Məhkəmə qərarları › İş №2(011)-8408/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8408/2025

09.01.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8408/2025 09.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti, Maraqlı şəxs olmaqla Cavabdeh MMC-yə qarşı “əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və s.” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmaqla cavabdehlər “X18” MMC-yə və Cavabdeh MMC-yə qarşı (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-254/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər “X18” MMC-yə, Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək mübahisələri” tələbinə dair 2(011)-254/2025 saylı mülki işdən X5 “X18” MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X3 “X18” MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X2 “X18” MMC-yə, Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X1 “X18” MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X4 “X18” MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi ayrılaraq hər biri ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-254/2025 nömrəli qərardadı ilə İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmaqla cavabdehlər “X18” MMC-yə və Cavabdeh MMC-yə qarşı (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək mübahisələri” tələbinə dair 2(011)-254/2025 saylı mülki işdən İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmaqla cavabdehlər “X18” MMC-yə qarşı (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək mübahisələri” tələbi ayrılaraq hər biri ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, “Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2023-cü ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 3400 manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMF-yə ödənilməli 3400 məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ildən başlayaraq 2022-ci ilədək cavabdeh "xxxx"Firmasının, sonradan adı "X18"xxxx"Master Milk MMC" dəyişdirən hüquqi şəxslə əmək münasibətlərində olmuşam. 2023-cü ilin sonlarında araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, MMC-in rəhbərliyi və təsisçiləri mənim əmək hüquqlarımı kobudcasına pozmuş, DSMF-yə ödənilməli məcburi sosial ödənişləri əmək haqqımdan tutusalar da, həmin vəsaitlər təyinatı üzrə ödənilməmiş, başqa hesablara köçürülərək MMC-in rəhbərliyi tərəfindən mənimsənilmişdir. Cavabdeh "xxxx" MMC rəhbərliyinin illər üzrə törətdiyi maliyyə-mühasibatlıq pozuntuları: - DSMF-na ödəniləsi xx.xx.2020xx.xx.2022-ci il 2.3 il-3400 manat Məzuniyyət pulu və son haqq hesab üçün 1500 manat Əmək kitaçası doldurulmuş və möhürlə təsdiq edilmiş halda. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DS MF-da olan hesabına qanunla müəyyən edilmiş miqdarda işçinin icbari ödəniş hesabına ödənilməzsə və müvafiq məbləğ işçinin hesabına toplanmazsa, (icbari sığorta kapitalı) işçi təqaüdə çıxsa bilməz. İcrbari sığorta kapitalı olmazsa, işçiyə pensiya yox, işsizlik müavinəti ödənilir. MMC-in rəhbərliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminə həqiqəti əks etdirməyən məlumatlar daxil etməklə icbari sığorta kapitalını əmək münasibətlərində olduğu bizlərə deyil, sonradan müqavilə bağladığı işçilərin hesabına ödəmişdir. MMC-in rəhbərliyi mənə külli miqdarda maddi ziyan vurmuşdur. Beləki əmək haqqının bir hissəsi kart vasitəsi ilə, digər hissəsi işçiyə nəğd qaydada ödənilirdi. MMC-in rəhbərliyi göstərilən qaydada ödəniş etməklə vergidən və DSMF-na ödənişlərindən (sosial sığorta) yayınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMFdə cavabdeh qismində işə cəlb edilməli, onlarda saxlanıl malı olan sənədlər tələb edilərək təhlil edilməli, sübutlara hüquqi qiymət verilməli,iş üzrə obyektiv, ədalətli və qanuni qətnamə qəbul etmək üçün müvafiq ekspertizalar (maliyyə-mühasibatlıq)təyin edilməlidir. Mülki iş üzrə sübutları məhkəməyə təqdim etmək imkanım yoxdur, ona görə ki,sənədləri ən azı Sil saxlamalı olan MMC-ti sənədlərin yandırılaraq məhv edildiyini iddia edir və bunu sübut etmək üçün hüquq mühafizə orqalanrına saxta Akt təqdim edir. Digər tərəfdən, qanunverciliyə görə fiziki şəxslərin ciddi hesabat-mühasibatlıq sənədlərini əldə etməsi münkünsüzdür.Bu səbəbə görə 2006-cı ildən 2023- cü il tarixədək MMC-də və müvafiq dövlət orqanlarına saxlanılan hesabat sənədləri sorğu ilə tələb edilərək tədqiq edilməlidir. Cavabdeh MMC-ti rəhbərliyi DSMF-yə ödənilməli icbari ödəməni əmək haqqımdan tutaraq başqa məqsədləri üçün xərcləmişdir. Mülki iş üzrə sübutları məhkəməyə təqdim edə bilmirəm, ona görə ki, Qaydalara əsasən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 183 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar) əsasən tələb edilən sübutlar MMC-də 5(beş)il saxlamalıdır. MMC-ti rəhbərliyinin bu xüsusda hərəkətləri Əmək Məcəlləsinin sadalanan Fəslinə və Qaydalara tam ziddir. Beləki, həmin Qaydaların 6.2.maddəsi: Əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1(bir)iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu çap edərək,mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5(beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Bütün bunların əksinə olaraq, cavabdeh MMC-ti məhkəməyə sənədlərin (sübutların) yandırılaraq məhv edildiyi barədə Akt təqdim etmişdir. Cavabdeh MMC-in rəhbərliyi qanuni əsas olmadan Əmək Məcəlləsinin 68 maddəsi ilə işdən azad etsə də,barəmdə olan əmri Qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq saytında yerləşdirməmiş, hüquqi olaraq cavabdeh mənimlə əmək münasibətləri davam etdirilmişdir.Belə olan halda, cavabdeh MMC-ti keçən müddət ərzində qətnamə qəbul edilən tarixə qədər, mənim ad və soy adımı Dövlət Vergi Xidmətinin müvafiq elektron səhifəsində saxladığına görə həmin dövr üçün mənə orta aylıq əmək haqqını ödəməlidir. Qanunverciliyə görə Dövlət Vergi Xidməti DSMF-na ödənişlərə nəzarəti həyata keçirməlidir.X19 Xidmətinin funksiyalarından biri və bilavasitə vəzifəsidir. Vergi Xidməti ödənişlərə nəzarəti təmin etməli olduğu halda, bunu etməmişdir. Ona görə də Məhkəməyə lazım gəlir ki,bu illər ərzində MMC-ti rəhbərliyinin icbari sosial ödənişin bizim əmək haqqımızdan tutulduğunu, lakin DSMF-in müvafiq hesabına ödənilmədiyini xüsusatlannı araşdırsın və hüquqi qiymət versin. X17 Xidməti üzərinə düşən vəzifələri icra etməmiş, lazımı qaydada və miqdarda DSMF-yə ödənişi təmin etməmişdir? Azərbaycan Respublikası Dövlət Əmək Müffəttişliyi Xidməti göstərdiyimiz hallara və faktlara əsasən mülki mübahisəyə 3-cü Şəxs qismində cəlb edilməli və cavabdeh MMC-ti cərimələnməlidir. Belə hallarda, hüquqi şəxslər üçün cərimə miqdarı 25.000manatdan başlayır. Cavabdeh MMC-nin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlı 296-cı maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi ımüəyyənlikdir. Belə ki, o, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi iddiaçı tərəfindən qanunvericilikdə müəyyən olunmuş iddia müddətləri ötürülümüşdür. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya müraciət edilərkən, mübahisə predmeti qismində 2019-cu ilin sentyabrından- il tarixdən xx.xx.2023ci il tarixinədək ödənilməmiş DSMF-nin ödənilməsi, qanunsuz əmrin ləğvi, məcburi işburaxmaya görə kompensasiya tələbi, mazuniyyət haqqı tələbi göstərilmişdir. Halbuki, hazırkı iddia ərizəsində bu tələbdən əlavə olaraq “əmək kitaçası doldurulmuş və möhürlə təsdiq edilməsini ilə bağlı” tələb də irəli sürülmüşdür. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən tələblər ilə mediasiya mərhələsində mübahisə predmeti kimi göstərilən tələblər arasında mahiyyət və məzmun baxımından ciddi fərqlər mövcuddur. Bu isə onu göstərir ki, hazırkı iş üzrə irəli sürülmüş bütün iddia tələbləri üzrə qanunvericiliklə nəzərdə tutulmuş məcburi ilkin mediasiya proseduru tam və düzgün şəkildə həyata keçirilməmişdir. Sonda cavabdehin nümayəndəsi iddia müddətini tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddia tələbi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı 8 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/8/2024-01301 nömrəli xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 2019-cu ilin sentyabr ayından xx.xx.2023-cü il tarixədək ödənilməmiş DSMF-nin ödənilməsi və qanunsuz əmrin ləğvi, məcburi işburaxmaya görə kompensasiya tələbi, ödənilməmiş məzuniyyət haqqı tələbinə dair mediasiya sessiyasında iştirak etmiş, "X18" Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh isə iştirak etməmişdir. Mediasiyanın tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixdə verilmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə MM903 nömrəli, xx.xx.2022-ci il tarixli əmrdən görünür ki, "Baş ofis" bölməsində "Ekspeditor" vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, «AR ƏM-nin 68.2."a" - tərəflərdən birinin təşəbbüsü maddəsinə asasən xx.xx.2022 tarixindən xitam verilmiş, İşçinin xx.xx.2020 tarixindən xx.xx.2022 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentina həvalə edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1104/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-884/2024 nömrəli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli, MM903 saylı əmrə əsasən "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı dəymiş maddi ziyana görə 3782.39 (üç min yeddi yüz səksən iki manat, otuz doqquz qəpik) manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, İddiaçı əmək kitabçası "xxxx" MMC-dən alınaraq İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1104/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 884/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı "Baş ofis" bölməsində "Ekspeditor" vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə həmin tarixli MM903 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Tərəflər arasındakı mübahisə “Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2023-cü ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 3400 manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMFyə ödənilməli 3400 məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1500 manat vəsaitin tutularaq ona ödənilməsi barədədir. İddiaçı işdən azad olunduğu xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bilmiş, yəni iş dövrü ərzində əmək haqqının, məzuniyyət və son haqq-hesabın ödənilməməsi barədə və bu dövr ərzində onun hüquqlarının ehtimal olunan pozulmasından xəbərdar olmuş, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir edir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı xx.xx.2022-ci il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ““Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2023-cü ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 3400 manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMFyə ödənilməli 3400 məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ““Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2023-cü ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 3400 manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMFyə ödənilməli 3400 məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1500 manat vəsaitin tutularaq ona ödənilməsi barədə” iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar