Məhkəmə qərarları › İş №2(011)-89/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-89/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-89/2022 20.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak bölgüsü tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanı: Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski 42 A ünvanında yerləşən 12 mərtəbəli binanın “A” blokunda 49 nömrəli mənzil) hazırkı bazar dəyərinin (165053 manat) 2/3 hissəsini, yəni 110035 manatın və mənzilin təmirinə çəkilmiş xərclərin hazırkı bazar dəyərinin (48500 manat) 2/3 hissəsi, yəni 32333 manatın cavabdehdən tutulub iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşdurlar. Birgə nikahdan onların iki övladı anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-5089/2018 saylı qətnaməsi ilə tərəflərin nikahının pozulması, birgə nikahda anadan olmuş uşaqlarım iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 310 manat məbləğində alimentin Cavabdeh alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Tərəflərin birgə nikah dövründə onlar tərəfindən bir necə daşınmaz və daşınar əmlak əldə edilmişdir. Qeyd edilən məsələ ilə bağlı tərəflər arasında mövcud olmuş mübahisə hüquqi müstəvidə öz həllini tapmışdır. Lakin birgə nikah dövründə - xx.xx.2010-ci il tarixində əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şixslinski 42 A ünvanında yerləşən 12 mərtəbəli binanın “A” blokunda 49 nömrəli mənzil alınmışdır. Həmin mənzilin alınması üçün tərəflər 55845 ABŞ dolları pul vermişdir. Bu barədə keçmiş həyat yoldaşı Cavabdeh "xxxx" MTK tərəfindən xx.xx.2010-ci il tarixli kassa mədaxil orderi verilmişdir. Bundan sonra tərəflər birgə nikah dövründə əldə etdikləri vəsait hesabına həmin mənzili təmir etmişdirlər. Mənzilin təmirinə tərəflər 30000 manat məbləğində vəsait xərcləmişdirlər. Cavabdehin iddiaçıya göstərdiyi təzyiqlər nəticəsində iddiaçı uşaqları ilə birlikdə həmin mənzili tərk etmişdir. Hazırda qeyd edilən mənzildə onların yaşamaqları mümkünsüzdür. İddiaçı həmin mənzilin satın alınması və təmiri üçün çəkilmiş xərcin hazırkı bazar qiymətlərinə uyğun qiymətdə cavabdehdən tələb edir. Mənzilin dəyəri və təmiri ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixli, QXM/226 nömrəli rəy verilmişdir. Sözügedən rəyə əsasən, Bakı şəhəri Xətai rayonu, G.Şixlinski 42 A ünvanında yerləşən 12 mərtəbəli binanın “A” blokunda 49 nömrəli mənzilin hazırkı bazar qiyməti 165053 manat, mənzildə aparılmış təmir işlərinin hazırkı dəyəri 48500 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi 2942B-məhəllə, ev 42A, mənzil 49-un (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsi, 264, M11, m 4-ün) 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh pay hüququnun tanınması və mənzilin təmirinə çəkilmiş xərclərin hazırkı bazar dəyərinin (48500 manat) 2/3 hissəsi, yəni 32333 manatın Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş üzrə təqdim edilmiş sübutları nəzərədə keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-5089/2018 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2007-ci il tarixli, 551 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün İddiaçı yanında qalmaqları qət edilmişdir. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2010-cu il tarixli müqavilədən görünür ki, ünvan 5 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının A bloku, 11-ci mərtəbəsində yerləşən 49 nömrəli mənzilindən ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür. Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri 1 kv.mş üçün 450 dollar təşkil edir. Payçı mənzilin dəyərinin 55845 dollar manatı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2010-cu il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh 49 nömrəli mənzilə görə 55845 dollar məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, Abbasov X7 Şixlinski 42A ünvanında yerləşən 12 mərtəbəli binanın A blokun 49 nömrəli mənzilinin sahibidir. Mənzilin ümumi dəyəri tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2008-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X2 mənzilin tam dəyəri, 55845 ABŞ dolları məbləğində pul vəsaiti kassaya mədaxil edilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2008-ci il tarixli 166 nömrəli müqavilədən görünür ki, "xxxx" MTK ilə payçı X9 aşağıdakı şərtlər barədə raşılaşmışdırlar: - ünvan 5 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının A bloku, 11-ci mərtəbəsində yerləşən 49 nömrəli mənzilindən ibarət bir pay kimi payçıya verməyi öz öhdəsinə götürmüşdür; - Payçı müqavilədə göstərilmiş məbləği vaxtında və tamamilə ödəməyi, mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan X5 "xxxx" MTK-yə ünvanlanmış ərizədən görünür ki, payçı olaraq ona məxsus olan ünvan 6 ünvandan "xxxx" MTK tərəfindən inşa olunan yaşayış binanın A saylı girişinin 11-ci mərtəbədə ümumi sahəsi 124 kv.m. olan 3 otaqlı 49 saylı mənzilini doğma oğlu Cavabdeh bağışlayır. Həmin mənzilə dair paylıqdan oğlunun xeyrinə imtina edir. Bununla bağlı xahiş edir ki, "xxxx" MTK-nın payçılığından xaric edib Cavabdeh onun əvəzinə kooperativə payçı qəbul etsinlər. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən elektron çıxarışdan görünür ki, ünvan 7 ünvanı, ünvan 8r Cavabdeh mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 226 nömrəli Qiymətləndirmə Hesabatından görünür ki, Bakı şəhəri, N.Tusi küçəsi 2942B, mənzil 49 mənzilin analoji bazar dəyəri 165053,00 manat, həmin mənzildə görülmüş təmir işlərinin dəyəri isə 48500 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4510 nömrəli, xx.xx.2021-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, ünvan 9 ünvanı, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski 42A, 12 mərtəbəli binanın “A” bloku, mənzil 49) mənzilində aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 22171,0 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1405 nömrəli, xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Bakı şəhəri, ünvan 9 ünvanı, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski 42A, 12 mərtəbəli binanın “A” bloku, mənzil 49) mənzilində aparılmış təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 22171,0 manat məbləğində müəyyən edilmişdir. Tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarında olan videogörüntülərə əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 9 ünvanı, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski 42A, 12 mərtəbəli binanın “A” bloku, mənzil 49) mənzil təmirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı anası ilə birlikdə zavodda işləmiş və onların ailəsini 25-30 ildir ki tanıyır. Cavabdeh 2009-cu ildən, yəni tərəflərin mənzilində işləyən vaxtdan tanıyır. O, tərəflərin mənzilində divarların rənglənməsi işlərini görmüşdür. Mənzilin Günəşli tərəfindən yerləşirdi. O, mənzildə 4-5 ay işləmişdir. Görülən işlərə görə ona ödənişləri Rüfət də, Səidə də edirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı onun keçmiş gəlini, cavabdeh Abbasova Rüfət isə oğludur. Tərəflər ailə qurandan bir müddət sonra onların dolana bilmədiklərini gördü. Bu səbəblə də, onlar üçün 2008-ci ildə Bakı şəhəri, ünvan 9 ünvanı, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski 42A, 12 mərtəbəli binanın “A” bloku, mənzil 49) mənzili aldı və öz vəsaiti hesabına təmir etdi. Həmin binada onun tərəfindən satın alınan başqa mənzil yoxdur. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37-ci maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə İddiaçı tərəflərin birgə nikah dövründə satın aldıqları Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi 2942B-məhəllə, ev 42A, mənzil 49-un (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsi, 264, M11, m 4-ün) 2/3 hissəsinə İddiaçı, 1/3 hissəsinə Cavabdeh pay hüququnun tanınması hissəsində qiymət verərək qərara alır ki, iddia bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi 2942B-məhəllə, ev 42A, mənzil 49-dan (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsi, 264, M11, m 4-ün) ibarət pay cavabdehin atası X9 tərəfindən xx.xx.2008-ci il tarixində əldə edilmiş və payının dəyərini tam olaraq ödəmişdir. Daha sonra, 2010-cu ildə X5 ərizəsi əsasında, o, payından oğlu Cavabdeh xeyrinə imtina etmiş, sonuncu ilə "xxxx" MTK arasında yeni müqavilə bağlanılmışdır. Göründüyü kimi, iddiaçı tərəf mübahisəli mənzilin tərəflərin nikah dövründə onların birgə əldə etdikləri vəsait hesabına alındığını iddia etsə də, bu hal məhkəmə araşdırması zamanı təkzib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil tərəflərin birgə nikah dövründə əldə edilən əmlakı hesab edilmədiyinə görə iddia mənzilə dair iddiaçının 2/3, cavabdehin isə 1/3 pay hüququnun tanınması hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddianın mənzilin təmirinə çəkilmiş xərclərin hazırkı bazar dəyərinin (48500 manat) 2/3 hissəsi, yəni 32333 manatın Cavabdeh tutulub İddiaçı ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatları əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi 2942Bməhəllə, ev 42A, mənzil 49 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsi, 264, M11, m 4-ün) tərəflərin nikahı dövründə, təxminən, 2009-2010-cu illərdə təmir edilmişdir. Cavabdeh mənzilin onun atası X9 tərəfindən təmir edildiyini bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, cavabdeh istinad etdiyi bu halı təsdiq etmək məqsədi ilə verdiyi vəsatət əsasında dindirilmiş şahid X5 verdiyi ifadələri başqa hər hansı bir sübut ilə təsdiq edilmir. Məhkəmə şahidin ifadələrini cavabdehin dəlilinin sübuta yetirilməsi üçün yetərli hesab etmir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası nəticəsində mənzilin təmir xərcləri 22172,00 manat məbləğində müəyyən edilmişdir. İddiaçı mənzilin təmiri üçün xərclənmiş vəsaitin 2/3 hissəsinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb etsə, məhkəmə araşdırması zamanı pul vəsaitlərinə dair tərəflərin qeyri-bərabər payların müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığı müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, General Şixlinski küçəsi 2942B-məhəllə, ev 42A, mənzil 49 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Əliağa Şixlinski küçəsi, 264, M11, m 4-ün) təmiri üçün xərclənmiş pul vəsaiti tərəflərin birgə nikah dövründə əldə edildiyinə görə, xərclənmiş vəsaitin ½ hissəsi, yəni 11086,00 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə məsrəflərinə aid edilən ekspertiza xərci tərəflər arasında bərabər şəkildə bölünməldir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə, işə baxılması ilə əlaqədar aparılmış ekspertiza tədqiqatının dəyərindən 50 manat məbləğində pul vəsaiti İddiaçı, 50 manat məbləğində vəsait isə Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və məhkəmə prosesi zamanı müəyyən edilmiş həqiqi hallara əsaslanaraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir.. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11086,00 (on bir min səksən səkkiz manat) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh, 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar