Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-771/2024 17.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaç İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər ünvan 1 ünvanında yerləşən 0,0457 ha torpaq sahəsi və ümumi sahəsi 142,4 kv.m olan bağ evinin “B” tikilisinin və həmin tikilinin yerləşdiyi 171 kv.m torpaq sahəsinin (bundan sonra – Bağ evi) satılması barədə xx.xx.2023-cü il tarixdə yazılı saziş imzalamışlar. Həmin sazişdə Bağ evinin satış qiymtinin 68000 manat olması, alqı-satqının xx.xx.2023-cü il tarixində həyata keçirilməsi və iddiaçı tərəfindən cavabdehə 800 manat verilməsi əks olunmuşdur.
2. Bundan sonra, tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilməklə yazılı beh müqaviləsi (bundan sonra – Beh müqaviləsi) bağlanmışdır. Müqavilə cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0457 ha torpaq sahəsi və ümumi sahəsi 142,4 kv.m olan bağ evinin “B” tikilisinin və həmin tikilinin yerləşdiyi 171 kv.m torpaq sahəsinə (bundan sonra – Bağ evi) dair bağlanacaq alqı-satqı müqaviləsinin təminatı olaraq bağlanmışdır. Müqaviləyə əsasən tərəflər xx.xx.2023-cü il tarixədək Bağ evinin 68000 manat satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşlər.
3. Beh üzrə iddiaçı tərəfindən cavabdehə 3000 manat beh ödənilmiş (məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı əvvəlcə, xx.xx.2023-cü il tarixdə cavabdehə avans olaraq 800 manat ödəniş etmiş, beh müqaviləsi bağlŞahid2kən həmin vəsait 3000 manat beh məbləğindən çıxılaraq iddiaçıya qaytarılmışdır) və cavabdeh həmin pul vəsaitini qəbul etmişdir. Beh müqaviləsində Bağ evinə dair alqı-satqı müqavilənin xx.xx.2023-cü il tarixədək bağlanması barədə tərəflər öhdəlik götürmüşlər. Lakin tərəflər arasında mübahisə yaranmış, beh müqaviləsində nəzərdə tutulmuş müddətdə tərəflər arasında Bağ sahəsinin alqı-satqı müqaviləsi bağlanmamışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Beh müqaviləsinə əsasən ödədiyi 3000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə aralarında bağlamış beh müqaviləsinə əsasən onlar xx.xx.2023-cü il tarixə kimi cavabdehin mülkiyyətində olan Bağ sahəsinin 68000 manata satılması barədə alqı-satqı müqaviləsi bağlamaq öhdəliyi götürmüşlər. Beh müqaviləsinə əsasən, o, tikilinin və torpaq sahəsinin alqı-satqı müqaviləsinin təminatı kimi cavabdehə 3000 manat məbləğində pul vəsaiti ödəmişdir. O, anasıyla həmin evə almaq üçün baxarkən, cavabdeh bağ evində daimi su xəttinin olduğunu və qaz xəttinin də həmin bağ evi satılanadək çəkiləcəyini bildirmişdir. Onlar Bağ evini bəyəndikləri üçün almaq qərarına gəlmiş və beh müqaviləsi bağlamışlar. Sonra Bağ evində bölgü aparılacağı üçün anasıyla oraya gedib gəldikləri müddətdə evdə suyun gəlmədiyini görmüşdür. Cavabdehdən bunun səbəbini soruşduqda ona müxtəlif bəhanələr gətirmişdir. Sonradan o, qonşulardan həmin ərazidə su xəttinin olub-olmaması ilə maraqlandıqda qonşular ona bildirmişlər ki, həmin ərazidə su xətti yoxdur və onlar suyu öz vəsaitləri hesabına alırlar. Bunu cavabdehə bildirdiyi zaman o müxtəlif bəhanələr gətirərək bildirdi ki, ev alınanadək Bağ evinə su xətti və qaz xətti çəkiləcək. O, özü Bağ evinə su çəkilməsi üçün "xxxx" ASC-yə müraciət etmiş, "xxxx" ASC-dən ona həmin əraziyə su xəttinin çəkilməsinin qeyri-mümkün olduğunu bildirmişlər. Beh müqaviləsinin bağlandığı vaxtdan müəyyən müddət keçməsinə baxmayaraq Bağ evinə nə su, nə də qaz xətti çəkilməmişdir. Bu şəbədən də cavabdeh verdiyi vədə əməl etmədiyi üçün ödədiyi 3000 manat behin ona qaytarılmasını tələb etmişdir. Cavabdeh ödədiyi 3000 manatı su xəttinin çəkilməsinə xərclədiyini deyərək behi qaytarmayacağını bildirmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirdi ki, iddiaçının anasıdır, ev alınanda özü də iştirak etmişdir. Alqı-satqı etməyə gedəndə bəzi problemlər çıxdı bu səbəbdən məsələ uzandı. Onlar evə baxanda cavabdeh suyun olmadığını onlara bildirməmişdi. Həyətdə krant var idi, amma cavabdeh dedi ki, həyəti su basdığına görə suyu ustalar bağlayıblar, su gələcək. Onlar da inandılar və behi verdilər. Ev içində bəzi işlər görülməli idi və bu səbəbdən cavabdeh açarı onlara verdi. Onları qaldıqları evdən çıxardırdılar deyə təcili köçməli idilər. Bir müddət gedib-gəldikdən sonra suyun gəlmədiyini gördülər. Su idarəsinə müraciət etdilər, gəlib baxanda, problemlər çıxdı, mübahisə oldu. Bu olanlardan sonra cavabdehə dedilər ki, artıq həmin evi istəmirlər çünki, o evə köçməmişdən əvvəl problemlər başlayıb.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əliyev Şahid1 Xanağa oğlu izahatında bildirdi ki, ofisdə olarkən makler Şahid2 iddiaçını və anasını gətirərək ev istədiklərini bildirdi. Açarı götürüb evi göstərdi, xoşları gəldi, sonra Aidə xanımı çağırdılar, gəldi, orada 800 manat beh verdilər. Orda işıq var idi su, qaz yox idi. Amma su borusu çəkilmişdi, krant qoyulmuşdu. Aidə xanım demişdi ki, müştəriyə desin ki, danışıb, su gələcək. O da olduğu kimi iddiaçıya bunu bildirdi. Sonradan alqı-satqı üçün notariusa getdilər. Lakin Aidə xanım dedi ki, vergidən azada olmaq üçün 10 gün gözləmək lazım idi. Ona görə də 3000 manat behə razılaşdırlar, müqavilə bağlandı, özləri 2200 manatın üzərinə 800 manat qoydular, sonra bankdan pulu çıxarandan sonra Aidə xanım 800 manatı qaytardı (məhkəmə baxışı zamanı müəyyən edildi ki, qaytarılan 800 manat əvvəl beh məqsədilə verilmiş pul olmuşdur), qalan 2200 manat götürdü ki, digər sənədləşmə işləri görsün. Orada Aidə xanım evin açarını da Rüfətə verdi ki, işlərini görsün. Beh müqaviləsi 2023-cü ilin 15 avqustundan 15 sentyabrına qədər bağlanmışdı. Su da 1 ay ərzində gəlməli idi. Rüfət evdə 3-5 gün işlədikdən sonra ona zəng etdi ki, su gəlmir, ona görə də evi almaq istəmir. Bundan bir həftə - on gün keçdikdən sonra su gəldi. Rüfətə zəng edib suyun gələmsini dedi, lakin Rüfət evi almaq istəmədiyini bildirdi. Aidə xanım həyətə həm də su çəni, su motoru qoymuşdu.
Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
13. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.
14. Maddə 492.2 Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
16. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
19. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
21. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
22. İşin mübahisəsiz halıdır ki, iddiaçı cavabdehin mülkiyyətində olan Bağ sahəsini almaq istəmiş, bu məqsədlə gələcəkdə aralarında alqı-satqı müqaviləsinin bağlanmasının təminatı üçün beh müqaviləsi bağlanmış və behin məğbləği də 3000 manat müəyyən edilmişdir (məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, behin məbləği müqavilədə 3000 manat göstərilsə də, əvvəl verilmiş 800 manat notariusda iddiaçıya qaytarılmış, 2200 manat cavabdehə verilmişdir) məbləğində pulu cavabdeh almışdır. Tərəflər arasındakı mübahisə isə behin qaytarılması barədədir.
23. Mülki Məcəllədə beh müqaviləsinə verilmiş anlayışdan da görünür ki, beh tərəflərin gəlcəkdə bağlamaq arzusunda olduqları müqavilənin bağlanmasını təminat altına almaq məqsədilə ödənilən pul vəsaitdir. Beh müqaviləsinin bağlanmasının başqa bir məqsədi də, tərəflərin gələcəkdə müqavilə bağlamaq öhdəliklərindən hər hansı səbəbdən yayınmalarının qarşısını almaqdan ibarətdir. Belə ki, behlə təminat verilən müqavilənin bağlanmasına maneə yaradan beh verən tərəf olduqda, verdiyi behi geri qaytarmaq hüququndan məhrum olur, beh alan tərəfin isə aldığı behi iki qat məbləğdə beh verənə qaytarmaq öhədliyi yaranmış olur.
24. Hazırkı mübahisə üzrə də iddiaçı iddia edir ki, Bağ evinə dair alqı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyəti cavabdeh daşıdığından beh ona qaytarılmalıdır. Odur ki, tərəflər arasında Bağ evinə dair alqı-satqı müqaviləsinin bağlanmamasına səbəb olmuş halın baş verməsində hansı tərəfin məsuliyyət daşıması kimi hallar araşdırılaraq hüquqi qiymət verilməlidir.
25. İşin mübahisəsiz halıdır ki, Bağ evinə dair alqı-satqı müqaviləsinin bağlanmasından imtina etmiş tərəf iddiaçı olmuşdur. İddiaçı alqı-satqı müqaviləsinin bağlanmasından imtinasını Bağ evinə suyun gəlməməsi ilə və bununla bağlı cavabdehin onu aldatması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, su ilə təchiz edilmə hər bir yaşayış sahəsinin istifadəsinin təşviqi üçün zəruri vasitələrdən biri kimi qəbul oluna bilər. Hətta, bir çox hallarda daşınmaz əmlakın, məsələn, avtomobil yoluna yaxın yerləşməsi, onun kommunal xidmətlərlə daimi təmin edilməsi kimi amillər daşınmaz əmlakın satılmasında vacib rol oynayır. Bu baxımdan, Bağ evinin su ilə təchiz edilib-edilməməsi məsələsi beh müqaviləsindən sonra alqı-satqı müqaviləsinin bağlanmasına təsir göstərən zəruri şərt kimi qəbul oluna bilər. Buna görə də, mübahisənin ədalətli həlli üçün Bağ evində suyun olmamasının iddiaçıya nə zaman məlum olması, suyun konkret nə vaxt, beh müqaviləsinin qüvvədə olduğu müddətdə, yaxud ondan sonra verilməsi ilə bağlı iş üçün əhəmiyyət kəsb edən halların araşdırılması vacibdir.
26. İşin mübahisəsiz halıdır ki, Bağ evini almaq üçün hələ ilk dəfə baxarkən orada suyun olmamasını iddiaçı bilmişdir. İşin bu halı tərəflərin və şahidlərin izahatları ilə də təsdiq olunur. Yəni, iddiaçı bu şəraitə uyğun Bağ evini bəyənmiş, almaq üçün iradəsini bildirmiş, hətta xx.xx.2023-cü il tarixdə imzaladıqları yazılı sazişdən də görünür ki, Bağ evinə görə “beh” olaraq 800 manat pul vermişdir.
27. Lakin onu da nəzərə almaq lazımdır ki, iddiaçı cavabdehin Bağ evinə suyun gələcəyi barədə vədinə inŞahid2q evi almağa razılaşmışdır. Başqa sözlə, cavabdeh Bağ evinə dair alqı-satqı müqaviləsi bağlananadək evə suyun gəlməsini təmin etmək barədə öhdəlik götürmüşdür. Şahid1 Əliyev də məhkəmə iclasında bildirdi ki, Aidə xanım ona xahiş etmişdir ki, müştəriyə (iddiaçıya) Bağ sahəsinə suyun gələcəyi barədə məlumat versin. Göründüyü kimi, beh müqaviləsi bağlandıqdan sonra Bağ sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmasını təmin edəcək yeganə vasitə suyun gəlməsi olmuşdur. Başqa sözlə, suyun verilməsinə təminat vermiş cavabdehin bu öhdəliyini yerinə yetirməməsi sübuta yetiriləcəyi halda, o, beh alan tərəf olaraq Bağ sahəsinə dair alqı-satqı müqaviləsinin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf olacaqdır. Bunun üçünsə, suyun Bağ sahəsinə nə zaman, beh müqaviləsinin qüvvədə olduğu müddətdə, yaxud ondan sonra verilməsinə diqqət yetirmək lazımdır, çünki, tərəflər xx.xx.2023-cü il tarixədək (beh müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanmışdır) alqı-satqı müqaviləsinin bağlanması barədə öhdəlik götürmüşlər. Bu isə o mənaya gəlir ki, cavabdeh beh müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bağ sahəsinə suyun gəlməsini təmin etməli idi ki, alqı-satqı müqaviləsi bağlansın.
28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əvvəllər su gəlməsə də, beh müqaviləsinin müddəti başa çatanadək (xx.xx.2023-xx.xx.2023) Bağ sahəsinə su verilmişdir. İşin bu halı Şahid1 Əliyevin məhkəmədə verdiyi izahatı ilə müəyyən edilmişdir. O, izahatında bildirmişdir ki, beh müqaviləsi bağlandıqdan təxminən 10 gün sonra Bağ sahəsinə su gəlmiş və bu barədə iddiaçıya məlumat vermişdir. Şərh edilənlərdən də göründüyü kimi, müqavilənin bağlanmaması üçün tərəflər arasındakı mübahisə suyun olmaması ilə bağlı olsa da, Bağ sahəsinə su beh müqaviləində göstərilən 1 ay müddət başa çatanadək verilmişdir. Başqa sözlə, cavabdeh alqı-saqtı müqaviləsinin bağlanmasınadək, Bağ sahəsinin su ilə təmin ediləcəyi barədə götürdüyü öhdəliyini yerinə yetirmişdir. Bu halda, alqı-satqı müqaviləsinin bağlanmaması üçün məsuliyyəti cavabdeh daşıya bilməz.
29. Şərh olunanlara əsaslŞahid2q və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı