Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-841/2024 29.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Ərizəçinun maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. İddiaçı 1989-cu ildə özbək ekstremistlər tərəfindən doğma yurdundan qovulduqdan sonra həyat yoldaşı X21, 1985-ci ildə anadan olmuş X16 Xocalı şəhərinə gəlib və orda yaşamışdırlar. Azərbaycana gəldikdən sonra qızı X10 anadan olmuşdur. Onlar xx.xx.1992-ci il tarixinədək Xocalı şəhərində yaşmışdırlar.
2. xx.xx.1992-ci ildə ermənilər Xocalı şəhərinə hücum edən zaman oğlu X16 və qızı X7 həlak olmuşdurlar, həyat yoldaşı X21 itkin düşmüşdür və 26 fevral 1992-ci ildə Xocalı faciəsi nəticəsində əvvəlcə Ağdam şəhərinə, sonra is Bakı şəhərinə gəlib, burada məskunlaşmışdır.
3. İddiaçı həyat yoldaşı X21, oğlu Kupriyev Səyid və qızı X2 ölümü barədə sənəd olmadığından, bu faktla əlaqədar iddiaçıya veriləsi dövlət müainətlərini, imtiyaz və güzəştləri əldə edə bilmir.
Ərizəçinin tələbi:
4. X14 xx.xx.1992-ci ildə Xocalı faciəsi nəticəsində ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. xx.xx.2024-cü il tarixində Ərizəçi Usmanovnanın nümayəndəsi (vəkili) X11 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin xahiş edirəm hissəsinin X14 xx.xx.1992-ci ildə ölmüş elan edilməsi kimi qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
6. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
7. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) X12 öz izahatında bildirmişir ki, ərizəçi ərizəsində iş üzrə zəruri sübutları əlavə etmişdir. Məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir.
8. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. NA 04955993 №-li Nikah haqqında şəhadətnaməyə əsasən, xx.xx.1963-cü il təvəllüdlü X21 xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi Usmanovna ilə xx.xx.1984-cü il tarixində Azərbaycan Respublikasının səfirliyində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 48 № ilə qeyd edilmişdir.
10. xx.xx.2023-cü il tarixində X18 tərəfindən məhkəməyə ünvanlanmış izahata əsasən, Ərizəçi Xocalı şəhərində onunla qonşu olmuşdur. O, 1989-cu ildə Özbəkistandan gələn mesxeti türklərindəndir. Xocalıda tikilən finiski evlərdə müvəqqəti məskunlaşmışdırlar. xx.xx.1992-ci il tarixində baş vermiş Xocalı faciəsi zamanı oradan məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı əri X22 itkin düşmüşdür. X32 şəhid olmuş, qızı Kupriyeva Fatimə həlak olmuşdur. Xocalı faciəsi zamanı Ərizəçi Xocalı sakinləri ilə birlikdə Ağdam şəhərinə gələrək orada məskunlaşmışdır.
11. xx.xx.2023-cü il tarixində X5 tərəfindən məhkəməyə ünvanlanmış izahata əsasən, əvvəllər Xocalı rayonu Daşbulaq kəndində yaşamış, sonra Xocalı şəhərinə köçmüşdür. Ərizəçi Usmanovan ailəsi ilə Özbəkistan Respublikasından məcburi köçkün olaraq Xocalı şəhərində məskunlaşmışdırlar. xx.xx.1992-ci il tarixində baş vermiş Xocalı faciəsi zamanı məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı X32 şəhid olmuş, qızı Kupriyeva Fatimə həlak olmuşdur. Əri X22 itkin düşmüşdür. Xocalı faciəsi zamanı Ərizəçi Xocalı sakinləri ilə birlikdə Ağdam rayonuna gəlmişdirlər.
12. xx.xx.2023-cü il tarixində X19 tərəfindən məhkəməyə ünvanlanmış izahata əsasən, Ərizəçi Xocalı şəhərində onunla qonşu olmuşdur. O, 1989-cu ildə Özbəkistan Respublikasından gələn mesxeti türklərindəndir. Onlar Xocalıda yerləşən finsky evlərdə müvəqqəti məskunlaşmışdırlar. xx.xx.1992-ci il tarixində Xocalıda baş vermiş ordan məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı X32 şəhid olmuş, qızı Kupriyeva Fatimə həlak olmuşdur. Əri X22 itkin düşmüşdür. Xocalı faciəsi zamanı Ərizəçi Xocalı sakinləri ilə birlikdə Ağdam rayonuna gəlmişdirlər.
13. Azərbaycan Respublikası Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 5-51-3-2-38 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa əsasən, Ərizəçi Usmanovna qızı xx.xx.1992-ci il tarixdə baş vermiş Xocalı faciəsinə kimi Xocalı şəhərində yaşamış və faciə zamanı ordan məcburi köçkün düşmüşdür. Xocalı faciəsi zamanı X15 şəhid olmuşdur. Xocalı faciəsi zamanı Xocalı rayon Dövlət Arxivinə məxsus olan bütün sənədlər Xocalıda qaldığı üçün Ərizəçi Usmanovna qızının həyat yoldaşının itkin düşməyi və qızının həlak olmağı haqqında heçbir sənəd yoxdur.
14. Ərizəçi Usmanovna qızı, X5, X19, X20, X8 iştirakı və Xocalı şəhəri İƏD-si üzrə nümayəndə X13 iştirakı və təsdiqi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən Xocalı faciəsi zamanı Ərizəçi Usmanovnanın həyat yoldaşı X21 itkin düşmüş, qızı X7 həlak olmuşdur.
15. Xocalı rayonu İcra hakimiyyəti başçısının Xocalı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-51-1/2-74-2023 nömrəli, xx.xx.2023-cü il tarixli məlumata əsasən, Xocalı soyrırımı nəticəsində itkin düşmüş şəxslər siyahısında xx.xx.1963-cü il təvəllüdlü X14 adı yoxdur.
16. Xocalı rayonu İcra hakimiyyətinin başçısı tərəfindən verilmiş 5-51/2-988 nömrəli, xx.xx.2023-cü il tarixli məlumata əsasən, Xocalı soyrırımı nəticəsində itkin düşmüş şəxslər siyahısında xx.xx.1963-cü il təvəllüdlü X14 adı yoxdur.
17. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 3-38-33/2- 4931/23 №-li xx.xx.2023-cü il tarixli məlumata əsasən, xx.xx.1963-cü il təvəllüdlü X14 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
18. Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 5-51/2-57/2024 №-li, xx.xx.2024-cü il tarixli məlumata əsasən, Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər İ.Ə.D üzrə nümayəndəsi X13, yerli sakinlərin iştirakı ilə və nümayəndəliyin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Xocalı faciəsi zamanı X21 itkin düşmüş, övladı X7 isə həlak olmuşdur. Sözügedən aktın nəzərə alınması xahiş edilmişdir.
19. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-36-3/2-257/2024 №-li məlumata əsasən, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında X17 məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi barədə qeyd aşkar edilməmişdir.
20. Xocalı Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş 5-51/2-118 №-li, xx.xx.2024-cü il tarixli məlumata əsasən, Xocalı Rayon İcra Hakimiyyəti Başçısının Xocalı şəhər İ.Ə.D üzrə nümayəndəsi X13, yerli sakinlərin iştirakı ilə və nümayəndəliyin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Xocalı faciəsi zamanı X21 itkin düşmüş, övladı X7 isə həlak olmuşdur. Sözügedən aktın nəzərə alınması xahiş edilmişdir.
Tətbiq edilən hüquq:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyihalları sübut etməlidir; 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həminsübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlumolan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
312. Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
313. Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 315.2. Şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
316. Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, şahid ifadələrini nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
24. Belə ki, mülki iş üzrə məhkəmə ilk öncə X14 birinci növbə vərəsələrinin olubolmamasını müəyyən etməlidir. Çünki, belə bir halın mövcudluğu ərizəçinin, yəni birinci növbədən vərəsənin hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsinə qiymət verəcəkdir. İş materiallarına əlavə olunmuş NA 04955993 №-li Nikah haqqında şəhadətnaməyə əsasən, X21 Ərizəçi Usmanovna ilə xx.xx.1984-cü il tarixində Azərbaycan Respublikasının səfirliyində rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 48 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Ərizəçi X14 ölmüş elan edilməsi faktının müəyyən edilməsinə subyektiv hüququnun olduğunu müəyyən edilmişdir.
25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçi və onun ailəsi 1989-cu ildən xx.xx.1992-ci il tarixədək Xocalı şəhərində yaşamışdır. xx.xx.1992-ci ildə erməni Xocalı şəhərinə hücum zamanı ərizəçinin oğlu X16 və qızı X7 həlak olmuşdur, həyat yoldaşım X21 itkin düşmüşdür. Həyat yoldaşım X14 ölümü barədə sənəd olmadığından, bu faktla əlaqədar ərizəçiyə veriləsi dövlət müavinətlərini, imtiyaz və güzəştləri əldə edə bilmir.
26. Azərbaycan Respublikası Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışa istinadən həyat yoldaşım X21 ikin düşmüş, qızım X7 həlak olmuş, oğlum X1 faciəsi zamanı xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. Arayışda qeyd olunmuşdur ki, “Ərizəçi , X5, X19, X20, X8 iştirakı və Xocalı şəhər İƏD-si üzrə nümayəndə X13 iştirakı və təsdiqi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən bildiririk ki, Xocalı faciəsi zamanı həyat yoldaşınız X21 itkin düşmüş, qızınız X7 həlak olmuşdur.” (§14)
27. Qeyd olunanlara əsasən və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə hesab edir ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsi özündə üç əsas tərkib ünsürünü ehtiva edir. Belə ki, şəxsin ölmüş elan edilməsi ilə bağlı normanın tərkib ünsürlərinə “şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmaması”, “şəxsin hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi” və “şəxsdən altı ay ərzində xəbər çıxmaması” daxildir.
28. Məhkəmə qeyd edir ki, X14 Xocalı faciəsi zamanı itkin düşməsi, ondan hazırki dövrə qədər hər hansı xəbə alınmaması şəxsin ölmüş elan edilməsi üçün kifayyət qədər əsasların olmasına əsas verir. Belə ki, məhkəmə araşdırmasının ilk iki tərkib ünsürünün təhlili zamanı sözügedən şəxsdən 26 fevral 1992-ci il tarixindən xəbər çıxmaması halı müəyyən edilmiş və bu da işin mübahisəsiz hallarındandır. X14 ölüm təhlükəsi qarşısında olmasını və onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən halları şərh etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə Xocalı faciəsi zamanı Ərizəçi Usmanovnanın əri X14 itkin düşməsi sübuta yetirilmişdir.
29. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır, bu səbəbdən xx.xx.1963-cü il təvəllüdlü X14 ölmüş elan edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Şəxsin ölmüş elan edilməlidir. Məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır.
Məhkəmə xərcləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.1963-cü il təvəllüdlü X21 ölmüş elan edilsin.
3. Hazırkı qətnamənin qüvvəyə mindiyi gün X14 ölüm günü sayılsın.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova