Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-837/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər “X15” MMC-yə və Cavabdeh2 qarşı “hərrac nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər “X15” MMC-yə və Cavabdeh2 qarşı “hərrac nəticələrinə dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, cavabdeh İddiaçı ümumilikdə 63202 ABŞ Dolları məbləğində pulun tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzilin üzərinə həbs qoyulmuş və mənzil borc tələblərinin ödənilməsi üçün açıq hərraca çıxarılmışdır. 19 mart 2021-ci il tarixdə keçirilmiş hərrac nəticəsində 26/03 nömrəli protokol tərtib edilmiş və Cavabdeh2 ilə hərrac təşkilatı "xxxx" MMC arasında əmlakın alqı-satqısı müqaviləsi imzalanmış, Cavabdeh2 həmin mənzili icra sənədi üzrə tələblərin əsas hissəsini təşkil edən 105000 manatın əvəzi kimi qəbul etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzil üzrə hüquqların dövlət reyestrində qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almışdır.
2. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, keçirilmiş hərrac bir sıra qanunvericilik normalarının pozulması ilə həyata keçirilmişdir. İddiaçının tutulmanın onun əmlakına yönəldilməsindən məlumatı olmamışdır, qanunvericiliyə əsasən borclunun yetərli pul vəsaiti olmadıqda tutma onun əmlakına yönəldilə bilər, lakin icra məmuru borclunun pul vəsaitinin olub-olmamasını yoxlamamış, işləməsini və ya pensiya almasını müəyyən etmədən birbaşa tutmanı onun əmlakına yönəltmişdir. Əmlak birgə nikah dövründə əldə edilmişdir, ona və həyat yoldaşına məlumat verilməmişdir. Hərracın keçiriləcəyi barədə iddiaçıya heç bir məlumat verilməmişdir, həmçinin iddiaçı hesab edir ki, Cavabdeh2 əmlakın dəyərini ödəməmişdir, yalnız borcu əvəzləşdirmişdir. Qanunvericilik hərracın keçirilməsi üçün iştirakçıların əvvəlcədən beh ödəməsini nəzərdə tutur, yalnız ipoteka saxlayan həmin behi ödəməkdən azaddır. Hazırki işdə isə satılan əmlak ipoteka predmeti deyil, icra sənədinin icrası ilə bağlı tutma yönəldilən əmlakdır, bu da eyni zamanda qanunauyğun deyildir.
3. Qeyd edilənlərə əsasən, iddiaçı hərracın yekunlarına dair protokolun və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddiaçının tələbi:
4. Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzillə bağlı “X15” MMC-nin hərrac nəticələri barədə xx.xx.2021-ci il tarixli 26/03 saylı protokolunun və həmin mənzilə dair hərrac protokolu əsasında cavabdehlər “X15” MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin iddiaya münasibəti:
5. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 öz izahatında qeyd etmişdir ki, Binəqədi rayon İcra şöbəsindən icra işi ilə bağlı bütün sənədlər məhkəməyə daxil olmuşdur. Sənədlərə baxış keçirdikdə də müəyyən olunur ki, hərracın keçirilməsi ilə bağlı bildiriş İddiaçı tərəfindən alınmamış, çünki konkret olaraq həmin sənəddə göstərilən imza ona məxsus deyil, iş materiallarında etibarnamə mövcuddur ki, həmin etibarnamədə imza şəxsən İddiaçı özü tərəfindən imza edilmişdir. İcra şöbəsi tərəfindən akt tərtib edilmişdir ki, İddiaçı həqiqətən həmin ünvanda yaşamır. Lakin hərracın keçirilməsi ilə bağlı bildiriş eyni ünvana göndərilmiş, guya bildiriş həmin ünvandan təhvil alınması ilə bağlı poçt qəbzini Zeynal imzalamışdır. Zeynal İcra şöbəsinə yaşayış yerini dəyişməsi ilə bağlı məlumat verməmişdir, o, kirayədə yaşamışdır, lakin harada yaşaması ilə bağlı dəqiq məlumatı yoxdur. Birja yenilikləri qəzetində elan 23 fevral 2021-ci il tarixdə verilmişdir, ancaq hərrac 19 mart 2021-ci il tarixdə keçirilmişdir. Hərracın keçirilməsi ilə bağlı bildirişin tarixi də 23 fevral 2021-ci il tarixidir, Mülki Məcəllənin 415-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsinə ən geci 30 gün qalmış xəbər verməlidir. Əgər bildiriş göndərilibsə, 23 fevralda göndərilmiş, hərrac isə 19 martda keçirilmişdir. Ali Məhkəmənin tövsiyə xarakterli qərarları mövcuddur ki, 24 noyabr 2021-ci il tarixli qərara əsasən, əgər hərrac keçiriləcək əmlak ipoteka predmeti deyildirsə, tələbkarın tələbinin təmin edilməsi üçün borclunun əmlakına tələb yönəldilirsə, İpoteka haqqında Qanun tətbiq edilmir. Belə olan halda MM-nin 415-ci maddəsinin və İcra Haqqında Qanunun tələblərinə uyğun həyata keçirilməlidir. İcra Haqqında Qanununa əsasən, əmlak ilk növbədə tələbkara təklif olunmalıdır, tələbkar əmlakı almazsa, 3 ay müddətində hərraca çıxarılmalıdır. Bu tələblərə riayət edilməməsi borclunun hüquqlarının pozulmasına səbəb olur. Əvvəlla tələbkar hərracdan birbaşa əmlakı almamalı idi, borclunun imkanı var idi ki, ya əmlakı o müddət ərzində əmlakı özü alsın, eyni zamanda qiyməti ilə əlaqədar mübahisələndirə bilərdi. Qiymətləndirmə də düzgün aparılmamışdır. İpoteka haqqında Qanuna əsasən, əmlak ilkin satış qiyməti ilə çıxarılmalıdır, lakin İcra haqqında Qanunda və Mülki Məcəllədə isə bazar qiyməti müəyyən edilmşdir. İş materiallarına əsasən, aydın olur ki, qiymətləndirmədə əmlakın bazar qiyməti müəyyən edilməmişdir. Orada göstərilən əmlakın bazar qiyməti deyil, orada qeyd edilir ki, qiymət tələb və təklif nəzərə alınmaqla müəyyən edilmişdir. Çünki qiymət bazar qiyməti ilə müəyyən edilməlidir, likvid qiyməti ilə deyil. Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli Qərarına əsasən, tələbin yönəldilməsinin yol verilmədiyi əmlaklar siyahısı müəyyən edilmişdir ki, borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamasını təmin edəcək mənzilə, ev və onun ayrı-ayrı hissələrinə və onların altında olan torpaq sahəsinə tələb yönəldilə bilməz. Əgər ipoteka predmeti deyildirsə. İpoteka predmetidirsə, ailə üzvlərinin hər birinin ipoteka qoyulması ilə bağlı razılığı tələb olunur. İcra şöbəsi həmin mənzilin borclunun ailəsinin yeganə yaşayış sahəsi olduğunu araşdırmamışdır. Ona görə də icra işinin materiallarında Zeynalın ərizəsi mövcuddur ki, tələbi onun torpaq sahəsinə yönəltsinlər. Lakin icra şöbəsi yenə də müəyyən etməmişdir ki, bu Zeynalın və ailəsinin yeganə mənzilidir, ya yox. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 öz izahatında qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Borclunun nümayəndəsi (vəkili) də qeyd edir ki, borclu həmin ünvanda yaşamamışdır, bu barədə akt da tərtib edilmişdir. Borclunun başqa ünvanda yaşaması onun başqa yaşayış sahəsinin olmasını sübut edir. Şəxsin başqa yaşayış yerinin olmadığını özü sübut etməlidir. Şəxsin idarə etdiyi 60 min manatlıq avtomobil vardır ki, öz adına deyil. Bazar qiyməti məsələsi ilə bağlı qeyd etmişdir ki, tələb-təklif bazar qiyməti ilə müəyyən olunan bir şeydir. İlkin satış qiyməti, likvid qiymət- sürətli satılması ilə bağlıdır. Qiymətin aşağı qeyd edilməsi ilə bağlı bildirmişdir ki, əslində onların tələbi 120 min manat idi, 15 min manat onsuz da itirilmişdir. Mülkiyyət hüququnun qeydə alınması ilə bağlı əsaslarda tələbkara təklif edilməsi yoxdur. Qarşı tərəfin heç bir hüququnun pozuntusu mövcud deyildir. İddia ərizəsində müddətlə bağlı heç bir hal qeyd edilməmişdir. İcra şöbəsinə yaşayış yerinin dəyişdirilməsi ilə bağlı məlumat verməmişdirlər. Məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh “X15” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, mülki işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. xx.xx.2014-cü il tarixli Bağışlama müqaviləsinə əsasən X6 xx.xx.2014-cü il tarixli 2V- 124 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atası X1 miras qalmış əmlakdan özünə çatası ½ hissədə payını qardaşı İddiaçı bağışlamışdır. Bağışlamanın predmeti xx.xx.2006-cı il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, 161, M4 ünvanda yerləşən ümumi sahəsi 93.12 kv.metr təşkil edən 5 otaqlı 1 saylı mənzilə dair bağışlayana aid ½ hissədə vərəsəlik hüququ üzrə paydan ibarətdir.
10. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli Şəhadətnaməyə əsasən X2 vərəsəsi Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2a, mənzil 26-da qeydiyyatda olan oğlu İddiaçı və Bakı şəhəri, H.Əliyev küçəsi, ev 1, mənzil 218-də qeydiyyatda olan qızı X4r və onlar miras əmlakdan bərabər ½ hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, 161, M4 ünvanda yerləşən ümumi sahəsi 93.12 kv.metr təşkil edən 5 otaqlı 1 saylı mənzildən ibarətdir. (Köhnə ünvanı: Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A, mənzil 26)
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1499/2018 saylı Qətnaməsinə əsasən, iddiaçı "xxxx" MMC-nin direktoru Cavabdeh2 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia tələbi qismən təmin edilmişdir.
12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı icra vərəqəsinə əsasən, cavabdeh İddiaçı ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 42702 ABŞ Dolları məbləğində borc, əldən çıxmış faydaya görə 20000 ABŞ Dolları məbləğində və mənəvi zərərə görə 500 ABŞ Dolları məbləğində pul tutularaq Cavabdeh2 ödənilməlidir. İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir.
13. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında Bildirişə əsasən, İddiaçı xəbərdarlıq edilmişdir.
14. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
15. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx/xx-38795/19-7 nömrəli xx.xx.2019-cu il tarixli məktuba əsasən, borclu İddiaçı mülkiyyətində olan “Mercedes C200” minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və axtarılması haqqında qərar Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Həmin avtomobilin üzərinə həbs qoyulması, saxlanılaraq xüsusi mühafizə olunan dayanacağa yerləşdirilməsi və bu barədə məlumat verilməsi xahiş edilmişdir.
16. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması və axtarılması haqqında Qərara əsasən, borclu İddiaçı mülkiyyətində olan “Mercedes C200” minik markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və axtarış elan edilməsi qərara alınmışdır.
17. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx/xx-38795/19-7 nömrəli xx.xx.2019-cu il tarixli sorğuya əsasən, AR ƏƏSMN yanında X10 Xidmətinə borclu İddiaçı X5 məlumat bazasında qeydiyyatda olub-olmaması barədə yazılı məlumat verilməsi xahiş edilmişdir.
18. AR ƏƏSMN yanında X10 Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli sorğuya cavaba əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdə bağlanmış Bakı Futbol Klubu MMC ilə əmək müqaviləsi qüvvədə olmuşdur.
19. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx/xx-38795/19-7 nömrəli xx.xx.2019-cu il tarixli sorğuya əsasən, İddiaçı adında pul vəsaitinin olub-olmaması barədə dərhal Binəqədi rayon İcra şöbəsinə məlumat verilməsi xahiş edilmişdir.
20. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şəhriyar Şirinov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A, mənzil 26 ünvanında yaşamadığı müəyyən edilmişdir. Qonşuların məlumatına əsasən, həmin ünvanda bir müddət əvvəl kirayə əsasında müxtəlif şəxslər yaşamışlar. Hazırda isə altı aydan çox müddətdir ki, həmin mənzildə heç bir şəxs yaşamamışdır.
21. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qərara əsasən İddiaçı barəsində axtarış elan edilmişdir.
22. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx.xx.2019-cu il tarixli sorğuya cavaba əsasən, İddiaçı adına xx.xx.2002-ci il tarixdə mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedə şəhadətnamənin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi barədə dəqiq məlumat aşkar edilməmişdir və X7 adına Sabunçu rayonu, Bilgəh bağ ərazisində yerləşən 0,12 ha torpaq sahəsində xx.xx.1996-cı il tarixli mülkiyyət hüququ əsasında şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamənin özgəninkiləşdirilib- özgəninkiləşdirilməməsi barədə dəqiq məlumat aşkar edilməmişdir.
23. AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktuba əsasən, vətəndaş İddiaçı heç bir növə görə pensiya almır.
24. Paşa Bank, AccessBank, Bank of Baku və Kapital Bank ASC tərəfindən Binəqədi rayon İcra şöbəsinə ünvanlanmış cavab məktublarına əsasən, vətəndaş İddiaçı bank hesabları yoxdur, bank hesabları mövcud olan kartlarda isə heç bir məbləğ yoxdur.
25. İddiaçı tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin rəisi cənab İlham Həsənova ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, onun borcu ödəmək üçün nağd şəkildə pulu olmdığından borcu ödəyə bilmədiyini qeyd etmiş, həmin qətnamə üzrə tələbin yəni 63202 ABŞ dolları məbləğində borcun ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinə yönəldilməsinə etiraz etmədiyini bildirmişdir və torpaq sahəsinə yönəldilməsini xahiş etmişdir.
26. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-949/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 2(001)-1499/2018 saylı icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin və Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi 2 a saylı evin 26 saylı mənzilinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaklara yönəldilməsi qərara alınmışdır.
27. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən daxil olmuş xx.xx.2019-cu il tarixli cavaba əsasən, X3 adına Bakı şəhəri, Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 7, 31 saylı mənzil və X3 adına (arxiv əsaslarında təvəllüd qeyd olunmamışdır) Bakı şəhəri, 7-ci mikrorayon, ev 3 mənzil 18 qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.
28. xx.xx.2019-cu il tarixdə AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinə ünvanlanmış məktuba əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)- 949/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı xx.xx.2019-cu il tarixdə icra olunaraq Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən torpaq sahəsinin və Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi 2 a saylı evin 26 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur.
29. “X15” MMC-nin direktoru Maisə Əsgərova tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli bildirişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A, mənzil 26-nın qiyməti 105.000 manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2021-ci il tarixdə “Birja yenilikləri” qəzetində elanı çıxmış və xx.xx.2021-ci il tarixə saat 11:00-dan 17:00-dək (növbəlilik əsasında) hərracı təyin edilmişdir.
30. Hərracın yekunları barədə xx.xx.2021-ci il tarixli 26/03 nömrəli protokola əsasən, ilkin satış qiyməti 105.000 (yüz beş min) manat olmaqla Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzilin qalib alıcısı Cavabdeh2 olmuşdur.
31. Hərracın yekunları üzrə xx.xx.2021-ci il tarixli əmlakın alqı-satqısı müqaviləsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzil Cavabdeh2 satılmışdır, əmlakın əldə olunma qiyməti 105.000 (yüz beş min) manat təşkil etmişdir.
32. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “ İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərara əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir.
33. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-579/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən tələbkar X8 Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Şəhriyar Şirinovun icra sənədi üzrə icraata xitam verilməsi barədə 13 aprel 2021-ci il tarixli qərarından verdiyi şikayət təmin edilmiş, qərar ləğv edilmiş və həmin icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır.
34. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1085/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı (İddiaçı 3-cü şəxs qismində cəlb edilməklə) “əmlakın həbsdən azad edilməsi” tələbinə dair iddia tələbi təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzil həbsdən azad edilmişdir.
35. Yol Hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən, İddiaçı xx.xx.2022-ci il tarixdə saat 12:10-da Şəfayət Mehdiyev küçəsində Mercedes GL 500 minik markalı **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir.
36. İcbari sığorta müqaviləsinə dair məlumata əsasən, Mercedes Benz GL 500 minik markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobil əmlaka vurulan zərərə görə 5000 manat məbləğində sığortalanmışdır. Sığortalı X11, sığortaçı MeqaSığorta ASC-dir.
37. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2880/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Meqa Sığorta ASC-nin cavabdeh İddiaçı qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia tələbi təmin edilmiş və İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta məbləğinin əvəzi kimi 470 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş pul vəsatinin əvəzi kimi 30,4 manat tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Tətbiq edilən hüquq: 38.Azərbaycan Respublikası Konstitusiyasının: 1 3 . İ. hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 2 9 . İİİ. hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
39.Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
40. İcra haqqında Azərbaycan Respublikasının Qanunu: 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur. 45.7. Tələb, borclunun əmlakına, o cümlədən nağd yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. 51.1. Borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. 61.3. Sifarişə aşağıdakılar əlavə edilir: 61.3.1. icra sənədinin surəti; 61.3.2. əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən tərtib edilmiş aktın surəti; 61.3.3. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair sənədlər; 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
42.Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 24 noyabr 2021-ci il tarixli Qərardadı.
Məhkəmənin mövqeyi:
44. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§41)
46. İddiaçının tələbi bir-biri ilə əlaqəli hissələrdən ibarətdir. İddiaçının ilkin tələbi Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzillə bağlı “X15” MMC-nin hərrac nəticələri barədə xx.xx.2021-ci il tarixli 26/03 saylı protokolunun etibarsız hesab edilməsidir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.
47. Belə ki, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması qaydası “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İcra haqqında” Qanun) və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) müvafiq müddəaları ilə tənzimlənir. İcra icraatı çərçivəsində borclunun əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir.
48. Prosedura gəldikdə isə, ipoteka predmeti olmayan əmlak hərracdan Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun 51, 53, 61, 62-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 51-ci maddəsinə əsasən əmlakın üzərinə həbsin qoyulmasından sonra icra məmuru əmlakın qiymətləndirilməsini həyata keçirərək, həmin Qanunun 53-cü maddəsinə əsasən tələbkara təklif etməlidir. Tələbkar əmlakı qəbul etməkdən imtina etdikdə isə, həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində (icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində) Mülki Məcəllənin 415-ci maddəsində müəyyən edilən qaydada hərrac yolu ilə satılmalıdır. Göründüyü kimi, qanunvericilik ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlakın icra icraatı çərçivəsində açıq hərracdan satılması üçün 3 aylıq müddət müəyyən etsə də, “İpoteka haqqında” Qanunda, “Vergi Məcəlləsində” və “Qiymətli kağızların girovunun qeydiyyatı, ona xitam verilməsi və girov predmetinə tutmanın yönəldilməsi Qaydası”nda olduğu kimi digər xüsusiyyətlərini müəyyən etməmişdir. Bu baxımdan məhkəmə tərkibi belə qənaətə gəlir ki, icra icraatı çərçivəsində ipoteka predmetinə, vergi ödəyicisinin siyahıya alınmış əmlakına və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaka münasibətdə hərrac 3 aylıq müddət çərçivəsində hərracın keçirilməsi qaydasını pozmadan keçirməyə imkan verən sayda keçirilməlidir. (§42)
49. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1499/2018 saylı Qətnaməsinə əsasən, hazırki iş üzrə Cavabdeh2 hazırki iş üzrə İddiaçı qarşı “pul” tələbinə dair iddia tələbi qismən təmin edilmiş (§11) və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1503/2018 saylı icra vərəqəsinə əsasən, İddiaçı ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla 42702 ABŞ Dolları məbləğində borc, əldən çıxmış faydaya görə 20000 ABŞ Dolları məbləğində və mənəvi zərərə görə 500 ABŞ Dolları məbləğində pul tutularaq Cavabdeh2 ödənilməli olduğu müəyyən edilmişdir (§12). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(011)-949/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadına əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 2(001)-1499/2018 saylı icra sənədi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin və Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi 2 a saylı evin 26 saylı mənzilinin üzərinə həbs qoyulmuş və tələbin həmin əmlaklara yönəldilməsi qərara alınmışdır. (§26)
50. İddiaçı tərəf tutulmanın onun əmlakına yönəldilməsindən əvvəl icra məmurunun onun pul vəsaitinin olub-olmamasını yoxlamadığını, işləməsini və ya pensiya almasını müəyyən etmədən birbaşa tutmanı onun əmlakına yönəldiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru borclunun pul vəsaitinin olub-olmaması, işləməsi, pensiya almasını müəyyən etmək məqsədi ilə müvafqi qurumlara sorğular vermiş, sadalanan hallar üzrə məlumatların aşkarlanmadığı məlum olmuşdur.
51. İddiaçı tərəf icra nəmurunun həmin mənzilin borclunun ailəsinin yeganə yaşayış sahəsi olduğunu araşdırmadığını, iddiaçının orada yaşamamasına baxmayaraq onun ailəsinin yeganə yaşayış yeri olduğunu qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı icra işinin materiallarından məlum olur ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzil üzrə həbs qoyulmamışdan əvvəl onun və arvadı X3 adına hər hansı yaşayış yerinin olması araşdırılmış və iddiaçının arvadı X3 mülkiyyətində iki mənzilin olması müəyyənləşdirilmişdir.
52. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzilin birgə nikah dövründə əldə edildiyini qeyd etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun ½ payı vərəsəlik qaydasında (§9), ½ payı isə bağışlama müqaviləsi əsasında (§10) yaranmışdır. Mülki və ailə qanunvericiliyinə əsasən birgə nikah dövründə vərəsəlik və bağışlama müqaviləsi əsasında əldə edilmiş əmlak birgə nikah dövrüdə əldə edilmiş əmlak hesab edilmir.
53. İddiaçı hərracın təşkilatçısı olan cavabdeh X15 MMC-nin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surətindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh X15 MMC tərəfindən iddiaçıya məlumat verilmiş və iddiaçı həmin bildirişləri qəbul etmişdir. Bildirişin qəbul edilməsinə dair qəbzdəki imzanın iddiaçıya məxsus olmaması barədə dəlili də inandırıcı deyil. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iş üzrə də əlaqə ünvanı kimi əvvəlki məhkəmə prosesləri, hərrac zamanı qeyd olunan ünvanı qeyd etmişdir.
54. İddiaçı tərəf əmlakın düzgün qiymətləndirilmədiyini qeyd etsə də bu halın əksini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli “ İcra sənədi üzrə icraata xitam verilməsi barədə” Qərarında qeyd edilmişdir ki, tələbkar Abbasov Tariyel sözügedən mənzili 105000 manat dəyərində qəbul etdiyini və qalıq məbləğdən imtina etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. İcra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakı hərracdan satılarkən onun ilkin satış qiyməti likvid deyil, bazar dəyəri ilə müəyyən olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən “Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir”. Qiymətin mübahisələndirilməsi qaydası ilə bağlı qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 51-ci maddəsindən, habelə yuxarıda qeyd edilən digər müddəalarından belə qənaət hasil olur ki, icra icraatı çərçivəsində borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti qiymətləndiricilərdən alınan rəylər əsasında icra məmuru tərəfindən müəyyənləşdirilir. Məhkəməyə təqdim edilmiş icra işinin materiallarında “”Daşınar və dşınmaz əmlakınların Qiymətləndirilməsi Xidməti” MMC tərəfindən tərtib edilmiş 04 saylı, xx.xx.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən sözügedən mənzilin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətinin 105000 manat təşkil etdiyi qeyd edilmişdir.
55. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzilin birinci tələbkara təklif olunub daha sonra hərraca çıxarılmalı olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, sözügedən mənzilin üzərinə həbs 2019-cu ildə qoyulmuş, (§26) əmlak isə 2021-ci ildə hərraca çıxarılmışdır. (§30) İcra sənədi üzrə borclunun əmlakı barəsində tələbkarın öz alacağını borclunun əmlakının satılması hesabına əldə etmək hüququ “İcra haqqında” Qanundan irəli gəlir. Belə ki, icra icraatı çərçivəsində tələbin borclunun əmlakına yönəldilməsi məcburi icra tədbiridir. Bu qaydada yönəltmə əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.
56. Əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru isə Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.
57. Mülki Məcəllənin 415-ci maddəsi ilə, habelə “İcra haqqında” Qanunun 53, 61, 62-ci maddələri ilə icra sənədi üzrə tələbin yönəldiyi əmlakın satışı üzrə hərracın keçirilməsi qaydaları müəyyən edilir ki, bu qaydalara əsasən də əmlakın bazar qiyməti ilə hərraca çıxarılması, hərracların keçirilməsi müddətləri, hərracın keçirilməsindən əvvəl, həm də hərracın baş tutmamasından sonra əmlakın tələbkara təklif edilməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hərracı udan şəxs tələbkar özüdür və prosedurla bağlı hər hansı tələbi mövcud deyil.
58. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi ilə bağlı etiraz ərizəsinə münasibətdə hesab edir ki, etiraz əsaslıdır. Belə ki, iddiaçı bildirişlərin göndərildiyi ünvanda yaşamadığını, hərracın keçirilməsi ilə bağlı təqdim olunmuş bildirişdə olan imzanın ona məxsus olmadığını, bununla əlaqədar əmlakın üzərinə həbsin qoyulması, hərracın keçirilməsi ilə bağlı məlumatsız oldğunu bildirsə də məhkəmə araşdırması zamanı bunu sübuta yetirən hər hansı mötəbər dəlili məhkəməyə təqdim etməmiş, hazırki iş üzrə də əlaqə ünvanı kimi bildirişlərin göndərildiyi ünvanı qeyd etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MM-nin 354.2.-ci maddəsinə əsasən maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
59. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı hərracın keçirilməsində hər hansı pozuntu halı aşkar edilməmişdir.
60. Məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, X14 küçəsi, ev 2A ünvanında yerləşən 26 saylı mənzillə bağlı “X15” MMC-nin hərrac nəticələri barədə xx.xx.2021-ci il tarixli 26/03 saylı protokolunun etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən həmin mənzilə dair hərrac protokolu əsasında cavabdehlər “X15” MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə verilmiş çıxarışın ləğv edilməsi hissəsində də təmin edilməməlidir.
Məhkəmə xərcləri:
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddia tələbi rədd edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia verilərkən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova