Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8411/2025 16.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti, Maraqlı şəxs olmaqla Cavabdeh MMC-yə qarşı “əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və s.” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmaqla cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh MMC-yə qarşı (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-254/2025 nömrəli qərardadı ilə iddiaçı X2 cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əmək mübahisələri” tələbinə dair 2(011)-254/2025 saylı mülki işdən İddiaçı "xxxx" MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X4 "xxxx" MMCyə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X3 "xxxx" MMC-yə, Cavabdeh MMC-yə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X1 "xxxx" MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi, X5 "xxxx" MMC-yə, Cavabdeh MMC-yə və Azrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək mübahisələri” tələbi ayrılaraq hər biri ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(011)-7628/2025 nömrəli qərardadı ilə İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmaqla cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh MMC-yə qarşı (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək mübahisələri” tələbinə dair 2(011)-7628/2025 saylı mülki işdən İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olmaqla cavabdehlər "xxxx" MMC-yə qarşı (AR X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək mübahisələri” tələbi ayrılaraq hər biri ayrı-ayrı icraatlarda baxılması qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, “Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2021-ci ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 1500 (min beş yüz) manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, "xxxx" MMC-nin rəhbərlliyi məni xx.xx.2021-ci ildən başalyaraq xx.xx.2022-ci il tarixədək adımın müvafiq elektron alt sistemdə saxladığı dövr üçün (yeddi ay) orta aylıq əmək haqqının ödənilməsi barədə, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC-ti rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMF-yə ödənilməli 1500 (min beş yüz) məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-ci ildən başlayaraq 2022-ci ilədək cavabdeh "xxxx" Firmasının, sonradan adı "xxxx"xxxx"Master Milk MMC" dəyişdirən hüquqi şəxslə əmək münasibətlərində olmuşam. 2023-cü ilin sonlarında araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, MMC-in rəhbərliyi və təsisçiləri mənim əmək hüquqlarımı kobudcasına pozmuş, DSMF-yə ödənilməli məcburi sosial ödənişləri əmək haqqımdan tutsalar da, həmin vəsaitlər təyinatı üzrə ödənilməmiş, başqa hesablara köçürülərək MMCin rəhbərliyi tərəfindən mənimsənilmişdir. Cavabdeh "xxxx" MMC rəhbərliyinin illər üzrə törətdiyi maliyyə-mühasibatlıq pozuntuları: Beləliklə MMC-ti rəhbərliyinin mənə münasibətdə: -xx.xx.2020-ci ildən başalyaraq xx.xx.2021-ci ildək DSMF-na ödəniləsi məbləğ-1500man. -xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilədək məzuniyyət pulu və son haqq-hesab- 1000manat. -Cavabdeh MMC-in rəhbərliyi xx.xx.2021-ci ildə əmrlə məni işdən azad etsə də, xx.xx.2022-ci ildə müvafiq elektron sistemdən çıxarmışdır. Yəni 7 (yeddi ay) mənim adım DSMF-in müvafiq alt sistemində saxlanmışdır. Ona görə də həmin dövr üçün, yəni xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2022-ci il tarixədək mənə orta aylıq əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-da olan hesabına qanunla müəyyən edilmiş miqdarda işçinin icbari ödəniş hesabına ödənilməzsə və müvafiq məbləğ işçinin hesabına toplanmazsa (icbari sığorta kapitalı), işçi təqaüdə çıxsa bilməz. İcrbari sığorta kapitalı olmazsa, işçiyə pensiya yox, işsizlik müavinəti ödənilir. MMC-in rəhbərliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşmiş Elektron İnformasiya Sisteminə həqiqəti əks etdirməyən məlumatlar daxil etməklə icbari sığorta kapitalını əmək münasibətlərində olduğu bizlərə deyil, sonradan müqavilə bağladığı işçilərin hesabına ödəmişdir. MMC-in rəhbərliyi mənə külli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, əmək haqqının bir hissəsi kart vasitəsi ilə, digər hissəsi işçiyə nəğd qaydada ödənilirdi. MMC-in rəhbərliyi göstərilən qaydada ödəniş etməklə vergidən və DSMF-na ödənişlərindən (sosial sığorta) yayınmışdır. Azərbaycan Respublikası əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMFdə cavabdeh qismində işə cəlb edilməli, onlarda saxlanılmalı olan sənədlər tələb edilərək təhlil edilməli, sübutlara hüquqi qiymət verilməli, iş üzrə obyektiv, ədalətli və qanuni qətnamə qəbul etmək üçün müvafiq ekspertizalar (maliyyə-mühasibatlıq) təyin edilməlidir. Xətai rayon Məhkəməsinin (hakim H.Məmmədov) xx.xx.2011 il tarixli hökmü ilə mənə qarşı Azərbaycan Respublikası Vergilər Nazirliyinin və DSMF-nin işi üzrə 25.380.37 manat mülki iddia müəyyən edilməklə ödənilmiş hesab olunmuşdur. Cinayət işinin icraatı zamanı DSMF-yə ödənilməli 6423.30 manat müvafiq hesaba ödənilsə də, cavabdeh-MMC-in rəhbərliyi vəsaiti hökmdə adları qeyd olunanların hesablarına ödəməli olduğu halda, bunun əksini etmiş, vəsaiti mənimsəmişdir. Hökmün bu hissəsi icra olunmamışdır. Mülki iş üzrə sübutları məhkəməyə təqdim etmək imkanım yoxdur, ona görə ki, sənədləri ən azı 5 il saxlamalı olan MMC-ti sənədlərin yandırılaraq məhv edildiyini iddia edir və bunu sübut etmək üçün hüquq mühafizə orqalanrına saxta Akt təqdim edir. Digər tərəfdən, qanunverciliyə görə fiziki şəxslərin ciddi hesabat-mühasibatlıq sənədlərini əldə etməsi münkünsüzdür. Bu səbəbə görə 2006-cı ildən 2023- cü il tarixədək MMC-də və müvafiq dövlət orqanlarına saxlanılan hesabat sənədləri sorğu ilə tələb edilərək tədqiq edilməlidir. Cavabdeh MMC-in rəhbərliyi qanuni əsas olmadan Əmək Məcəlləsinin 68 maddəsi ilə işdən azad etsə də, barəmdə olan əmri Qaydalara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq saytında yerləşdirməmiş, hüquqi olaraq cavabdeh mənimlə əmək münasibətləri davam etdirilmişdir. Belə olan halda, cavabdeh MMC-ti keçən müddət ərzində qətnamə qəbul edilən tarixə qədər, mənim ad və soy adımı Dövlət Vergi Xidmətinin müvafiq elektron səhifəsində saxladığına görə həmin dövr üçün mənə orta aylıq əmək haqqını ödəməlidir. Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixində etiraz ərizəsi ilə məhkəməyə müraicət edərək bildirmişdir ki, İddiaçı "xxxx" MMC ilə xx.xx.2015-ci il tarixində əmək müqaviləsi bağlamış, xx.xx.2015-ci il tarixdə həmin müqaviləyə xitam verilmiş; xx.xx.2017-ci il tarixində əmək müqaviləsi bağlamış, sonuncuya xx.xx.2020-ci ildə xitam verilmişdir. "xxxx" MMC ilə isə xx.xx.2020-ci ildə əmək müqaviləsi bağlamış, xx.xx.2021-ci il tarixli, MM305 nömrəli əmrlə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı məhkəməyə müraciət etmə müddətini ötürmüşdür. Hesab edirik ki, iddia bu hissədə rədd edilməlidir. Həmçinin İddiaçı xx.xx.2011-ci ildə 99696 nömrəli cinayət işinə görə ödənilmiş 6423.30 manat DSMF ödənişinin cavabdehlər tərəfindən ödənilməsini tələb edib. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 3 iyul 2015-ci il tarixli Plenum qərarına görə: Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Analoji qaydada 3 iyul 2015-ci il tarixli Plenum qərarını hazırkı mübahisəyə tətbiq etsək, görərik ki, ərizəçi İddiaçı ümumiyyətlə 6423.30 manat DSMF ödənişi iddia tələbi barədə subyektiv hüququ yoxdur. Belə ki, əgər iddia etdiyi kimi müəssisə xx.xx.2011-ci ildə 99696 nömrəli cinayət işinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-yə onların hesablarına ödənilməli vəsaiti (6423.30 manat) mənimsəmişdirsə, bu halda iddia qaldırmaq üçün subyektiv hüquqa müvafiq inzibati orqanlar malikdir. Sonda cavabdeh iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin Cavabdeh MMC-nin nümayəndəsi X6 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki: İddiaçı ilə Master Milk MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqından tutulmasına baxmayaraq icbari sosial sığorta hesabına ödənilməli 1500 (min beş yüz) manatın mənimsənilməsi ilə bağlı dedikləri əsassızdır. İddiaçının əmək haqqı məbləği əmək müqaviləsində göstərilən məbləğdə olmuş, həmin məbləğə uyğun olaraq sosial yığımlar hesablanaraq aidiyyəti üzrə dövlət büdcəsinə ödənilmişdir. İddia tələbi tamamailə əsasızdır. Həmçinin iddia tələbinin “xx.xx.2021-ci ildən başlayaraq xx.xx.2022-ci il tarixədək adının müvafiq elektron alt sistemdə saxladığı dövr üçün (yeddi ay) orta aylıq əmək haqqının ödənilməsi və məzuniyyət pulu və son haqq-hesab olaraq 1000 manat vəsaitin tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsi hissəsi ilə bağlı bildirirəm ki, İddiaçı ilə Master Milk MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri adlı 296-cı maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi ımüəyyənlikdir. Belə ki, o, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göründüyü kimi iddiaçı tərəfindən qanunvericilikdə müəyyən olunmuş iddia müddətləri ötürülümüşdür. Bundan başqa məhkəmənin diqqətinə çatdırmaq istərdik ki, iddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiyaya müraciət edilərkən, mübahisə predmeti qismində yalnız 2006–2023-cü illər ərzində işlədiyi dövr üzrə ödənilmədiyi iddia edilən Dövlət Sosial Müdafiə Fonduna ayırmaların ödənilməsi tələbi göstərilmişdir. Halbuki, hazırkı iddia ərizəsində bu tələbdən əlavə olaraq əmək stajının müvafiq qaydada hesablanaraq bərpa edilməsi, məzuniyyət pulunun ödənilməsi və digər əmək hüquqları ilə bağlı tələblər irəli sürülmüşdür. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən tələblər ilə mediasiya mərhələsində mübahisə predmeti kimi göstərilən tələblər arasında mahiyyət və məzmun baxımından ciddi fərqlər mövcuddur. Bu isə onu göstərir ki, hazırkı iş üzrə irəli sürülmüş bütün iddia tələbləri üzrə qanunvericiliklə nəzərdə tutulmuş məcburi ilkin mediasiya proseduru tam və düzgün şəkildə həyata keçirilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən 2(011)-8411/2025 saylı iş üzrə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər "xxxx" MMC-də işləyib, işdən çıxandan bir müddət sonra təsadüfən məlum oldu ki, cavabdeh bizə 500 ödəyib, DSMF-ya 70 manat göstərib, qarşı tərəfin etiraz ərizəsi yalandır, mənim əmək kitabçamdan da görünür ki, mən orda işləmişəm. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınaraq, iddiasının təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçıya münasibətdə 2015 və 2017-2021-ci illərdə sığorta ödənişləri olmuşdur, həmin sığorta ödənişlərində müəyyən fərqlər mövcud olmuşdur. İddia tələbi ilə bağlı məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə həmin tarixli 2 nömrəli əmrlə "xxxx" MMC-də satış müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə "xxxx" MMCnin fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar həmin tarixli 2 nömrəli əmrlə tutduğu vəzifədən azad olunmuşdur. Bundan sonra İddiaçı xx.xx.2020-ci il tarixdə həmin tarixli 2 nömrəli əmrlə Cavabdeh MMC-nin satış müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə həmin tarixli 24 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2020ci il tarixdə aylıq əmək haqqı 250 manat olmaqla satış meneceri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixdə həmin tarixli 24 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Tərəflər arasındakı mübahisə “Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2021-ci ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqından tutulmasına baxmayaraq icbari sosial sığorta hesabına ödənilməli 1500 manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, "xxxx" MMC-nin rəhbərlliyinin iddiaçını xx.xx.2021-ci ildən başalyaraq xx.xx.2022-ci il tarixədək adının müvafiq elektron alt sistemdə saxladığı dövr üçün (yeddi ay) orta aylıq əmək haqqının ödənilməsi, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMF-yə ödənilməli 1500 (min beş yüz) məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1000 manat vəsaitin tutularaq ona ödənilməsi barədədir. İddiaçı işdən azad olunduğu 30 sentyabr 2021-ci il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bilmiş, yəni 30 sentyabr 2021-ci il iş dövrü ərzində əmək haqqının, məzuniyyət və son haqq-hesabın ödənilməməsi barədə və bu dövr ərzində onun hüquqlarının ehtimal olunan pozulmasından xəbərdar olmuş, iddia ərizəsi ilə isə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəbinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir edir ki, qanunvericiliklə, pul tələbi ilə əlaqədar işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etməsi nəzərdə tutulmuş, iddiaçı 30 sentyabr 2021-ci il tarixə qədər olan dövr ərzində real olaraq əmək haqqını almaqla hüququnun pozulduğunu bildiyi halda məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ““Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2021-ci ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 1500 (min beş yüz) manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, "xxxx" MMC-nin rəhbərlliyi məni xx.xx.2021-ci ildən başalyaraq xx.xx.2022-ci il tarixədək adımın müvafiq elektron alt sistemdə saxladığı dövr üçün (yeddi ay) orta aylıq əmək haqqının ödənilməsi barədə, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC-ti rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMF-yə ödənilməli 1500 (min beş yüz) məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, cavabdehə qarşı hazırki iddia tələbi isə rədd edildiyindən, tərəflərdən dövlət rüsumu alınmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Master Milk" MMC rəhbərliyinin 2020-ci ildən başlayaraq 2021-ci ilədək hərəkətlərinin mülki hüquq münasibətlərinə zidd hesab olunması, Azərbaycan Respublikası MPM-in 265.4 maddəsinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-na əmək haqqımdan tutulmasına baxmayaraq icbari sosial sığorta hesabıma ödənilməli 1500 (min beş yüz) manatın mənimsənilməsi faktına və Bank kartı ilə DSMF arayışlarındakı kəskin fərqə görə cavabdehlərin rəhbərliyi barəsində xüsusi qərardad çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğa göndərilməsi, "xxxx" MMC-nin rəhbərlliyi məni xx.xx.2021-ci ildən başalyaraq xx.xx.2022-ci il tarixədək adımın müvafiq elektron alt sistemdə saxladığı dövr üçün (yeddi ay) orta aylıq əmək haqqının ödənilməsi barədə, Azərbaycan Respublikası MPM-in 78.4.maddəsinə əsasən cavabdeh MMC-ti rəhbərlərinin 2000 manat cərimə edilməsi barədə ayrıca qərardad qəbul edilməsi, cavabdeh MASTER MİLK MMC-nin ona münasibətdə 2020-ci il-2021-ci illərə görə DSMF-yə ödənilməli 1500 (min beş yüz) məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında DSMF-nın müvafiq hesablaşma hesabına ödənilməsi, əmək münasibətlərində olduğu dövr üçün məzuniyyət pulu və son haqq-hesab olaraq 1000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə” iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-8411/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8411/2025
16.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver