Məhkəmə qərarları › İş №2(011)-8187/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-8187/2025

28.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-8187/2025 28.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmetində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icrası iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmetində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icrası iş olarsa. hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 114.1.2-cİ maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

İşə baxan məhkəmənin mövqeyi:

3. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə eyni tələbə dair başqa məhkəmənin icraatında iş olduğuna görə iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilməlidir.

4. Belə ki, hazırkı iş üzrə İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8111/2025 saylı qətnaməsinə əsasən iddia icraata götürülmüş, xx.xx.2025-ci il tarixə saat 11:30-a hazırlıq iclası təyin edilmişdir.

5. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmağına baxmayaraq, İddiaçı təkrar eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair ərizə ilə müraciət etmişdir.

6. Azərbaycan Respublikası MPM-nin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmetində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icrası iş olarsa. hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki Prosessual Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır.

7. xx.xx.2025-ci il tarixli, **********68 nömrəli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qaytarıldığından ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır.

8. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114, 153.2, 263-264-cü maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

1. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.

2. Ərizəçi İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş **********68 qəbz nömrəli 100 manat dövlət rüsumu geri qaytarılsın.

3. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.

4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar