Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8576/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, Ərizəçi iştirakı ilə, ərizəçi Ərizəçi maraqlı şəxs kimi AR Ədliyyə Nazirliyi Maraqlı şəxs qismində cəlb etdiyi, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçinin tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Ərizəçi xx.xx.1964-cü il tarixində Ermənistan rayonun Masis rayonunda doğulmasının qeydə alınmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, doğum akt qeydində milliyyət qrafasında – azərbaycanlı, ata qrafasında – X8, ana qrafasında – X11 göstərilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin dəlilləri: Ərizəçi, xx.xx.1964-cü il tarixində Ermənistan rayonunun Masis rayonunda anadan olmuşdur. Milliyyəti azərbaycanlıdır. X1, anası isə X4r. AZ-İİ 444640 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2024-cü il tarixində vəfat etmişdir. AZ-İİ seriyalı 078293 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki. X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. İ-ЗЖ seriyalı 170804 nömrəli Nikah haqqında şəhadətnamədən görünür ki, X1 ilə anası Məhərrəmova (qızlıq soyadı Xəlilova) Tərlan Abbas qızı xx.xx.1965-ci il tarixində nikah bağlamışdırlar. Ərizəçinin atasının ölümü ilə əlaqədar vərəsəlik məslələrinin həlli ilə bağlı doğum haqqında şəhadətnamənin bərpa edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə Bakı şəhəri 3 saylı ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-043/24 saylı cavab məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərin əsasında icra edilir. İtmiş akt qeydinin bərpası mümkün olmadıqda vətəndaşlıq aktını qeydiyyatı məhkəmə qaydasında müəyyən olunur. Ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdi. İşin faktiki halları: AA******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixində Zəngibazarda doğulmuşdur. 4 saylı Bakı “ASAN Xidmət” X6 Ərizəçi ünvanladığı 3-16-5/801501043/24 nömrəli, xx.xx.2024-ci il tarixli məktubu ilə bildirilmişdir ki, akt qeydinin həqiqət olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan AZ-İİ seriyalı, 444640 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 xx.xx.2024-cü il tarixində durğunluq ürək damar çatışmamazlığından ölmüşdür. İş materiallarında olan AZ-İİ seriyalı, 078293 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixində ölmüşdür. İş materiallarına olan İİ-СЛ seriyalı 313490 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X3 arasında nikah xx.xx.1982-ci il tarixində bağlanmışdır. X3 xx.xx.1964-cü il tarixində Ermənistan SSR Masis rayonu, Dostluq kəndində anadan olmuşdur. İş materiallarında olan Orta Təhsil haqqında Attestatın surətindən görünür ki, Ərizəçi 1964-cü ildə Ermənistan SSR Masis rayonu, Dostluq kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2-34-127/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi ilk dəfə xx.xx.2005-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyata alınmaqla AZE-03883364 nömrəli, xx.xx.2014-cü il tarixində ünvan 3 ünvanında qeydiyyatda olmaqla AZE-14454070 nömrəli, xx.xx.2016-cı il tarixdə AZE-15667134 nömrəli, xx.xx.2021-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanına qeydiyyata alınmaqla AA-3223814 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin olunmuşdur. İş materiallarında olan AZE seriyalı, 15537322 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, X17 xx.xx.1973-cü il tarixində, Ermənistanın, Ararat rayonunun, Yengicə kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçi onun qardaşı qızıdır. O, xx.xx.1964-cü il tarixində anadan olmuşdur. O, Zəngibasar rayonu Qaraqışlaq kəndində anadan olmuşdur. Atası qardaşı Fəhrad Məhərləmov, anası isə Tərlan Məhərləmovadır. Ərizəçinin hər iki valideyni azərbaycanlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 verdiyi ifadəsində göstərmişdir ki, o, ərizəçi onun bacısıdır. Bacısı Ərizəçi xx.xx.1964-cü il tarixində Masis rayonunda anadan olmuşdur. Onların atası Məhərləmov Fəhran, anası isə Məhərləmova Tərlandır. Bacısının doğum haqqında şəhadətnaməsi qaçqınlıq vaxtı itib. Masis rayonu sonradan Zəngibasar rayonu olub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını araşdıraraq belə qənaətə gəlir ki, ərizə əsalıdır və təmin edilməlidir. Belə ki, ərizəçinin izahatı və işin digər materialları ilə Ərizəçi xx.xx.1964-cü il tarixində Ermənistanın Zəngibasar (Masis) rayonunda anadan olduğu tam sübuta yetirildi. Onun atasının milliyyəti azərbaycanlı olan X9, anasının isə milliyyəti azərbaycanlı olan X7 olmuşdur. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi doğum faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Yuxarıda istinad edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistanın Zənqibasar (Masis) rayonunda anadan olduğuna dair doğumun qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi doğum akt qeydində ata qrafasında – X9 (milliyyəti azərbaycanlı), ana qrafasında – X10 (milliyyəti azərbaycanlı) göstərilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-8576/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8576/2024
11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver