Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-897/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X16ə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X7 rayon Sukanal İdarəsinə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı 2013-cü ilin noyabr ayından Azərbaycan Dövlət Su X7 Rayon Sukanal İdarəsində işə başlamışdır. Sonuncu işi sukanal sistemlərinin təhlili şöbəsində 12-ci dərəcəli mühəndis olmuşdur. İşlədiyi müddətdə heç bir qüsuru olmamışdır. Həmişə nümunəvi işçi olmuşdur. Kollektivdə həmişə iddiaçıya hörmət olunmuşdur. Yeni rəhbərlik gələndən sonra iddiaçıya bildirilmişdir ki, o, idarədə 5-ci dərəcəli nəzarətçi təyin olunacaq. İddiaçı razılaşmamış və bildirmişdir ki, 12-ci dərəcədən 5-ci dərəcəyə salmaq əsassızdır. İddiaçıya bildirilmişdir ki, gözləsin sentyabr ayında 6 mühəndis ştatı gələcək, həmin vaxt ona mühəndis ştatı veriləcəkdir. İddiaçının xəbəri olmadan və ona heç bir xəbərdarlıq edilmədən maliyyə idarəsindən zəng olunaraq bildirilmişdir ki, iddiaçını işdən azad etmişlər, gəlib son hesabını alsın. xx.xx.2024-cü il tarixində iddiaçı idarəyə getmiş və ona əmrin surəti verilmişdir. İddiaçı dəfələrlə rəisin yanında olmuş və bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və o medallarla təltif edilmişdir. Onlardan biri də milli ordunun 100 iliyinə aiddir, ikincisi isə müharibə veteranı medalıdır. Bu barədə iddiaçı rəhbərliyə, şəxsən Emin Bəşirzadəyə məlumat vermişdir. İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev dəfələrlə bildirmişdir ki, veteranlara hörmət edilsin, işlə təmin edilsinlər və onları heç kim işdən çıxara bilməz. Rəhbərlik bunlara məhəl qoymamış və prezidentin dediklərini saya saymamış, kimə istəyirsən şikayət edə bilərsən deyərək qanunsuz olaraq iddiaçını, 13 ilin işçisini və müharibə veteranını işdən çıxarmışdır. Əvəzində öz yerlilərini və qohumlarını idarəyə yerləşdirmişdir. Beləliklə dövlət müəsisəsini ailə biznesi kimi veriləcəkdir. İşdən çıxarılmaq qaydalarını yəqin ki, cavabdehə dövlət tərəfindən öyrədilər. İddiaçı işinə bərpa olunmalı və almadığı əmək haqqını almalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Dövlət Su X7 rayon Sukanal İdarəsindən əsassız olaraq çıxarıldığı üçün işə bərpa olunmağı və almadığı əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən cavabdeh Azərbaycan Dövlət Su X7 Rayon Sukanal İdarəsinin adının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17lə əvəz edilməsi və əsassız olaraq çıxarıldığı üçün işə bərpa olunması və almadığı əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı və onun vəkili Vəkil hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X3 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X16 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri fəaliyyətinin təkmili haqqında “İri Şəhərlərin X15” X16 İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında “İri Şəhərlərin X15” X16 strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X16 Xətai rayon Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X4 13-16-5-2/2-03-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Xətai rayon Sukanal İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftədən sonra ləğv ediləcəkdir. Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X9 ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X15” X16 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə və "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin ləğv edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 328-K əmr ilə xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. “İri Şəhərlərin X15” X16 Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X4 xx.xx.2024-cü il tarixində İdarə tərəfindən Abonentlərlə iş şöbəsinin faturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi peşəsi təklif edilmiş, lakin Ələstun Novruzov ona təklif olunmuş işdən könüllü olaraq imtina etdiyinə görə tərəflərindən akt tərtib olunmuşdur. Bununla yanaşı cavabdehin nümayəndəsi məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə “İri Şəhərlərin X15 Xidməti” X17 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X16 xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə “İri Şəhərlərin X15 Xidməti” X16 stukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən X5 tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2023-cü il tarixindən ixtisara düşmüş və xx.xx.2024-cü il tarixində 328-K əmri ilə ləğv edilmişdir. Beləliklə, bütün göstərilənlər ona dəlalət edir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17ə qarşı məhkəməyə müraciət edərək “İri Şəhərlərin X15 Xidməti” X16 Xətai rayon Sukanal İdarəsinə işə bərpa olunması, almadığı əmək haqqının ödənilməsi tələbinə dair iddiası əsaslı olmayıb, habelə iddianın verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddəti keçdiyindən təmin oluna bilməz. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsi tərəfindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında 29 avqust 2024-cü il tarixli, 328-k nömrəli əmrdən görünür ki, İddiaçı - Xətai Rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X15 Xidməti” X16 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 29 avqust 2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASCdə 11 il 0 ay 19 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, 15 oktyabr 2023-cü il tarixdən 29 avqust 2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 26 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X8 respublika Komitəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli 78 nömrəli məktubun surətindən görünür ki, Su Təsərrüfatı X8 Respublika Komitəsinə daxil olmuş 21 avqust 2024-cü il tarixli 3-53-3-2- 12/2-03-493-/2024 saylı məktuba baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X15 Xidməti” X16 təsdiqedilmiş strukturu və ştat cədvəlinə əsasən Xətai rayon Sukanal idarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan MV seriyalı, 0779 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 16 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 15 oktyabr 2021-ci il tarixədək iqtisadiyyat və uçot şöbəsinə 11-ci dərəcə ilə iqtisadçı vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 785 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixdə bağlanmış 16 saylı Əmək müqaviləsnə 01 nömrəli dəyişiklikdən görünür ki, Xətai rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin 11-ci dərəcə ilə iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 aprel 2021-ci il tarixdən dəyişikliklər edilmiş, "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin 20 aprel 2021-ci il tarixli 15-k saylı əmrinə əsasən altı günlük iş həftəsi əmək haqqı 669 manat olmaqla abonentlərlə iş şöbəsinin ödənişin təşkili qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi keçirilmişdir. İş materiallarında olan "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixdə bağlanmış 16 saylı Əmək müqaviləsnə 02 nömrəli dəyişiklikdən görünür ki, Xətai rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin ödənişin təşkili qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 26 avqust 2021-ci il tarixdən aşağıdakı dəyişikliklər edilmişdir: - Xətai rayon Sukanal İdarəsinin 26 avqust 2021-ci il tarixli 39-k saylı əmrinə əsasən Sukanal Sistemlərinin təhlili şöbəsinə beş günlük iş həftəsi ilə əmək haqqı 895 manat olmaqla, 12-ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. - Əmək müqaviləsinə edilmiş dəyişiklik 26 avqust 2021-ci il tarixdən qüvvəyə minir və əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. İş materiallarında olan "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixdə bağlanmış 16 saylı Əmək müqaviləsnə 03 nömrəli dəyişiklikdən görünür ki, Xətai rayon Sukanal İdarəsinin Sukanal Sistemlərinin təhlili şöbəsinin 12-ci dərəcə ilə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 yanvar 2022-ci il tarixdən dəyişikliklər edilmiş, "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin 01 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq əmək haqqında dəyişiklik edildikdən sonra əmək haqqı 1040 manat olmuşdur. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsinin kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin şöbə rəisi X6, kadrlar üzrə mütəxəssisi X2, hüquq məsləhətçisi X1 iştirakı ilə tərtib edilmiş 23 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin X15 Xidməti” X16 21 iyun 2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri şəhərlərin Birləşmiş Sukanal İdarəsinin Sukanal Sistemlərinin təhlili şöbəsi ləğv edildiyi üçün həmin şöbənin mühəndisi İddiaçı idarənin abonentlərlə iş şöbəsinin fakturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi peşəsi təklif edilmiş, lakin İddiaçı ona təklif olunmuş işdən imtina etmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsi tərəfindən İddiaçı verilmiş 28 iyun 2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X15 Xidməti" X17 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin "İri Şəhərlərin X15 Xidməti" X16 xx.xx.2024-cü il tarixli, 09nömrəli əmri ilə “İri Şəhərlərin X15 Xidməti" X16 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən İddiaçıla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit edilmişdir. Həmin maddəyə görə:
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 78-ci maddəsi işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsini müəyyən etmişdir. Belə ki, 78.1-ci maddəyə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. İlk növbədə məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinə əsasən Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin qanunun 3.2-ci maddəsinə görə ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Qanunun 24.7-ci maddəsinə əsasən bu Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsi 29 avqust 2024-cü il tarixli əmri ilə iddiaçı işdən çıxarılmış, İddiaçı Bakı 3 saylı Mediasiya Təşkilatına 16 sentyabr 2024-cü il tarixdə müraciət etmiş, Mediasiya Prosesinin tətbiqi barədə təklif qarşı tərəfə 30 sentyabr 2024-cü il tarixdə göndərilmiş, Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayış 08 oktyabr 2024-cü il tarixdə verilmişdir. İddiaçının iddia tələbi 07 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil omuşdur. Məhkəmə hesab edir ki, nəzərə alaraq ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur və iddiaçı Bakı 3 saylı Mediasiya Təşkilatına 16 sentyabr 2024-cü il tarixdə müraciət etmişdir, iddiaçı iddia müddətini ötürməmişdir, odur ki, iddia müddəti ötürülmədyindən iddiaya mahiyyəti üzrə baxılmalıdır. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2020-ci il tarixli 16 nömrəli Əmək müqaviləsinə əsasən, İddiaçı 15 oktyabr 2021-ci il tarixədək iqtisadiyyat və uçot şöbəsinə 11-ci dərəcə ilə iqtisadçı vəzifəsinə işə qəbul olunmuş, aylıq əmək haqqı 785 manat müəyyən edilmişdir. Azərsu” ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixdə bağlanmış 16 saylı Əmək müqaviləsinə 01 nömrəli dəyişikliyə əsasən, Xətai rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin 11-ci dərəcə ilə iqtisadçısı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 aprel 2021-ci il tarixdən dəyişikliklər edilmiş, "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin 20 aprel 2021-ci il tarixli 15-k saylı əmrinə əsasən altı günlük iş həftəsi əmək haqqı 669 manat olmaqla abonentlərlə iş şöbəsinin ödənişin təşkili qrupuna 6-cı dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi keçirilmişdir. İddiaçı Xətai rayon Sukanal İdarəsinin 26 avqust 2021-ci il tarixli 39-k saylı əmrinə əsasən Sukanal Sistemlərinin təhlili şöbəsinə beş günlük iş həftəsi ilə əmək haqqı 895 manat olmaqla, 12ci dərəcəli mühəndis vəzifəsinə keçirilmişdir. "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixdə bağlanmış 16 saylı Əmək müqaviləsnə 03 nömrəli dəyişiklikdən görünür ki, Xətai rayon Sukanal İdarəsinin Sukanal Sistemlərinin təhlili şöbəsinin 12-ci dərəcə ilə mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 01 yanvar 2022-ci il tarixdən dəyişikliklər edilmiş, "xxxx" ASC Xətai rayon Sukanal İdarəsinin 01 yanvar 2022-ci il tarixdə təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq əmək haqqında dəyişiklik edildikdən sonra əmək haqqı 1040 manat olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X16 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri fəaliyyətinin təkmili haqqında “İri Şəhərlərin X15” X16 İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında “İri Şəhərlərin X15” X16 strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X16 Xətai rayon Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X4 13-16-5-2/2-03-168/2024 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Xətai rayon Sukanal İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftədən sonra ləğv ediləcəkdir. Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X15” X16 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə və "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin ləğv edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 328- K əmr ilə xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. Cavabdehin nümayəndəsi “İri Şəhərlərin X15” X16 Xətai rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X4 İdarə tərəfindən Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi peşəsi təklif edilmiş, lakin Ələstun Novruzov ona təklif olunmuş işdən könüllü olaraq imtina etdiyinə görə tərəflərindən akt tərtib olunduğunu bildirmişdir Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yeni (xx.xx.2024-cü il tarixli) ştat cəvdəlində Abonentlərlə iş şöbəsinin fakturalama qrupunda nəzarətçi vəzifəsinin olması müəyyən edilməmiş, həmin qrupda mühəndis-qrup rəhbəri vəzifəsində 1 ştatı olduğu və həmin vəzifəyə başqa şəxsin keçirilməsi aşkar edilmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı müharibə veteranı olmasına baxmayaraq, ona əvvəlki vəzifəsinə uyğun iş təklif edilməmiş, həmin vəzifəyə işə qəbul zamanı iddiaçıya üstünlük verilməmişdir. Beləliklə, cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsinin 29 avqust 2024-cü il tarixli, 328-k nömrəli əmri əğv edilməli, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsində əvvəlki vəzifəsinə uyğun olaraq mühəndis vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsinin 29 avqust 2024cü il tarixli, 328-k nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17 Xətai Rayon Sukanal İdarəsində əvvəlki vəzifəsinə uyğun olaraq mühəndis vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 29 avqust 2024-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova