Məhkəmə qərarları › İş №2(011)-872/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-872/2022

28.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-872/2022 28.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC-si Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. 01 avqust 2017-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. 26 oktyabr 2020-ci il tarixdə isə əmək müqaviləsinə edilən əlavə ilə və “X5” haqqında müqavilə imzalamaqla administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Oba - Əhmədli 5 mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş eyni tarixli “İnventarizasiya Nəticələrinə dair” aktlara əsasən ümumilikdə 2127 manat malın çatışmadığı məlum olmuşdur. Maliyyə arayışından da məlum olduğu kimi, çatışmayan malların ümumi dəyəri olan 2127 manat vəsait üzrə keçən dövr ərzində cavabdehə 665 manat güzəşt edilmişdir. Bundan əlavə, qalıq kənarlaşma məbləğindən 201 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq, Cavabdeh iddiaçıya 1264 manat borcu yaranmışdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh 1264 manat məbləğində borcun və ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilmiş 50 manat məbləğində haqqın tutularaq İddiaçı MMC-yə ödənilməsi барядя гятнамя çыхарылмасыны хащиш етмишдир. Məhkəmə iclasında çıxış edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan müqavilələrin surətlərindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. 01 avqust 2017-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmişdir. 26 oktyabr 2020-ci il tarixdə isə əmək müqaviləsinə edilən əlavə ilə administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş 04 iyun 2021-ci il tarixli arayışdan görünür ki, 13 yanvar 2021-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2127 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləğə əskikgəlməyə görə 1465 manat borc qalmışdır. Ümumi kənarlaşma məbləğində 201 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Cavabdeh 04 iyun 2021-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 1264 manat təşkil etmişdir. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 174-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh - Cəmiyyətin Satış Departamentinin Administratorunun əmək müqaviləsinə 19 mart 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan İddiaçı MMC-si tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cəmiyyət tərəfindən cavabdehə 3 gün müddətində maddi ziyanın ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16 noyabr 2016-cı il tarixli X5 haqqında müqavilənin təsdiq edilmiş surətindən görünür ki, işə götürən X7 MMC-nin rəhbəri X3 ilə işçi Cavabdeh arasında X5 haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 16 noyabr 2016-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, işə götürən X7 MMC-nin direktoru X3 ilə işçi Cavabdeh arasında 3 ay sınaq müddətinə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinin 5.1-ci maddəsinə əsasən Bu Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmklakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli İmtina Aktından görünür ki, bu akt ondan ötrü tərtib edilmişdir ki, İddiaçı MMC-nin ünvan 1 ünvanında yerləşən “Əhmədli 5” (196) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh İsrafil qızının iştirakı ilə 13 yanvar 2021-ci il tarixi vəziyyətinə ticari mal, qeyri-mal materiallarının inventarizasiyası keçirilmiş, inventarizasiya nəticəsində çatışmazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanmışdır. Maddi məsul şəxs Cavabdeh İsrafil qızı inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (- 2127.22 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsində başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə görə: 1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinə görə: 1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.

2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 193-cü maddəsinə görə: 1. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda X5 daşıyır.

2. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-ci maddəsinə görə: 1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.

2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə görə: İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 202-ci maddəsinə görə: 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, 01 avqust 2017-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə baş satıcı vəzifəsinə keçirilmiş, 26 oktyabr 2020-ci il tarixdə əmək müqaviləsinə edilən əlavə ilə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə “Oba - Əhmədli 5” mağazasında aparılmış inventarizasiya yoxlaması nəticəsində müvafiq malların çatışmadığı aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş eyni tarixli “İnventarizasiya Nəticələrinə dair” aktlara əsasən mağazada ümumilikdə 2127 manat malın çatışmadığı məlum olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında tutduğu vəzifəsindən azad edilmişdir. Çatışmayan məbləğdən 665 manat şirkət tərəfindən cavabdehə güzəşt edilmiş, ümumi kənarlaşma məbləğində 201 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmış, lakin hazırki günədək qalan 1264 manat cavabdeh tərəfindən ödənilməmişdir. Beləliklə, Cavabdeh İddiaçı MMC-yə 2127 manat məbləğində maddi ziyan vurmuş, həmin məbləğdən 665 manat şirkət tərəfindən ona güzəşt edilmiş, ümumi kənarlaşma məbləğində 201 manat hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmış, lakin hazırki günədək qalan 1264 manat məbləğində pul vəsaitini geri qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1264 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 1264 manat məbləğində pul vəsaiti və ödənilmiş 50 manat ödənilmiş mediasiya xərci İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar