Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8043/2025 11.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli nikah qeydinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə uzaq qohumdurlar. Hüseyn C.Naxçıvanski adına hərbi məktəbdə işləyir. Hüseyn gənc ailələrin ipoteka ilə ev verilməsi barədə güzəştlər nəzərdə tutulduğunu öyrənmişdir. Cavabdeh iddiaçıdan xahiş edərək demişdir ki, ona komək etsin və nikaha daxil olaraq dövlət tərəfindən verilən həmin güzəştlərdən istifadə edib güzəştli şərtlərlə ipoteka ilə ev alsın. Bu məqsədlə də xx.xx.2025-ci il tarixdə Hüseynlə saxta nikah qeydiyyatına düşmüşdürlər. Bundan sonra Cavabdeh ipoteka ilə ev əldə etməsi üçün marağlanaraq ilkin ödənişin və aylıq ödənişin çox olduğunu bildirildikdə onun ipoteka ilə ev almasının çətin olduğunu bilmiş və sonra bu yalançı evliliyin daha artıq davam etdirilməsinin mənasız olduğunu ve sonlandırmaq lazım olduğunu başa düşmüşdür. Bu səbəbdən də, nikahlarının etibarsız hesab edilməsinə qərar vermişdirlər. Belə ki, onlar nikahda olsalar da, onların ailə qurmaq niyyətləri olmamış, nikaha güzəştli şərtlərlə ev almaq üçün daxil olmuşdurlar. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi X4 tərəfindən məhkəməyə ərizə ünvanlayaraq, tərəflər arasında mübahisə olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyinə görə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: 2 saylı “Bakı Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 667770 nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, Cavabdeh və Rəhimli (Lazımova) Məryəm Anar qızı arasında 05 may 2025-ci il tarixdə 366 nömrəli akt qeydi tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, iddiaçının atasının dostudur. İddiaçının atası ona ev almaq məqsədilə qızı İddiaçı nikaha daxil olduğunu bildirmiş, lakin bununla bağlı heç bir toy və ya nişan olmamışdır. Məryam heç vaxt ata evindən gəlin köçməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, iddiaçının qonşusu olduğunu bildirmiş və illərdir eyni binada yaşadıqlarını qeyd etmişdir. İddiaçı ev almaq məqsədi ilə nikaha daxil olduğunu bildirmişdir. Bununla bağlı hər hansı nişan və ya toy mərasimi olmamışdır, Məryam heç vaxt ata evindən gəlin köçməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu Məcəllənin 10- 12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. Nikahın bağlanmasına mane olan halları müəyyən edən Ailə Məcəlləsinin 12.0.3-cü maddəsinə görə ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı arasında nikah 25 may 2025-ci il tarixdə 366 nömrəli akt qeydi ilə rəsmi qeydə alınsa da, tərəflər nikahı ipoteka güzəştlərindən istifadə etmək məqsədi ilə bağlamış və daha sonra ipoteka şərtləri onlara uyğun olmadıqda isə onlar bu fikirlərindən dönmüşdürlər. Məhkəmə hesab edir ki, tərəflərin ailə qurmaq niyyətinin olmadığı sübut edildiyindən, onların nikaha daxil olmaları barədə hər hansı nişan və ya toy mərasimi olmadığından, onlar birgə yaşayıb birgə ailə təsərrüfatı aparmadığından tərəflər arasında 05 may 2025-ci il tarixində 366 akt qeydi ilə bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu 50 manat; mediasiya təşkilatına ödənilmiş 50 manat; Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı hər hansı tələbi olmadığından, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı oğlu arasında 2 saylı “Bakı Asan Xidməti” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 05 may 2025-ci il tarixdə bağlanmış və 366 nömrə ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8043/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8043/2025
11.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver