Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-783/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin 1/3 hissəsi Cavabdeh, digər 2/3 hissəsi iddiaçıların, yəni 1/3 hissəsi isə İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Həmin ev valideynlərdən miras qalmışdır və hazırda həmin evdə cavabdeh və onun ailəsi yaşayır. İlk vaxtlarda həmin evdə bir yerdə yaşayaraq yola getsələr də, artıq uzun müddətdir ki, tərəflərin birlikdə yaşamaları mümkün deyildir. Bununla bağlı məhkəmədə iddia qaldırılaraq, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi xahiş olunsa da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin işin baxılması zamanı keçirilmiş ekspertizanın nəticəsi olaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2020-ci il tarixli 5588 nömrəli rəyində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin paylara uyğun olaraq naturada (real) bölgüsü “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin açıq hərracdan satılması və satış pulunun hər birinə 1/3 hissə olmaqla, mülkiyyətçilər İddiaçı1, İddiaçı2, Cavabdeh arasında bölüşdürülməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında çıxış edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə etməklə yanaşı, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmənin iclasında çıxış edən Cavabdeh iddia tələbinə etiraz etməklə yanaşı, izahatında bildirmişdir ki, qeyd olunan mənzildə birlikdə yaşayırlar, evin satılmasına etiraz etmir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi isə İddiaçı1 adına xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan 23 iyun 2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 131,7 kv/m yaşayış sahəsi 79 kv/m, yardımçı sahəsi 52.7 kv/m olan 6 otaqlı mənzilin 1/3 hissədə İddiaçı2, 1/3 hissədə İddiaçı1 mülkiyyətinə verilmiş, qalan 1/3 hissə Cavabdeh mülkiyyətində qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı ev bağışlama müqaviləsi əsasında tərəflər arasında ayrı-ayrılıqda 1/3 olmaqla payları müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-108/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı1 cavabdehlər Cavabdeh və İddiaçı2 qarşı Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5588 nömrəli rəyə əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı evin paylara uyğun olaraq naturada (real) bölgüsü “İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin izahatları ilə təsdiq edilir ki, tərəflər ümumi paylı əmlak üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirlər və tərəflər arasında iddia tələbində göstərilən əmlakın məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq belə qənaətə gəlir ki, tərəflərin barışıq sazişi əsasında əmlaklarda 1/3 hissədə payları müəyyən edildiyindən və həmin əmlakların ekspert rəyinə və qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən naturada bölgüsü mümkün olmadığından, həmçinin tərəflər arasında əmlakların məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, həmin əmlaklar açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi Cavabdeh ödənilməlidir MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsində yerləşən 33 saylı ev açıq hərracda satılaraq əldə edilmiş pul məbləğinin 1/3 hissəsi İddiaçı1, 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi Cavabdeh ödənilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin MİÜK-na apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-783/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-783/2023
08.02.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver