Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8526/2021 30.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 iddiaçının keçmiş həyat yoldaşıdır. Digər cavabdehlər isə birgə nikahdan dünyaya gəlmiş övladlarıdır. Cavabdehlərin hər biri iddiaçının əziyyəti ilə tikdiyi evdə yaşamağa qoymurlar. Belə ki, Fizuli rayonundan məcburi köçkün olduğundan zəhməti ilə, öz hesabına fərdi yaşayış evinin tikmişdir. Qeyd edir ki, iddiaçı ünvan 2 ünvanında uzun müddət yaşamışdır. Son dövrlərdə qədər də öz tikdiyi evdə yaşamını davam etdirmişdir. Lakin cavabdehlər iddiaçını bir neçə ay öncə evdən qovmuş, orada yaşamağa maneə olmuşdur. Həmin evdə iddiaçı yaşamaq istəsə də, iddiaçını döyür, təhqirlər yağdırır. Bir övlad, həyat yoldaşı kimi iddiaçıya hörmətlə yanaşmır, şəxsiyyətini alçaltmağa çalışmışdır. Sözügedən mübahisəli fərdi yaşayış evi dörd otaqdan ibarətdir. Belə ki, iddiaçının həmin evdə yaşamaq üçün kifayət üçün şərait vardır. Hal-hazırda iddiaçı küçədə yaşayır. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatları və məhkəməyə təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi X1 məxsusdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27.08.2021-ci il tarixli, 2(011)-4066/2021 nömrəli Qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında 27.02.1989-cu il tarixdə Füzuli Rayon Qeydiyyat Şöbəsində 30 saylı aktla qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 18.09.2021-ci il tarixli, 20.12.2020-ci il tarixli və 22.10.2021-ci il tarixli qərarları, Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının 10.12.2021-ci il tarixli məktubu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin 23.11.2021-ci il tarixli məktubu işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olmadığından hazırkı iş üzrə sübut olaraq qəbul edilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkbərov Asif məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, iddiaçının və cavabdehlərin qohumumdur. O, təxmini, 3-4 il əvvəl NZS qəsəbəsində yerləşən tərəflərin yaşadıqları evə bitişik bir otağın divarlarını hörüb və suvaq vurub. Həmin ünvanda digər bir ev də var idi. O, evə bitişik iki divar hörüb və Nərmin qaldığı otağın suvağın vurub. Materialları Rafik gətirirdi, lakin materialların pulunu kim verirdi bilmir. Daşın bir hissəsi həyətdə var idi. Ancaq materialları kimin aldığını bilmirdim Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o Cavabdeh1 qardışıdır. Digər cavabdehlər onun bacısı uşaqları, İddiaçı isə onun keçmiş əridir. ünvan 5 ünvanında yerləşən evdə iddiaçının haqqı yoxdur. Ev əslində böyük bacılarınındır. Ailə üzvləri hamısı həmin ünvanda məcburi köçkün kimi qeydiyyatdadırlar. O vaxtı bacısı ailəsi ilə birlikdə Sumqayıt şəhərində yataqxanada qalırdılar. Bacısının və ailə üzvlərinin ev şəraitini yaxşıllaşdırmaq üçün atası Məmmədov Vaqif həmin ünvanda əlavə ev tikdi. Ev təxminən 10-11 il əvvəl tikilib. İddiaçı içki aludəçisi idi. Evdə tez-tez dava salırdı, o Rusiyada da, burda da həbs olunub, heç vaxt heç yerdə işləməyib. Evin tikilməsi zamanı bütün xərci atası çəkib. Hal-hazırda bacısı və bacısı uşaqları həmin mübahisəli evdə qalırlar. İddiaçı Fətəliyev Rafikin harada qaldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi izahatında göstərdi ki, o, Cavabdeh1 atasıdır. İddiaçı Fətəliyev Rafik isə qızının keçmiş əridir. Füzulidən Bakıya gələndə qızım ailəsi ilə yataqxanaya yerləşdi. Sonra Rafiqin atası ev tikdi bunlara. Bir neçə il atasının yanında yaşadılar. Atası rəhmətə gedəndən sonra içki aludəçisi oldu. Uşaqlara dövlətin verdiyi yardımı da xərcləyirdi. Sonra həyat yoldaşı rəhmətə gedəndə vəsiyyət etdi ki, böyük qızımızın evi yoxdu, ona ev tiksin. O, də digər qızımdan xahiş etdi ki, onun həyətində ev tiksin. Bütün materialları da, ustanın pulunu da özü verib. Evin bütün xərcini də özü çəkib, uşaqları oxudub. Hal-hazırda mübahisəli evdə qızı və nəvələri yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Cavabdeh1 atasını Məmmədov Vaqifi tanıyıb, NZS qəsəbəsində evin tikilməsi ilə bağlı həmin şəxs ona müraciət etmişdir. İddiaçı və cavabdehləri də həmin vaxtdan tanıyır. İddiaçını mübahisəli evi tikəndə görmüşdü. Ev NZS qəsəbəsində yerləşir və həyətdə artıq bir ev var idi. Ev bir otaqdan ibarət idi. O, evin suvağını, yeri və tavanı vurulmasında iştirak edib. Evin otağı böyük idi deyə, Cavabdeh1 atası ara kəsmə qoyaraq, otağı iki otağa bölməyi təklif etmişdir. Daha sonra arakəsməni qoymadılar. Evin tikilməsi üçün istifadə edilən materialları Vaqif müəllim özü alırdı, bəzən, Vaqif müəllim materialları onunla birlikdə alırdı İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi X1 məxsus fərdi yaşayış evinin həyətyani torpaq sahəsinin ərazisində yerləşir, fərdi yaşayış evi Cavabdeh1 atasının maddi vəsaiti hesabına tikilmişdir. Cavabdeh qeyd edilmiş fərdi yaşayış evinin öz vəsaiti hesabına tikdiyini iddia etsə də, mülki işin məhkəmə araşdırması zamanı iddiaçının bu dəlili şahid ifadələri ilə təkzib edilmişdir. Belə olan halda, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi ilə bağlı iddiası əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8526/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8526/2021
30.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver