Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8418/2025 26.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Mehtiyeva Nailə Amur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X9 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 5 saylı Bakı “Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsini maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizədə qeyd edilən işin halları:
1. Ərizəçi xx.xx.1964-ci il tarixdə Ermənistan SSR-nin Ardanış kəndində doğulmuşdur. X4 anası isə X5 olmuşdur. Atası 2002-ci il tarixində anası isə 1980-ci il tarixində vəfat etmişdir. Bununla bağlı olaraq X8 ölüm haqqında şəhadətnaməsi var və ölüm səbəbi qeyd olunmuşdur.
2. Ərizəçi ailə həyatı qurduqdan sonra yəni 1991-ci ildən artıq Bakı şəhərinə ailəsi ilə birlikdə köçərək oraya yaşamağa başlamışdır. 1964-ci il tarixində Ardanış rayonunda yaşadığı müddətdə doğum haqqında şəhadətnaməsi olmuşdur lakin köçdükdın sonra olan doğum haqqında şəhadətnam və digər şəxsi sənədlər Ardanış rayonunda məktəbdə və arxivdə qalmış və sonradan itmişdir.
Ərizəçinin tələbi:
3. Doğum haqqında şəhadətnaməni əldə etmək mümkün olmadığından doğum akt qeydinin bərpa olunması və həmin akt qeydində doğum tarixinin xx.xx.1964-ci il kimi, ata qrafasında ata adının X12 və ana qrafasında X1 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında doğum haqqında şəhadətnaməsi itirdiyini, onun yenidən bərpasını istədiyini bildirmişdir. Ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. X2 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, Ərizəçi onun bacısıdır. O, 10 oktyabr 1964-cü il tarixində Ermənistan Respublikasında anadan olmuşdur. 28 dekabr 1988ci ildə Ermənistandan köçüblər və bacısının şəhadətnaməsi orda qalıb.
8. X3 məhkəmə iclasında öz izahatında bildirmişdir ki, X7 bacısıdır və doğum şəhadətnaməsini itirmişdir. Onun doğum şəhadətnaməsini görmüşdür .
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
9. AR Ədliyyə Nazirliyi 5 saylı Bakı “Asan Xidməti” mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-10-İ/2575//2024 №-li cavab məktubuna əsasən, Ərizəçi doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün yaşadığı rayonun məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir.
10. AR Ədliyyə Nazirliyi Vətəndaşlıq X14 tərəfindən verilmiş “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən vətəndaşlıq vəziyyəti haqqında akt qeydinə dair məlumat aşkar edilməmişdir.
11. AZ-İİ 344127 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X16 xx.xx.2023-cü il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 756 № ilə qeyd edilmişdir.
12. AZ-İ 018663 №-li Ölüm haqqında şəhadətnaməyə əsasən, X12 xx.xx.2002-ci il tarixində ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 988 № ilə qeyd edilmişdir.
13. Digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır.
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 162.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar:
4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.
17. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il № 3 Qərarı:
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə mülki iş üzrə ərizəni və əlavə edilmiş sənədləri, ərizəçini, şahid ifadələrini nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X9 doğum haqqında şəhadətnaməsi əvvəllər mövcud olmuş, lakin daha sonra itirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlər, ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1964-cü il tarixində Ermənistan Respublikası, Ardanış kəndində anadan olmuşdur.
20. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Beləliklə, Ərizəçi xx.xx.1964-cü il tarixində Ermənistan Respublikası, Ardanış kəndində anadan olması faktı təsdiq edilməlidir.
21. Belə ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
Məhkəmə xərcləri:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307, 308, və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi 10 oktyabr 1964-cü il tarixdə Ermənistan Respublikası, Ardanış kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin.
3. Ərizəçi doğum haqqında şəhadətnaməsində, doğum tarixi qrafasında – “xx.xx.1964-cü il”, atası qrafasında – “X12”, anası qrafasında - “X5” yazılsın.
4. Qətnamə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən doğum haqqında aktın qeydiyyatı üçün əsasdır.
5. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin.
6. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova