiyanın məbləği 15 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 mart 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, torpaq sahəsinin mövcud vəziyyəti, yerləşdiyi ərazi, torpaq sahəsi konstruksiyası və s xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında ümumi sahəsi 0,1039 ha təşkil edən torpaq sahəsinin 83,97 kv.m hissəsinin servitut qaydada 10 mart 2022-ci il tarixinə aylıq icarə dəyəri 154 manat təşkil edir. Həmin mütəxəssis rəyinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələrinin illik icarı haqqı praktikaya uyğun olaraq Respublikanın şəhər və rayonları üzrə torpağın bazar dəyərinin 10-20% aralığı həcmində müəyyən edilir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsi İddiaçı, 991a saylı bağ sahəsi Cavabdeh məxsusdur, qüvvədə olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli 2(003)-1985/2018 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin girişçıxış qapısından Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən ümumi sahəsi 0,07 ha olan 991a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək olan torpaq sahəsi eni 3 metr olmaqla (ümumilikdə 71,545 kv.m) ayrılaraq, həmin hissədən Cavabdeh öz torpaq sahəsinə gedib-gəlməsini təmin etmək məqsədilə istifadə etməsinə icazə verilməsi qət edilmişdir, hazırki iddia tələbi həmin torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən iddiaçıya aylıq kompensasiya ödənilməsi barədədir, mübahisəli ərazidə 1 sot torpaq sahəsinin orta bazar qiyməti 5000-6000 manat, illik icarə haqqı torpağın bazar dəyərinin 10-20% həddində müəyyən edilir, cavabdeh iddia tələbini qismən qəbul edir. Bununla belə, iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə görə cavabdeh tərəfindən kompensasiya ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, iddiaçıya məxsus bağ sahəsinin 71,545 kv.m torpaq sahəsi cavabdehin öz torpaq sahəsinə gedib-gəlməsini təmin etmək məqsədilə servitutla yüklü edildiyindən və servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin, yəni iddiaçının, həmin servitutdan istifadə edən şəxsdən (cavabdehdən) müvafiq ödəniş tələb etmək hüququ olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, aylıq kompensasiya məbləğinə dair məhkəməyə təqdim edilən sübutlar nəticə üzrə ("xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli MB 14/0395 №-li arayışa əsasən aylıq kompensasiya məbləği - 15 manat və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən aylıq kompensasiya məbləği - 154 manat) ziddiyyətli və məbləğlər arasında böyük fərq olduğundan, habelə kompensasiya məbləği arayışda 71 kv.m torpaq sahəsi, mütəxəssis rəyində 83,97 kv.m torpaq sahəsi üzrə hesablandığından həmin hissədə məhkəmə tərəfindən nəzərə alına bilməz. Məhkəmə, servitutla yüklü edilmiş torpaq sahəsindən istifadəyə görə cavabdehdən tutulmalı olan kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, bu zaman torpaq sahəsinin orta bazar qiyməti (5000 manat x 0,71545 kv.m=3577,25 manat), onun illik icarə haqqı (3577,25 manat x 20%= 715,45 manat), habelə həmin torpaq sahəsindən hər iki tərəfin istifadə etməsi nəzərə alınaraq, cavabdeh tərəfindən ödənilməli olan kompensasiya məbləği illik 357,725 (715,45 / 2 (nəfər) = 357,725) manat, aylıq 30 manat (357,725 / 12 ay = 29,81 manat) həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən, daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.6-cı maddəsinə əsasən, servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. Həmin Məcəllənin 261.1-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. Həmin Məcəllənin 261.2-ci maddəsinə əsasən, haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Həmin Məcələnin 54-cü maddəsinin 6-cı hissəsinə əsasən, qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. “Torpaq icarəsi” haqqında Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqların icarə haqqı tərəflərin razılığı ilə müəyyən olunur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından cavabdehə məxsus ümumi sahəsi 0,07 ha olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək eni 3 metr olmaqla (ümumilikdə 71,545 kv.m) servitutla yüklü edilmiş torpaq sahəsinin istifadəsinə görə cavabdehdən hər ay 30 manat kompensasiya tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından ödənilmiş dövlət rüsumu cavabdehdə aid edilməli, iddiaçı tərəfindən ödənilmiş 10 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991 saylı bağ sahəsinin giriş-çıxış qapısından Cavabdeh məxsus ümumi sahəsi 0,07 ha olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 991a saylı bağ sahəsinin giriş-çıxış qapısınadək eni 3 metr olmaqla (ümumilikdə 71,545 kv.m) servitutla yüklü edilmiş torpaq sahəsinin istifadəsinə görə Cavabdeh hər ay 30 (otuz) manat kompensasiya tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-77/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-77/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver