Məhkəmə qərarları › İş №2(011)-8880/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8880/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8880/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi – doğumun qeyd edilmə faktının tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ərizəçinin doğum haqqında şəhadətnamənin dublikatını almaq mümkün olmadığı üçün doğum faktının qeyd edilməsinə və doğum haqqında şəhadətnamədə xx.xx.1961 -ci il təvəllüdlü X3 göstərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun xx.xx.1961-ci ildə Ermənistanın Qafan rayonunda doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ərizəçinin adının X6 və “valideynlər” qrafasında ata adının X7, ana adının X21 qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ermənistan Respublikası, Qafan rayon, Qeqi kəndində xx.xx.1961 -ci ildə anadan olmuşdur. Ərizəçi bildirir ki, doğum haqqında şəhadətnamədə X5 yazılmışdır. Ona verilmiş X4 şəxsiyyət vəsiqəsi verilmişdir, ona verilmiş şəxsiyyət vəsiqəsində səhvən Bəndaxar kimi göstərilmişdir. Hazırda onun doğum haqqında şəhadətnaməsi itirilmişdir. Ancaq ona məxsus hərbi biletdə Bandaxar yazılmışdır, 07 mart 1995-ci il tarixli, Xətai rayon Qeydiyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədə X6, xx.xx.1997-ci il təvəllüdlü oğlu X11 doğum haqqında şəhadətnaməsində, göstərilmişdir, xx.xx.1992-ci il təvəllüdlü oğlu X17, ona məxsus tam orta məktəbi bitirdiyi haqqında 25.06 1976-cı il tarixli X1 yazılmışdır. Ərizəçinin adına verilmiş Fərdi yaşayış evinin çıxarışında X2 yazılmışdır ancaq ona verilmiiş xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikasının vətəndaşının Şəxsiyyət vəsiqəsində Ərizəçi yazılmışdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək,mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-cı il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuşdur. AZE seriyalı 19176117 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.1992-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. 0299821 nömrəli hərbi biletdən görünür ki, şəxsin ad, soyad, ata adı qrafasında X18 qeyd edilmişdir. İş materiallarında olan, nikah haqqında şəhadətnamənin surtindən görünür ki, X8 və X22 ilə xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan 517234 nömrəli attestatdan görünür ki, X6 xx.xx.1976-cı il tarixdə tam orta əktəbi bitirmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X12 ata adı qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan 519724 saylı pensiya vəsiqəsində pensiyaçının ad, soyad, ata adı qrafasında X6 qeyd edilmişdir. Azərbaycan Respublikası 6 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün və kifayət qədər əsaslar olmadığından bərpa ilə bağlı ərizənizin icrası tərəflərindən mümkün olmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. xx.xx.2025-ci il tarixli 14221301 nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumunu ödəmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011ci il tarixdə Abşeron rayonunda ölmüşdür. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Göründüyü kimi, doğum faktını təsdiq edən həkim şəhadətnaməsi olmadıqda, doğum faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 14-cı bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Müddəaların 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 12 .04.2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri” haqqında Azərabaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Qərarınının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum faktını qeydə almaqdan imtina etməsi nəticəsində ərizəçi doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan, Qafan rayonunda anadan olması, doğum haqqında şəhadətnamədə ərizəçinin adının “X6” və atasının X7, anasının X21 olması ərizəçinin izahatı və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistanın Qafan rayonu doğumun qeyd edilmə faktı müəyyən edilsin, doğum haqqında şəhadətnamədə ərizəçinin adı “X6” qeyd edilsin, “valideynlər” qrafasında ata adı X7, ana adı isə X10 qeyd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar