Məhkəmə qərarları › İş №2(011)-8662/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8662/2023

28.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8662/2023 28.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizənin dəlilləri: Ərizəçi “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi - Ərizəçi xx xxxxxx 1953-cü il tarixində Azərbaycan Respublikası, Laçın rayonu, Qoşasu kəndində doğumun qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx xxxxxx 1953-cü il tarixində Laçın rayonu, Qoşasu kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında qeydiyyatdadır və ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Ərizəçi 1992-ci ildə yaşadığı doğma yurd-yuvasından çıxarkən sənədlərini evdən götürə bilməmişdir. Laçın rayonu, Qoşasu kəndindən köçən zaman ailəsinin və ərizəçinin özünün bəzi sənədləri yaşadıqları evdə qalmış və sənədləri götürə bilməmişlər. 1992-ci ildə erməni işğalçıları Azərbaycan rayonlarını işğal etməyə başlayarkən azərbaycanlılar qaçqın düşmüşdür, bu səbəbdən ərizəçi doğum haqqında şəhadətnamənin surətini ala bilmir. Ərizəçi yenidən doğum haqqında şəhadətnamə almaq üçün 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsinə müraciət etmiş və maraqlı şəxs imtina edərək ərizəçiyə məhkəməyə müraciət etməli olmasını bildirmişdir. Ərizəçinin mərhum atası X3 13 yanvar 2011-ci il tarixdə Yevlax şəhəri, Aran qəsəbəsində vəfat etmişdir. X1 1935-ci ildə Laçın rayonu Qoşasu kəndində anadan olmuşdur və hazırda ərizəçi ilə birlikdə yaşayır. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çıxış edən X2 öz izahatında bildirdi ki, ərizəçi onun qardaşıdır və 1953-cü ildə Laçın rayonu, Qoşasu kəndində anadan olmuşdur. Qardaşı Azərbaycan Respublikasında yerləşən ünvan üzrə qeydiyyata alınmaq istəyir və bunun üçün doğum haqqında şəhadətnaməsi tələb edilir. Şəhadətnaməsi olmadığından qeydiyyatın həyata keçirilməsi mümkün deyil. İşin faktiki halları: İş materiallarında olan müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İş materiallarında olan sənədlərdən görünür ki, ərizəçinin atası X3 ilə anası X5 26 sentyabr 1981-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Ərizəçinin atası 13 yanvar 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, Şahverdiyeva Leyla ərizəçinin bacısıdır. İş materiallarında olan ərizəçiyə məxsus hərbi biletin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1953-cü il tarixdə Laçın rayonunda anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri 6 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, ərizəçi barəsində “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat sistemində yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları Laçın rayon Qeydiyyat şöbəsi üzrə 1950- 1956-cı illər ilkin akt qeydləri, 1959-1972-ci illər bərpa akt qeydləri və 1950-1956-cı illər Qoşasu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üzrə yoxlanılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. “Dövlət rüsumu haqqında” Qanun: 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırma zamanı təhlil edilmiş sübutlara və işin digər hallarına qiymət verərək hesab edir ki, Ərizəçi doğumunun qeyd edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilməli, xx xxxxxx 1953-cü il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilməli, həmin akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Laçın rayonu, Qoşasu kəndi”, “doğum tarixi” qrafasında “xx.xx.1953-cü il”, “ata adı” qrafasında “X3”, “ana adı” qrafasında “X4”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1953-cü il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Doğum akt qeydində “uşaq adı” qrafasında “Ərizəçi”, “doğulduğu yer” qrafasında “Azərbaycan Respublikası, Laçın rayonu, Qoşasu kəndi”, “doğum tarixi” qrafasında “xx.xx.1953-cü il”, “ata adı” qrafasında “X3”, “ana adı” qrafasında “X4”, “milliyyət” qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar