Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-854/2025 03.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının qeyd edilməsinin məhkəmə tərəfindən müəyyən edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1963-cü ildə Xəcavənd rayonu Qaradağlı kəndində doğulması faktının qeyd edilməsinin məhkəmə tərəfindən müəyyən edilməsi, ata qrafasında X2 və ana qrafasında X4, onların milliyyətlərinin “azərbaycanlı” qeyd edilməsi barədə doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X2 və anası X7 Azərbaycan Respublikası Xəcavənd rayonu Qaradağlı kəndində yaşamışlar. O onların birgə nikahından xx.xx.1963-cü ildə Xəcavənd rayonu Qaradağlı kəndində anadan olmuşdur. Hazırda doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Buna əsasən doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də həmin orqan məktub ilə doğum haqqında şəhadətnamənin bərpasının qeyrimümkün olduğunu bildirərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizəsinə dəqiqləşmə verərək, Ərizəçi xx.xx.1963-cü ildən Xocavən rayonu Qaradağlı kəndində doğulmasının qeyd edilməsini, ata qrafasında X2, ana qrafasında X7, milliyyətlərinin “azərbaycanlı” qeyd olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat vermişdir və məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin atasının adı Şahmurad, anasının adı Məstan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçinin atası şəhid olub. Ərizəçi 1963-cü il tarixdə anadan olduğunu xatırladır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən əsaslı oluduğundan qismən təmin edilməlidir. İş materiallarında olan 51 seriyalı ******* nömrəli Rusiya Federasiyası pasportun tərcüməsindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Azərbaycan SSR-də anadan olmuşdur. İş materiallarında olan AZ № 006092 saylı, xx.xx.1999-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1999-ci il tarixində Xəcavənd rayonu Qaradağlı kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 05 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ № 335056 saylı, xx.xx.1992-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixində Qaradağlı kəndində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.1963-cü il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikası Xocavənd rayon icra hakimiyyəti başçısının ünvan 1 ünvanlanmış 19 iyul 2024-cü il tarixli arayış verilmişdir. Həmin arayışdan müəyyən olunur ki, o həqiqətən Xocavənd rayon Qaradağlı kəndində doğulmuş, Qaradağlı kəndində qeydiyyatda olmuş və sonradan pasport qeydiyyatından çıxaraq Rusiya Federasiyasına pasport qeydiyyatına düşmüşdür. Hal-hazırda Rusiya Federasiyasının vətəndaşıdır. Müvəqqəti olaraq Bakı şəhər Xətai rayonu, Neapol dairəsi 23, mənzil 33-də qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən ünvanlanmış 31 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənədlər olmadığından akt qeydinin bərpa edilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan X3 (ərizəçinin qardaşı) məxsus doğum haqqında şəhadətnamənin surətindən görünür ki, o xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. Atası ata qrafasında “X5”, ana qrafasında “X7” qeyd edilmişlər. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçi 20 iyun 1963-cü il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində anadan olmuşdur, atası X5, anası isə X7 olmuşdur. Odur ki, ərizəçinin doğum haqqında şəhadətnaməsində valideynləri qrafasında atası X5, anası X1 qeyd edilməklə, doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə ərizəçinin atasının ata adı “Hüseynalı” deyil, “Hüseyn” kimi qeyd edildiyindən, ərizə qismən təmin edilərək ərizəçinin atasının ata adı “Hüseyn” kimi qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: Ərizəçi ərizəsi qismən təmin edilsin. Ərizəçi 20 iyun 1963-cü il tarixdə Xocavənd rayonu, Qaradağlı kəndində doğulması, atasının X5, anasının X7, milliyyətlərinin azərbaycanlı olması barədə doğumun qeyd edilmə faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-854/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-854/2025
03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver