Məhkəmə qərarları › İş №2(011)-8013/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8013/2025

19.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8013/2025 19.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X2 “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, atası Rəhimov Hüseynin 11 mart 1975-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi, atası X4 ölüm faktını məhkəmə qaydasında təsdiq olunmasını istəyir. X3 05 İyul 2025-ci il tarixində rəhmətə getmişdir. Onun adına olan əmlak barəsində notariat kontorunda vərəsəlik hüququnun müəyyən olunması zamanı çətinlik yaranmışdır. Bu çətinliyə səbəb isə atası — X4 ölüm faktının dövlət qeydiyyatına alınmaması səbəb olmuşdur. Belə ki, atası X8 SSRİ dövründə Ermənistan SSR ərazisinin Spitak rayonunun Qursah kəndində 11 Mart 1922-ci ildə anadan olub və 28 Mart 1975-ci ildə vəfat etmişdir. Onun ölümü barədə rəsmi Azərbaycan dövlət orqanlarında qeydiyyat mövcud deyil. Rəhimov Hüseynin övladları X9 (seriya AZE 03532907, FİN: X05N366) və X11 (seriya AZE 14239163, FİN: W29VDF) bu ölüm faktını təsdiq edə bilərlər. Ərizəçi X2 daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, bildirmək istəyir ki, X3 05 iyul 2025-ci il tarixində rəhmətə getmişdir. Onun adına olan əmlak barəsində notariat kontorunda vərəsəlik hüququnun müəyyən olunması zamanı çətinlik yaranmışdır. Bu çətinliyə səbəb isə atası- X4 ölüm faktının dövlət qeydiyyatına alınmaması səbəb olmuşdur. Belə ki, atası X8 SSRİ dövründə Ermənistan SSR ərazisinin Spitak rayonunun Qusarlı kəndində 11 mart 1922-ci ildə anadan olub və 28 mart 1975-ci ildə vəfat etmişdir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında ərizəçi X2 ərizəsini müdafiə etməklə yanaşı, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məktubla məhkəməyə müraciət edərək mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, X6 05 avqust 1955-ci il tarixində Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş, atası X8, anası X5r. Şahid qismində dindirilmiş X11, ərizəçinin qardaşı olduğunu bildirmiş və atası Rəhimov Hüseynin 28 mart 1975-ci il tarixdə vəfat etdiyini bildirmişdir. Şahid qismində dindirilmiş X9 ərizəçinin qardaşı olduğunu və atası Rəhimov Hüseynin 28 mart 1975-ci il tarixdə vəfat etdiyini və qəbrinin Ermənistan Respublikasının Spitak şəhərində olduğunu bildirmişdir. Şahid qismində dindirilmiş X10 bildirmişdir ki, Rəhimov Hüseynin qardaşı Əlinin arvadıdır. Əli ilə 1980-ci ildə ailə qurmuşdur. Əli 05 iyul 2025-ci il tarixdə vəfat etmişdir. Rəhimov Hüseyn qayınatası olmuşdur və 28 mart 1975-ci il tarixdə vəfat etdiyini və qəbrinin Ermənistan Respublikasının Spitak şəhərində olduğunu bildirmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 115.0.1 şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə hesab edir ki, 11 mart 1922-ci il təvəllüdlü X4 28 mart 1975-ci il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir və X4 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumunun əvəzi olaraq 100 manat; Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsum ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 11 mart 1922-ci il təvəllüdlü X4 28 mart 1975-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar