Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8021/2021 03.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 38 saylı evin 15 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 38 saylı evin 15 nömrəli mənzil iddiaçının mülkiyyətindədir, mənzilə dair AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 26.12.1998-ci il tarixli, MH seriyalı 182994 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir, iddiaçı 25.01.1987-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur və bu nikah Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 05.01.2011-ci il tarixli, 2(011)-216/2011 saylı qətnaməsi ilə pozulmuşdur, cavabdeh 2000-ci ildən bəri mənzildən çıxmış, başqa şəxslə faktiki ailə münasibətlərinə daxil olmuş və ümumiyyətlə 2010-cu ildən bəri Azərbaycan Respublikasında yaşamamışdır, qeyd olunanların sübutu Xətai Rayon Məhkəməsinin 2(011)-216/2011 saylı, 05.01.2011-ci il tarixli qətnaməsində öz əksini tapmışdır, cavabdeh 1999-cu ilin iyul ayında həmin mənzilə qeydiyyata düşməsinə baxmayaraq, 2000-ci ildən bəri həmin ünvandan köçüb getmişdir və formal qeydiyyatda qalmışdır, beləliklə cavabdehin iddiaçının evində formal qeydiyyatı iddiaçının sahiblik, sərəncam və istifadə hüquqlarını pozur. Sonda Vəkil iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən verilmiş apostil olunmuş və notarial qaydada tərcümə olunmuş yazılı ərizə 05.10.2020-ci il tarixində məhkəməyə daxil olmuşdur, ərizəyə əsasən, Cavabdeh mülki iş üzrə iddianı qəbul etdiyini, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 38 saylı evin 15 nömrəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə diar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehin faktiki olduğu yer məlum olmadığından, o, məlum olan axırıncı yaşayış yeri üzrə xəbərdar edilmiş, cavabdehin həmin ünvanda yaşamadığına dair qeyd aparılmış bildiriş məhkəməyə qaytarılmışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilən 26.12.1998-ci il tarixli, MH seriyalı 182994 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 38 saylı evin 15 nömrəli 3 otaqlı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Bu barədə 531 №-li reyestr kitabında 79306 səhifədə qeydə alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-216/2011 saylı 05.01.2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasənda Xətai rayon Qeydiyyat şöbəsində 25.01.1987-ci il tarixdə bağlanmış 90 saylı nikah qeydi ləğv olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 05.08.2020-ci il tarixli ******* nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, həmin mənzildə qeydiyyatda olan digər şəxslər Cavabdeh, X1, X3 və X2r İş materiallarında olan AZ-İ seriyalı 155356 nömrəli Nikahın Pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasındakı nikah 22 dekabr 2011-ci il tarixində pozulmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 38 saylı evin 15 nömrəli mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, Cavabdeh həmin ünvanda rəsmi qeydiyyatda olsa da orada yaşamır və ondan istifadə etmir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 38, 15 nömrəli mənzildən Cavabdeh istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 38 saylı evin 15 nömrəli mənzilindən istifadə hüququna xitam verilsin. Dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8021/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8021/2021
03.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver