Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8114/2023 26.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx xxxxxx 1962-ci il tarixində Ermənistan Respublikası, Sevan şəhərində doğulmağına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, ata qrafasında ata adı X4 və ana qrafasında ana adı X2 göstərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X1 və anası X2 ailə qurmuşlar. Ərizəçi onların ailə ittifaqından xx xxxxxx 1962-ci il tarixdə Sevan şəhərində anadan olmuşdur. X1 17 may 1987-ci il tarixdə Ermənistan Respublikasında, anam X2 10 noyabr 2016-cı il tarixdə Ağstafa rayon Xətai kəndində vəfat etmişdir. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməni arxiv sənədlərdən əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə müraciət etsə də, həmin orqan imtina məktubu ilə doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx xxxxxx 1962-ci il tarixində Ermənistan Respublikası, Sevan şəhərində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında akt qeydində soyad qrafasında “Rzayev”, ad qrafasında “Orucəli”, ata adı qrafasında “Əli”, doğum tarixi “xx.xx.1962-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Sevan şəhəri”, ata qrafasında “X7”, ana qrafasında “X3”, milliyyəti “azərbaycanlı” kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsinin, o cümlədən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Sevan şəhərində anadan olmuşdur. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq Xətai Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş Ərizəçi adına sənədləşən fərdi uçot kartoçkasının surətindən görünür ki, ərizəçi xx xxxxxx 1962-ci il tarixdə Ermənistan Respublikası, Sevan şəhərində anadan olmuşdur. Onun atası X7, anası X3 olmuşdur. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, ərizəçinin X1 17 may 1987-ci il tarixdə, anası X2 isə 10 noyabr 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin Ərizəçi müraciətinə əsasən ona ünvanlanmış 18 oktyabr 2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, əriçinin atasının adı ölüm haqqında şəhadətnamədə “İrza”, anasının adı “Karatel” kimi qeyd edilsə də, polis tərəfindən təqdim edilmiş fərdi uçot kartoçkasında əriçinin atasının adı “Rza”, anasının adı isə “Qaratel” olduğu qeyd edilmişdir. Odur ki, məhkəmə istinad olunlara əsasən həmin adların müvafiq olaraq “Rza” və “Qaratel” olaraq qeyd edilməli olması qənaətinə gəlir. Odur ki, ərizə təmin edilməli, xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməli, həmin akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Sevan şəhəri”, “doğum tarixi” qrafasında “xx.xx.1962-ci il”, “ata adı” qrafasında “X7”, “ana adı” qrafasında “X3”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1962-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Ermənistan Respublikası, Sevan şəhəri”, “doğum tarixi” qrafasında “xx.xx.1962-ci il”, “ata adı” qrafasında “X7”, “ana adı” qrafasında “X3”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-8114/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8114/2023
26.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver