Məhkəmə qərarları › İş №2(011)-889/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-889/2022

08.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-889/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Mahmudova Zeynəb Əmirxan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “qohumluq münasibətinin müəyyən edilməsi” barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, atası Məmmədov (Abdinbəyov) İsa Məmməd (Məmmədbəy) oğlu ilə onun arasında olan qohumluq (ata-oğul) münasibətlərinin (faktının) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X23 ərizəçinin bacısıdır. Ərizəçinin qardaşı X21 xx.xx.1997-ci il tarixdə, bacıları X26 xx.xx.1961-ci il tarixdə, X27 xx.xx.2006-cı il tarixdə vəfat etmişlər. X9 xx.xx.1986-cı il tarixdə, anası X6 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. X10 ilə ərizəçi atasının yeganə birinci növbə vərəsələridir. Ərizəçi xx.xx.1948ci il tarixdə Quba şəhərində anadan olmuşdur. Ona verilmiş doğum haqqında şəhadətnamədə atası qrafasında atasının soyadı Məmmədzadə, adı İsa, atasının adı isə Məmməd kimi göstərilmişdir. Ərizəyə qoşmada təqdim edilmiş Azərbaycan Respublikası Dövlət X31 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 973 nömrəli arxiv arayışından görünür ki, Quba Notariat kontorunun 1957-ci ilə aid Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr kitabında vətəndaş İsa Məmmədbəy oğlunun soyadının Abdinbəyov olduğu göstərilmişdir. Ərizəyə qoşmada təqdim edilmiş Quba Rayon Məhkəməsinin 2-160 saylı xx.xx.1958-ci il tarixli qətnaməsindən görünür ki, vətəndaş X4, X8 və X2 Quba şəhəri, Proletar küçəsi ev № 41-43-də yerləşən yaşayış binası üzərində olan mülkiyyət hüququ bərpa edilmiş, həmin binanın Quba şəhər Kommunal Təsərrüfat şöbəsinin balansından silinib, onların ixtiyarına verilməsi qət edilmişdir. Ərizəyə qoşmada təqdim edilmiş xx.xx.1959-cu il tarixli Bölgü aktından görünür ki, Quba şəhəri, Proletar küçəsi (28 aprel küçəsi, Proletar küçəsinin küncü) ev № 41-43-də yerləşən yaşayış binasının 90869 manat dəyərində «A» literindən Əhmədbəy və Məmmədbəy Abdinbəyovların payı evin 654 kv.m ümumi sahəsindən, 380 kv.m tikintialtı sahəsindən, 211 kv.m həyətyanı sahəsindən, 170 kv.m yaşayış sahəsindən, 63 kv.m köməkçi sahədən, binanın 1375 kv.m ümumi sahəsindən və 738 kv.m zirzəmi sahəsindən ibarətdir. Ərizəçinin X9ndan (X7) miras qalmış Quba şəhəri, Proletar küçəsi (28 aprel küçəsi, Proletar küçəsinin küncü) ev № 41-43-də yerləşən yaşayış binası ərizəçinin atası vəfat etdiyi gün ərizəçi tərəfindən miras əmlak olaraq qəbul edilmişdir və həmin gündən hal-hazıradək ərizəçi tərəfindən icarə edilir. Ərizəçinin atasının ata və babalarının soyadları Abdinbəyov olmuşdur. Ərizəçinin atasının atası və əmiləri 1930cu ildə Stalin repressiyalarına məruz qalaraq məhkum olunmuş, sonradan isə 1956-cı ildə onlara bəraət verilmişdir. Repressiya dövründə atası və əmiləri, habelə Abdinbəyov soyadını daşıyan digər qohumları təqiblərə məruz qaldıqları üçün sürgün olunacaqlarından ehtiyat edərək soyadlarını dəyişmiş, bu səbəbdən də atası soyadını Məmmədov soyadına, ata adını isə Məmməd adına dəyişdirmiş, nəticədə müvafiq olaraq onlara da verilmiş sənədlərdə (doğum haqqında şəhadətnamələrdə, şəxsiyyət vəsiqələrində və s.) soyadları Məmmədov (Məmməzadə) kimi qeyd edilmişdir. Ərizəçi atasının miras qalmış yuxarıda qeyd edilən əmlakı faktiki olaraq qəbul edib ona sahiblik edir. Lakin atasının adına verilmiş ölüm haqqında şahədətnamədə soyadı Məmmədov (Mamedov), ata adı Məmməd (Mamed) kimi göstərildiyindən, ərizəçi atasının X7 iddiaçıya miras qalmış yuxarıda qeyd edilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Məmməd-zadə Hüseynqulu İsa oğlu xx.xx.1948-ci il Quba rayonunda anadan olmuş, X9, anası Məmməd-zadə Fəzilə Hüseynqulu qızıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 294-05/15 saylı, xx.xx.2022-ci il tarixli məktubla ona qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət X31nın xx.xx.2021-ci il tarixli 973 saylı arxiv arayışından görünür ki, Quba Notariat kontorunun 1957-ci ilə aid Qanuni vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabında vətəndaş İsa Məmmədbəy oğlunun soyadı Abdinbəyov olduğu göstərilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-1021/2016 saylı qərarından görünür ki, X1 dəyişdirilərək “Məmmədov” dan “Abdınbəyov” kimi qeyd edilməsi və müvafiq qeydiyyatın aparılması öhdəliyi Quba rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan Quba rayon Xalq Məhkəməsinin 2-160 saylı xx.xx.1958-ci il tarixli qətnaməsinin surətindən görünür ki, vətəndaş X12, X8 və X2 Quba şəhəri Proletar küçəsi № 41-43-də yerləşən yaşayış binası üzərində olan mülkiyyət hüququnun bərpa edilməsi, həmin bina Quba şəhər Kommunal Təsərrüfat şöbəsinin balansından silinməsi və onların ixtiyarına verilməsi qət edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1986-cı ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2006-cı il tarixində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 xx.xx.1997-ci il tarixində Quba rayonunda vəfat etmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, ərizəçi onun atasının əmisidir. Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin qərarı ilə onun atasının soyadı dəyişdirilərək “Məmmədov” dan “Abdınbəyov” kimi qeyd edilmişdir. Babasının adı Cəbrayıl, soyadı isə Məmmədov olmuşdur. Soyadlarının Abdinbəyov olması üçün ailəlikcə müraciət ediblər. Ərizəçinin atasının adı İsa Abdinbəyov, İsanın atasının adı isə Məmmədbəy olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, ərizəçi onun dayısıdır. Ərizəçinin böyük bacısının oğludur. Anası 1933-cü ildə dünyaya gəlmişdir. Anasının ailəsinin soyadları əslində Abdinbəyov olmuşdur. 1937-ci ildə Məmmədəli Abdinbəyov repressiya qurbanı olmuşdur. Onun anası Məmmədəli Abdinbəyovun nəvəsidir. Babası soyadını dəyişmiş Məmmədov olmuşdur. Bakıya gələn oğlanları da soyadlarını dəyişmişdir. Əsl soyadları Abdinbəyov olmuşdur. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi 1948-ci ildə Quba şəhərində anadan olmuş, X9dur. Ərizəçinin atasının atası Məmmədəli Abdinbəyov olmuş, o, sonradan soyadını dəyişərək, “Məmmədov” soyadını qəbul etmiş, Məmmədəli Abdinbəyovun oğulları, həmçinin X22 da soyadını “Abdinbəyov”dan “Məmmədov”a, ata adını isə “Məmmədbəy”dən Məmməd”ə dəyişdirmişdir. Quba Notariat kontorunun 1957-ci ilə aid qanuni vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabında vətəndaş İsa Məmmədbəy oğlunun soyadı Abdinbəyov olduğu göstərildiyindən, bununla da, ərizəçinin doğum haqqında şəhadətnaməsi ilə Quba Notariat kontorunun 1957-ci ilə aid qanuni vərəsəlik hüququ haqqında şəhadətnamələr kitabında ata adı uyğun gəlmədəiyindən, o, atasından qalan miras payın ona verilməsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Göründüyü kimi, ərizəçinin və şahidlərin ifadələri, işin materialları ilə ərizəçinin atasının X24 (X15) olması tam sübuta yetirilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X8 ərizəçinin atası olmasına dair qohumluq əlaqəsinin olması faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qohumluq əlaqəsinin olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən, şəxslərin qohumluq münasibətlərini müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qətetdi: Ərizə təmin edilsin. X24 (X15) xx.xx.1948-ci il təvəllüdlü Ərizəçi atası olmasına dair qohumluq faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar