Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3464/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə (X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı; İddiaçı Cavabdeh İddiaçı qarşı iddiası üzrə mülki iş (Açar sözlər: «mənzilin təhvil verilməsi, pul, müqavilənin ləğvi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, X15 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-356/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: ünvan 2ndəki 20 saylı evin 06 saylı mənzilə mülkiyyət hüququ X11 adına xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
2. X21 xx.xx.2012-ci il tarixdə ölmüşdür. 3.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsimi rayon Polis İdarəsinə qarşı iddiası təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ tanınmışdır.
4. X11 vərəsəsinin X20 olması barədə Bakı şəhəri 13 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2013-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Miras əmlak Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzildən ibarət olub.
5. ünvan 2ndəki 20 saylı evin 06 saylı mənzili xx.xx.2013-cü ildə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınımışdır. 6."xxxx" Mənzı̇ l-Tı̇ kı̇ nti Kooperatı̇ vi ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli müqavilə bağlanmışdır.
7. İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişə əsasən xx.xx.2020-ci il tarixli müqavilənin MTK tərəfindən birtərəfli qaydada ləğv edilməsi barədə məlumat verilmişdir.
8. X20 ilə «Yeni Dünya” MTK arasında xx.xx.2020-ci il tarixli 18/1808/20 saylı müqavilə bağlanmışdır.
9. Ədliyyə Nazirliyi Vətəndaşlıq X9 xx.xx.2025-ci il tarixli 3-16-5xx-xx-13409/2024 saylı məktubunda göstərilib ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən valideynləri X20 ilə X22 olan xx.xx.1970-ci il təvəllüdlü Elşən Şamxalovun (xx.xx.2012-ci ildə vəfat etmişdir) doğumu Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. X2 (Şamxalova) Marina Vladimirovna ilə xx.xx.1999-cu ildə Səadət Sarayında (Bakı Nikah Evi) nikaha daxil olmuş və bu nikahın pozulması xx.xx.2000-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
10. İddiaçı Cavabdehnə (X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən pozulmuş mülkiyyət hüquqları bərpa edilməsi, ünvan 1 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m ibarət 2 otaqlı 7/8 saylı mənzil boşaldılaraq, təmirli şəkildə iddiaçının mülkiyyətinə verilməsi, 14 aylıq (2023-cü ilin may ayından bu günədək) ümumilikdə 8400 manat kirayə haqqı və ödənilmiş dövlət rüsumu əvəzinə görə 104 manat xərcin tutularaq ona ödənilməsini xahiş edib.
11. Tələbdə göstərilib ki, İddiaçı ilə 16 iyun 2020-ci il tarixdə Cavabdeh ilə arasında müqavilə (№16/06-20/002) bağlamışdır. Müqavilənin predmetində Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən binaların sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikilməsi nəzərdə tutulmuşdur. İddiaçının cavabdehlə bağladığı müqaviləyə əsasən iddiaçı ona məxsus yaşayış sahəsinin sökülməsinə icazə verəcəyi təqdirdə, cavabdeh 24 ay müddətində ünvan 1 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m ibarət 2 otaqlı 7/8 saylı mənzili təmirli şəkildə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Əlavə olaraq müqavilədə cavabdehin iddiaçıya mənzil təhvil verilənədək aylıq 600 azn məbləğində pul vəsaitini ödəməli olduğu göstərilmişdir. Cavabdeh tərəfindən mənzilin açarı təhvil verilərək iddiaçıya yaxın vaxtda mənzilə buraxılacaqları bildirilsə də, mənzilə getdikləri vaxt mənzilə daxil olmaqlarına icazə verilməmişdir. Vəd olunan aylıq 600 azn məbləğində kirayə haqqı 2023-cü ilin may ayınadək ödənildikdən sonra dayandırılmış və beləliklə iddiaçı tərəf çarəsiz hala düşmüşdür.
12. Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiada göstərilib ki, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, Cavabdeh MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. Cavabdeh MTK da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri MTKnın səlahiyyətli nümayəndələrinə sənədləri təqdim edərək, nümayəndələrlə danışıqlar aparmış, sökütüsü planlaşdırılan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə mülkiyyətçilər və MTK arasında ayrı-ayrı müqavilələr bağlanmışdır. Hazırki iş üzrə İddiaçı da Cavabdeh MTK-nın ofisinə yaxınlaşmış və söküntü ərazisinə düşən Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzilinə dair X11 adına olan MA seriyalı ******* №-li Çıxarışı və özünün sözügedən ünvanda pasport qeydiyyatında olmasını təsdiq edən şəxsiyyət vəsiqəsinin surətini təqdim edərək, qeyd edilən mənzilin əri Elşən Şamxalova məxsus olduğunu, Elşənin vəfat etdiyini, Elşənin vərəsəsi olduğunu, Elşənlə onun arasında olan nikah haqqında şəhadətnamənin qısa müddət ərzində MTK-ya təqdim edəcəyini bildirmiş və mənzilin MTK tərəfindən sökülməsi müqabilində MTK-nın inşa edəcəyi binadan yeni mənzilin ona verilməsini xahiş etmişdir. Həmin gün, yəni 16 iyun 2020-ci il tarixdə Cavabdeh MTK və İddiaçı arasında 16/06- 20/002 saylı müqavilə imzalanmışdır. Tərəflər arasında imzalanmış 16 iyun 2020-ci il tarixli 16/06-20/002 saylı müqavilənin məzmununa digər şətrlərlə yanaşı aşağıdakı şərt də daxil edilmişdir: “...********** qeydiyyat nömrəli, Seriya MA ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20 nömrəli, 63.4 kv.m ümumi, 37.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilin sökülərək, əvəzinə mənzilin ümumi sahəsinə əlavə olaraq 38.5 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başlandıqdan sonra 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 təqvim ayı ərzində ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində “B” bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götütür”. Tərəflər arasında müqavilə bağlandıqdan sonra İddiaçı vədinə əməl etməmiş, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzilinə dair Çıxarışda adı göstərilən X21 ilə nikah münasibətlərini təsdiq edən nikahın bağlanması barədə şəhadətnaməni MTK-ya təqdim etməmişdir. Bununla bağlı MTK-nın nümayəndələri dəfələrlə İddiaçı ilə əlaqə saxlasalar da, sonuncu müxtəlif bəhanələrlə həmin sənədin təqdim edilməsindən yayınmışdır. Lakin 2020-ci ilin iyul ayında Cavabdeh MTK-ya məlum olmuşdur ki, İddiaçı MTK-ya yalan məlumatlar vermiş, Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzilinin Elşən Şamxalova məxsus olması barədə qüvvədən düşmüş MA seriyalı ******* №-li Çıxarışı MTK-ya təqdim etmiş və özünü mərhum Elşən Şamxalovun arvadı kimi qələmə verərək, özü üçün qanunsuz əmlak əldə etmək məqsədilə MTK ilə 16/06-20/002 saylı müqavilənin bağlanmasına nail olmuşdur. Belə ki, qeyd edilən vaxt Cavabdeh MTKnın ofisinə X20 adlı şəxs gələrək, ünvan 4 ünvanda yerləşən mənzilin ona məxsus olması barədə MTK-ya RX seriyalı, ******* nömrəli Çıxarış təqdim etmişdir. X12 bildirdiklərindən məlum olmuşdur ki, ünvan 4 əvvəllər onun övladı Elşən Şamxalova məxsus olmuş, mənzil üzərində Elşənin mülkiyyət hüququ xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Elşən Şamxalov 14 oktyabr 2012-ci il tarixdə vəfat etmişdir. Elşən Şamxalov sağlığında hər hansı şəxslə rəsmi nikahı olmamaqla yanaşı, övladları da olmamışdır. Bu səbəbdən Elşən Şamxalovun ölümündən sonra yeganə 1-ci növbəli vərəsəsi atası Valeh Şamxalov olmuşdur. Valeh Şamxalov da vərəsə hüququndan istifadə edərək, Bakı şəhəri 13 saylı Notariat Oifsinə müraciət etmiş və ona övladı Elşəndən miras qalan 6 nömrəli mənzilə dair 20 aprel 2013-cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamə əsasında da Valeh Şamxalovun mənzil üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Valeh Şamxalov MTK-nın əməkdaşına mənzilə dair ******* saylı Çıxarışı, **********57-05102-093003 saylı Texniki pasportu, 77012 saylı Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsini, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətlərini MTK-ya təqim etmişdir. İddiaçı ilə bağlı isə Valeh Şamxalov bildirmişdir ki, Rəsmiyyə və övladı Elşən arasında heç vaxt rəsmi nikah qeydə alınmamışdır. Elşən bir müddət Rəsmiyyə ilə qeyri-rəsmi olaraq yaşamışdır. Övladı Elşən öləndən sonra ona məxsus mənzilə dair reyestrdən çıxarış yoxa çıxmışdır. Hazırda isə ona (Valeh Şamxalova) aydın olur ki, həmin çıxarışı İddiaçı qəsdən evdən götürmüş, özündə saxlamışdır. Çıxarış ortadan yoxa çıxdığına görə, o, çıxarışın itirilməsi barədə “Respublika” qəzetində xx.xx.2012-ci il tarixli nəşrində elan yerləşdirilmişdir. İddiaçı, mənzil almaq məqsədilə Cavabdeh MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi MTK-ya bəlli olduqdan sonra, MTK, İddiaçı ilə bağladığı 16/06-20/002 saylı, xx.xx.2020-ci il tarixli müqaviləni birtərəfli qaydada ləğv etmiş və bu barədə məlumatı rəsmi qaydada poçt vasitəsilə İddiaçı göndərmişdir. Bundan sonra, Cavabdeh MTK, söküntü ərazisinə düşən və Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsi, 20 №-li evin 6 №-li mənzilin əsl mülkiyyətçisi olan Valeh Şamxalov ilə bağalanacaq müqavilənin şərtləri razılaşdırılımış, sonuncu İddiaçı ilə MTK arasında bağlanmış müqavilənin predmeti olan mənzili istəməmiş, ona bir mərtəbə yuxarıdan mənzil verməyi təklif etmiş, MTK da bu təkliflə razılaşmışdır. Beləliklə, tərəflər arasında 18 avqust 2020-ci il tarixdə 18/1808/20 saylı müqavilə bağlanmışdır. Sözügedən müqavilənin 1.2-ci maddəsinə görə, tərəflər razılığa gəlmişlər ki, Valeh Şamxalova məxsus 6 №-li mənzilin sökülməsindən sonra yeni mənzil inşa edilib tam təmirli vəziyyətdə Valeh Şamxalova təhvil verilənədək, sonuncuya Cavabdeh MTK tərəfindən hər ay kirayə haqqı olaraq 500 manat ödəniləcəkdir. Müqavilənin 1.3-cü maddəsinə görə, Valeh Şamxalovun mülkiyyətində olan 6 №-li mənzilin sökülməsi müqabilində Cavabdeh MTK ünvan 3 ünvanında inşa edəcəyi 12 mərtəbəli yaşayış komleksində “A” bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət 2 otaqlı 15 saylı mənzili tam təmirli vəziyyətdə mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində də Valeh Şamxalov və Cavabdeh MTK, onlar arasında bağlanmış 18/1808/20 saylı, 18 avqust 2020-ci il tarixli müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Valeh Şamxalov mülkiyyətində olan 6 №-li mənzili boşaltmış və sökülməsi üçün Cavabdeh MTK-ya təhvil vermişdir. Cavabdeh MTK isə bank hesabı vasitəsi ilə hər ay Valeh Şamxalova 500 manat kirayə haqqını ödəmiş, habelə ünvan 3 ünvanında inşa edəcəyi 12 mərtəbəli yaşayış komleksində “A” bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət 2 otaqlı 15 saylı mənzili tam təmirli vəziyyətdə Valeh Şamxalova təhvil vermişdir. İddiaçı, özünü mənzil mülkiyyətçisi kimi təqdim edərək, yeni mənzilin verilməsi barədə Cavabdeh MTK ilə bağlanmasına nail olduğu xx.xx.2020-ci il tarixli müqavilə MTK tərəfindən birtərəfli qaydada ləğv edilmiş və MTK müqavilənin ləğv edilməsi barədə iradə ifadəsini İddiaçı yazılı qaydada bildirmişdir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı, sökülməyə məruz qalacaq 6 №-li mənzil ona məxsus olmadığı halda, özünü həmin əmlakın mülkiyyətçisi kimi təqdim edərək, heç bir əvəz ödəmədən yeni mənzilin əldə olunması barədə Cavabdeh MTK ilə 16 iyun 2020-ci il tarixdə müqavilə bağlamış, bu barədə MTK məlumat aldıqdan sonra müqavilənin birtərəfli qaydada ləğv etməsi barədə iradə ifadəsini yazılı və şifahi qaydada İddiaçı bildirməklə, müqaviləni ləğv etmişdir. Bundan sonra İddiaçı tərəfindən Cavabdeh MTK-ya qarşı hər hansı tələb irəli sürülməmişdir. Beləliklə də xx.xx.2020-ci il tarixli müqavilənin birtərəfli qaydada ləğv edilməsi barədə iradə ifadəsini Cavabdeh MTK İddiaçı bildirdikdən sonra, MTK-nın İddiaçı qarşısında hər hansı öhdəliyi mövcud olmamışdır. İddiaçı iddia ərizəsində güya ona 2023cü ilin may ayınadək MTK tərəfindən kirayə haqqı olaraq 600 manatın ödənilməsi barədə dəlili həqiqətə uyğun deyil. Cavabdeh MTK iddiaçıya hər hansı məbləğdə pul ödəməmişdir. Çünki onlar arasında bağlanmış müqaviləni MTK birtərəfli qaydada ləğv etmiş, bu barədə İddiaçı məlumatlı olmuşdur. Həmin vaxtdan sonra isə İddiaçı ilə Cavabdeh MTK arasında hər hansı münasibətlər yaranmamış, görüşlər və sair hallar baş verməmiş, İddiaçı MTK-ya qarşı hər hansı irad, tələb, pretenziya irəli sürməmişdir. Bütün bunlar onu təsdiq edir ki, İddiaçı Cavabdeh MTK-nın hesabına buna hüququ olmadığı halda, əmlak əldə etmək, əsassız varlanmaq istəyir. Bunu isə məhkəmə yolu ilə həyata keçirmək niyyətindədir. Göstərilənlərə əsasən, Cavabdeh MTK və İddiaçı arasında hər hansı müqavilə münasibətləri mövcud olmadığına görə, sonuncu müqaviləyə əsaslanaraq MTK-dan mənzil və (və ya) pul tələb edə bilməz. Rəsmiyə Nurməmmədovanın Cavabdeh MTK-ya qarşı irəli sürdüyü tələblər əsassızdır. Hazırda İddiaçı Nəsimi Rayon Məhkəməsində Cavabdeh MTKya qarşı iddia irəli sürərək, qarşılıqlı öhdəliklər nəzərdə tutan və öz üzərinə düşən öhdəlikləri icra etmədiyi halda, MTK-dan mənzilin ona təhvil verilməsini tələb edir. Bu səbəbdən Cavabdeh MTK hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, İddiaçı Cavabdeh MTKya qarşı “mənzilin təhvil verilməsi və sair tələbi barədə” iddiasının təmin edilməməsi və Cavabdeh MTK və İddiaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5157/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-356/2025 saylı, 12 mart 2025ci il tarixli qətnaməsi ilə (hakim Həbibə Miriyeva) İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 16/06-20/002 nömrəli müqavilənin etibarsız hesab edilməsi; İddiaçı Cavabdehnə (X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi; iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi; ödənilmiş dövlət rüsumunun Cavabdehnə aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn mülki hüquq münasibətləri vardır. İddiaçı, "xxxx" Mənzil- Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və pul tələbinin əsası kimi aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə istinad edərək, həmin əqddən irəli gələn, lakin icra edilməmiş öhdəliyin yerinə yetirilməsini, yəni mənzilin təhvil verilməsini və ödənilməyən kirayə haqlarının ödənilməsini tələb edir. Belə ki, İddiaçı ilə Cavabdeh ilə arasında bağlamış xx.xx.2020-ci il tarixli 16/06- 20/002 nömrəli müqaviləyə əsasən "xxxx" MTK Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və İddiaçı razılığına əsasən ********** qeydiyyat nömrəli, Seriya MA ******* saylı, xx.xx.2011-ci il tarixli Çıxarışa əsasən onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 20 nömrəli, 63.4 kv.m ümumi, 37.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilin sökülərək, əvəzinə mənzilin ümumi sahəsinə əlavə olaraq 38.5 kv.m yaşayış sahəsi əlavə gəlməklə, 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 3 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində "B" bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili tam təmir edib təhvil verməyi, təhvil verilənədək İddiaçı kirayə edilmiş mənzildə yerləşdirilməsi üçün aylıq 600 (altı yüz) manat kompensasiya (kirayə haqqını) ödəməyi öz üzərinə götürmüşdür. Hazırda İddiaçı müqavilədə ona verilməsi nəzərdə tutulan mənzilin boşaldılaraq, təmirli şəkildə mülkiyyətinə verilməsi, 14 aylıq (2023-cü ilin may ayından hesablanmaqla) ümumilikdə 8400 manat məbləğində kirayə haqqının cavabdehdən tutularaq ona verilməsini xahiş edir və iddiasını onunla əsaslandırır ki, MTK 24 ay müddətində mənzili təmirli şəkildə iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürsə də öhdəliyinə əməl etməmiş, habelə müqavilədə cavabdehin iddiaçıya mənzil təhvil verilənədək ödəməli olduğu aylıq 600 azn məbləğində kirayə haqqını 2023-cü ilin may ayından sonra ödəməmişdir. "xxxx" MTK nümayəndəsi isə İddiaçı, sökülməyə məruz qalacaq 6 N-li mənzil ona məxsus olmadığı halda, özünü həmin əmlakın mülkiyyətçisi kimi təqdim edərək, heç bir əvəz ödəmədən yeni mənzilin əldə olunması barədə "xxxx" MTK ilə 16 iyun 2020-ci il tarixdə müqavilə bağladığını, bu barədə MTK məlumat aldıqdan sonra müqavilənin birtərəfli qaydada ləğv etməsi barədə iradə ifadəsini yazılı və şifahi qaydada İddiaçı bildirməklə, müqaviləni ləğv etdiyini, bundan sonra MTK-nın İddiaçı qarşısında hər hansı öhdəliyinin olmadığını, İddiaçı "xxxx" MTK-nın hesabına buna hüququ olmadığı halda, əmlak əldə etmək, əsassız varlanmaq istədiyini bildirib, iddianın rədd olunmasını və müqavilənin ləğv edilməsini xahiş edir. Məhkəmə ilk olaraq İddiaçı iddiasına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Eyni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə" 02/2022 N-li, 14 iyun 2022-ci il tarixli qərardadında əks olunmuşdur (26- 27-ci bəndlər). "xxxx" MTK iddia ərizəsində müqavilənin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv olunmasını xahiş etsə də, iddia ərizəsinin məzmunu (iddianın əsası) və MTK-nın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahat onun iradə ifadəsinin müqavilənin etibarsızlığına yönəldiyini göstərir. Odur ki, həm İddiaçı iddiasına münasibətdə əqddən irəli gələn tələb kimi, həm də "xxxx" MTK-nın iddasının əsası kimi mübahisə predmeti olan müqavilənin etibarlılığına qiymət verilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. İşin araşdırılmış hallarından görünür ki, İddiaçı X21 ilə rəsmi nikahda olmadığı halda, özünü onun arvadı kimi təqdim edərək 16 iyun 2020-ci il tarixdə, qüvvədə olmayan çıxarışı təqdim etməklə, sağlığında X11 mülkiyyətində olmuş əmlakın MTK-ya təhvil verilməsi və əvəzində inşa ediləcək binada yeni mənzilin əldə olunmasına dair müqavilə bağlamışdır. Halbuki müqavilə bağlanan vaxt təhvil verilməsi nəzərdə tutulan əmlak - Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi, ev 20, mənzil 6 vərəsəlik qaydasında X11 yeganə vərəsəsi - atası X12 mülkiyyətində olmuşdur (mənzil xx.xx.2013-cü il tarixdən sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır). "xxxx"xxxx"İddiaçı, mənzil almaq məqsədilə MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi" barədə dəlili əqdin aldatma yolu ilə bağlanılması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Belə ki, aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur ki, baxılan işdə İddiaçı uzun müddət Elşən Şamxalovla faktiki nikah münasibətlərində olması nəticəsində özünü sonuncunun arvadı hesab etməsi, habelə bu hala əsaslanmaqla onun əri hesab etdiyi şəxsin evinə istifadə hüququnun tanınmasını həyata keçirməsi, o cümlədən Valeh Şamxalovun vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılmasından məlumatının olmamasının ağlabatanlılığı nəzərə alındıqda, aldatma halına istinad etməklə müqavilənin birmənalı etibarsızlığı nəticəsinə gəlmək mümkün deyildir. Belə ki, aldatma müqavilə tərəfinin ortaya qoyduğu iradəsinin qarşı tərəfin onu qəsdən yanıltması nəticəsində zədələnməsidir. Belə bir iradə ümumiyyətlə mövcud deyilsə, onun (aldatma ilə) zədələnməsindən də söhbət gedə bilməz. Odur ki, hazırkı halda İddiaçı tərəfindən aldadılmaya yol verilməsi təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Bununla belə, hazırkı müqavilənin səlahiyyəti olmayan şəxs (İddiaçı) tərəfindən bağlanmasının müəyyən edilməsi bu halın onun etibarsızlığı əsası kimi nəzərdən keçirilməsini labüd edir. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün tələb olunan etibarlılıq şərtlərindən biri də onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakının tələb olunmasıdır. İşdən görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-559/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Əfəndiyev (Plotnikov) küçəsi 20 saylı evin, 6 saylı mənzilinə istifadə hüququ tanınmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 158.1-ci maddəsinin tələbi baxımından mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə isə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı mənzil barəsində tanınan istifadə hüququ əmlak hüququ hesab edilsə də, ona həmin mənzil üzərində mülkiyyətçi statusunu vermir. Hazırkı işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı X3 əmlak üzərində mülkiyyət hüququ yaranmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Hazırkı halda İddiaçı başqasının - üçüncü şəxs Valeh Şamxalovun mülkiyyətində olan əmlak üzərində buna səlahiyyəti olmadan sərəncam vermiş, səlahiyyətli şəxs tərəfindən həmin əqdin bəyənilməsi halı isə müəyyən edilməmişdir. Göründüyü kimi X1 olmayan şəxs kimi əqdin bağlanmasını həyata keçirmişdir ki, bu da həmin əqdin etibarsız əqd kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Odur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız olduğundan, yəni, hər hansı hüquqi nəticələr yaratmadığından həmin əqddən irəli gələn tələbin təmin edilməsi istisna edilir. Çünki etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Belə ki, əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Göstərilənlərə əsasən, iddiaçı X3 Cavabdehnə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddiası təmin edilməməlidir. "xxxx" MTK-nın iddiasına münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı iddiası çərçivəsində tərəflər arasındakı xx.xx.2022-ci il tarixli müqavilənin səlahiyyətsiz şəxs tərəfindən bağlanılması məhkəmə tərəfindən müəyyən edildiyindən, etibarsız sayılan müqavilənin ləğv edilməsi tələbinin təmin edilməsi zərurəti də aradan qalxmış olur. Bununla belə məhkəmə iddianın mahiyyəti üzrə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllədə nəzərdə tutulmuşdur ki, əgər ikitərəfli müqavilənin birtərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Qeyd edilməlidir ki, müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində "müqavilədə nəzərdə tutulan digər hallarda" və Məcəllənin 421.3-cü maddəsində "tərəflərin razılaşması ilə yol verildikdə" ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları isə Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Tərəflər arasındakı müqavilə etibarsız hesab edilməsəydi belə, iddiaçı "xxxx" MTKnın iddia ərizəsində göstərdiyi hallar mübahisə predmeti olan müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün əsas kimi çıxış edə bilməzdi. Belə ki, hazırkı işdən qanunvericiliyin yuxarıda göstərilən maddələrində nəzərdə tutulan halların baş verməsini müəyyən etmək mümkün olmamışdır. Çünki tərəflərin müqavilənin ləğvi ilə bağlı razılaşması olmamış, müqavilənin əhəmiyyətli dərəcədə pozulması, o cümlədən müqavilə bağlanarkən tərəflərin əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları müəyyən edilməmişdir. Məhkəmə Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edib ki, müqavilə etibarsız hesab edildiyindən, belə bir tələb olub-olmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmə iclasında "xxxx" MTK-nın nümayəndəsi izahatında İddiaçı müqavilə üzrə hər hansı kirayə haqqının ödənilmədiyini bildirmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2020-ci il tarixli müqavilə üzrə kooperativə münasibətdə restitusiya tətbiq olunmasına zərurət yoxdur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə etibarsız hesab edilməklə, hər iki iddia tələbi rədd edilməlidir. Məhkəmə "xxxx" MTK-nın nümayəndəsinin İddiaçı və X12 əməllərində AR Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət baş vermə faktının aşkar olunması barədə xüsusi qərardad qəbul edilməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, həmin şəxslərin hərəkətlərində cinayətin əlamətləri aşkara çıxarılmadığından hazırkı mülki iş üzrə xüsusi qərardad qəbul edilməsinə zərurət yoxdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
17. İddiaçı (nümayəndəsi və vəkili Vəkil) apellyasiya şikayətində qətnamənin qismən - İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 16/06-20/002 nömrəli müqavilənin etibarsız hesab edilməsi və İddiaçı Cavabdehnə (X20 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsini; İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mənzilin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsinin təmin edilməsini; iddiaçının pozulmuş mülkiyyət hüquqlarının bərpa edilməklə, ünvan 1 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış kompleksində “B” bloku 3-cü mərtəbə, 100 kv.m. ibarət 2 otaqlı 7/8 saylımənzil boşaldılaraq təmirli şəkildə iddiaçının mülkiyyətinə verilməsi, 14 aylıq (2023-cü ilin may ayından ərizə verilən günədək) ümumilikdə 8.400 manat məbləğində kirayə haqqı və 104 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini; iddiaçı Cavabdeh İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsinə dair iddiasının rədd edilməsini xahiş edib şikayətində göstərib ki, X6 1998-ci il tarixdən X21 ilə faktiki nikah münasibətləriə girmiş, nikahlarını dövlət qeydiyyatına aldırmasalar da, Elşən Şamxalovla faktiki olraq ər arvad münasibətlərində olaraq birgə təsərrüfat aparıb. O, faktiki nikah münasibətlərində olduğu Elşən Şamxalovla birlikdə qaynanası X10 məxsus mənzildə (MTK tərəfində sökülmüş Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzil) yaşamışlar. Bakı şəhəri, Nəsimi rayonu, V.Plotnikov küçəsində yerləşən 20 №-li evin 6-cı mənzil 1991-ci il tarixində qaynanası X16 tərəfindən alınmışdır. 9 fevral 2011-ci il tarixdə qaynanası X16 rəhmətə getmişdir. Bundan sonra, həmin mənzildə Şamxalov Elşən və özü yaşamışlar. 14 oktyabr 2012-ci il tarixində X18 da rəhmətə getmişdir və həmin mənzil MTK-ya təhvil verilən anadək həmin mənzildə İddiaçı yaşamışdır və söküntü üçün mənzili müqavilə bağlandığdan sonra o, MTK-ya təhvil vermişdir. Həmin yaşadığı dövrdə mənzilin sahəsi İddiaçı tərəfindən artırılmış və yeni tikililər inşa edilmişdir. X20 faktiki nikah münasibətində olduğu Elşən Şamxalovun atasıdır. O, Elşənin anası X8 1974-cü il tarixdə rəsmi olaraq boşanmışlar. Valeh Şamxalov həmin mənzildə heç vaxt yaşamamışdır, Elşən və anası ilə də münasibətləri olmamışdır. MTK tərəfindən İddiaçı ilə danışığlar aparılmış və mənzilin söküntüyə təhvil verilməsi müqabilində yeni tikiləcək binadan mənzil və o müddət üzrə kirayə haqqı olaraq 600 manat verilməsi təklif olunmuş və bununla da tərəflər arasında razılaşma baş tutmuş və müqavilə bağlanaraq mənzil təhvil verilmişdir (16 iyun 2020-ci il tarixli 16/06-20/002 saylı). Müqaviləyə əsasən, MTK Bakı şəhəri, Nəsimirayonu, Vladislav Plotnikov küçəsi ünvanında yerləşən 20 nömrəli, 63.4 kv.m ümumi, 37.5 kv.m yaşayış, 25.9 kv.m yardımçı sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilin sökülərək, əvəzinə mənzilin ümumi sahəsinə əlavə olaraq 38.5 kv.m yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində Bakı şəhəri, Nəsimi rayonu,, C.Hacıbəyli küçəsində ev 21 və 23 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində "B" bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili tam təmir edib təhvü verməyi öz üzərinə götürür. X4 ilə «Yeni Dünya” MTK arasında xx.xx.2020- ci il tarixli 18/1808/20 sayli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi ev 20 ünvanında yerləşən, 57,1 kv.m ümumi, sahəsindən ibarət 6 nömrəli mənzilin sökülərək, əvəzinə binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 ay (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsində ev 21 və 23 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində "A" bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət, 2 otaqlı 15 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Həsənova Aygün Fərman qızı ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur. 30 ildir ki, həmin həyətdə yaşayır. Şamxalov Elşənin nənəsinin həmin həyətdə evi olub. Elşənin anası boşanıb. Elşənin atasını görməmişdir. Elşən də vəfat edib. Bütün xərcləri Rəsmiyyə qarşılayıb. 3-4 ildir, bina tikilib. Mənzili "xxxx" MTK-ya sökülməmişdən öncə N.Rəsmiyyə təhvil verib. Rəsmiyyənin evi 2 mərtəbəlidir. O evdə Rəsmiyyə, övladı və yoldaşı yaşayırdı. Şamxalov Valehi tanımamışdır. Rəsmiyyə köçəndən sonra evi gəlib ölçüblər. Rəsmiyyənin evə çıxarışı yox idi. Mənzildə Rəsmiyyə tərəfindən abadlaşdırma və əlavə tikililər inşa edilmişdir. Üçüncü şəxs X12 nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, 2020-ci ilin iyun ayında müvəkkilinə MKİS-dən xəbər göndərdilər ki, evi sökürlər. 2011-də ev Elşən Şamxalova məxsus olmuşdur. Valeh Şamxalov MTK-ya müraciət edib soruşub ki, necə olub ki, onun mülkiyyətində olan mənzili 600 manat verməklə istifadə hüququ olan şəxsdən əldə etmişdir? Oradan da açıq-aydın deyilmişdir ki, “sənə nə? Mən çoxmərtəbəli bina tikirəm, ona da mənzil verirəm, sənə də”. Eyni zamanda Valeh Şamxalovun həmin mənzildə heç vaxt yaşamadığını, həmin mənzildə İddiaçı yaşadığını və İddiaçı kirayə haqqı verilməsindən məlumatlı olduğunu bildirmiş və məhkəməyə mənzilin sokulməsi barədə onlara göndərilmiş videogörüntünü məhkəməyə təqdim etmişdir. Məhkəmə sübutları düzgün qiymətləndirməmiş, maraqlı və qeyri obyektiv olaraq sübutları yalnış qiymətləndirərək mübahisəyə düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə bağlanmış və öhdəliklər müəyyən olunmuşdur. Məhkəmə tərəfindən əsaslandırılmış qətnaməni oxuyarkən görünür ki, sanki məhkəmə işin hallarına görə nəticəyə gəlməmiş, qətnamə çıxarmış sonradan işin hallarını gəlmiş olduğu nəticəyə uyğunlaşdırmağa çalışmışdır. Buna görə də iş üzrə vacib sübutları gözardı etmiş və qiymət verməmişdir. Məhkəmə bu absurd qənaətini aşağdakı kimi əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, "xxxx" MTK iddia ərizəsində müqavilənin faktiki olaraq etibarsız hesab edilməsinin qanunda nəzərdə tutulmuş hüquqi əsaslarını qeyd etməklə onun ləğv olunmasını xahiş etsə də, iddia ərizəsinin məzmunu (iddianın əsası) və MTK-nın nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahat onun iradə ifadəsinin müqavilənin etibarsızlığına yönəldiyini göstərir. Odur ki, həm İddiaçı iddiasına münasibətdə əqddən irəli gələn tələb kimi, həm də "xxxx" MTK-nın iddasının əsası kimi mübahisə predmeti olan müqavilənin etibarlılığına qiymət verilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Göründüyü kimi, məhkəmə iddia tələbinə dəqiqləşmə verir, başqa cür desə, iddianı öz qənaətinə uyğunlaşdırır. Hətta öz hissiyyatını qataraq nümayəndənin əsas iradə ifadəsinin bildirdiyi “ləğv” yox "xxxx" önəlməsini hiss edir. Sonra da MTK-nın iddiasının əsası olaraq müqavilənin etibarslızlığna qiymət verməli olduğunu qeyd edir. Halbuki, MTK-nın etibarsızlıqla bağlı bir iddia tələbi mövcud deyildir. Ona görə də iddiasının əsası olaraq iddianın etibarsızlığına baxa bilməzdi. Məhkəmə qeyd edir ki, "xxxx" MTK-nın etirazının “İddiaçı, mənzil almaq məqsədilə MTK-ya qüvvədə olmayan çıxarış təqdim edərək, yalan məlumat verməsi” barədə dəlili əqdin aldatma yolu ilə bağlanılması barədə nəticəyə gəlmək üçün yetərli deyildir. Hazırkı halda İddiaçı tərəfindən aldadılmaya yol verilməsi təkzibolunmaz sübutlarla öz təsdiqini tapmamışdır. Bununla belə məhkəmə qeyd edir ki, hazırkı müqavilənin səlahiyyəti olmayan şəxs (İddiaçı) tərəfindən bağlanmasının müəyyən edilməsi bu halın onun etibarsızlığı əsası kimi nəzərdən keçirilməsini labüd edir. Belə ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göründüyü kimi hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün tələb olunan etibarlılıq şərtlərindən biri də onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakının tələb olunmasıdır. Məhkəmə bayaq MTK-nın iddiasının tələbini dəyişərək öz absurd nəticəsinə uyğunlaşdırmışdırsa indi isə tələbin əsasını dəyişib öz istədiyi vəziyyətə gətirir. Müqavilə səlahiyyəti olmayan şəxs (İddiaçı) tərəfindən bağlanmışdır deyəndə ilkin olaraq bildirmək istəyir ki, İddiaçı müqavilə bağlamağa səlahiyyəti olmamışdır. Amma bu fikrini əsaslandıra bilmir. Sonradan MM-nin 358-ci maddəsinə əsaslanır ki, həmin maddə bu halı əhatə etmir. Ümumiyyətlə məhkəmənin MMnin hansı maddəsinə əsasən müqaviləni etibarsız sayması bəlli deyil. Qətnaməni oxuduqda başa düşmək olmur ki, məhkəmənin qənaətincə bu əqd əhəmiyyətsiz əqdir, ya mübahisə edilən əqdir? Əgər əqd mübahisə edilən əqddirsə mütləq qaydada buna dair tələb irəli sürülməli idi. Konkret maddəyə əsaslanmalı idi və eyni zamanda iddia müddətinin tətbiqi məsələləri araştırılmalı idi. Yəni mübahisə edilən əqd üzrə məhkəmənin belə bir tələb olmadığı halda əqdin etibarsız hesab etmək səlahiyyəti yoxdur. Bundan əlavə, məhkəmə öz qətnaməsində Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından qeyd edir ki, müqavilə etibarsız hesab edildiyindən, belə bir tələb olubolmamasından asılı olmayaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Məhkəmə iclasında "xxxx" MTK-nın nümayəndəsi izahatında İddiaçı müqavilə üzrə hər hansı kirayə haqqının ödənilmədiyini bildirmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə etibarsız hesab edilən xx.xx.2020-ci il tarixli müqavilə üzrə kooperativə münasibətdə restitusiya tətbiq olunmasına zərurət yoxdur. Başa düşülən deyil ki, məhkəmə niyə ancaq MTK-ya münasibətdə restitusiyanın tətbiq olunma labüdlüyünü yoxlayıb. Bəs əgər bu real etibarsızlıq idisə İddiaçı münasibətdə restitusiya tətbiq olunmalı deyildimi? Əgər hazırki müqavilə bağlanmamış olsa idi, tərəflər arasında olan hüquq münasibəti necə olmalı idi? Mübahisəsiz hal ondan ibarətdir ki, 1998-ci il tarixdən bu yana R.Nurməmmədva həmin mənzildə yasayır. Mənzil 2012-ci il tarixdən bu yana ancaq onun istifadəsində olmuşdur. Hətta çıxarışa əsasən mənzil 2013-cü ildən Valeh Şamxalovun mülkiyyətində olsada həmin mənzildə heç vaxt yaşamamış və ya İddiaçı mənzildən çıxarılmasına təşəbbüs göstərməmişdir. İddiaçı mənzilə istifadə hüququnun olması barədə məhkəmə qətnaməsi mövcuddur. Həmin mənzilin sahəsi İddiaçı tərəfindən artırılmış və əlavə tikililər inşa edilmişdir. Göründüyü kimi, MTK ya İddiaçı ilə razılaşmalı, razılıq əsasında onun mənzili təhvil verməsi qarşılığında istifadə hüququ və onun tərəfindən tikilmiş əlavə tikililər kompensasiya edilməli idi, MTK eyni zamanda Valeh Şamxalova razılaşmalı idi. Razılaşma olmadığı halda bu məsələlər məhkəmə qaydasında həll olunmalı idi. MTK bilirdi ki, həmin mənzili orada yeganə yaşayan İddiaçı təhvil ala bilər. Əks halda, mənzil sökülə və yerində bina tikilə bilməz (ya da 3 insitansıya məhkəmə mübahisəsi və uzun vaxt itkisi ola bilərdi ki, o da məhkəmə qərarı bəlli deyildi nə olacaqdı). Ona görə də, İddiaçı müraciət edərək hazırki müqavilənin bağlanmasını təklif etmişdir. Göründüyü kimi, əgər məhkəmə əqdi etibarsız hesab edirdisə, onda tərəflər əvvəlki vəziyyətə qayıtmalı idi. İddiaçı təhvil alınmış mənzil tikilməli və ya İddiaçı istifadə hüququ və onun tərəfindən inşa edilmiş əlavə tikililər kompensasiya edilməli idi. Məhkəmə diqqət yetirməmişdir ki, MTK ilə tərəflər arasında bağlanmış müqavilələr müstəqil müqavilələrdir. MTK hər iki vətəndaşla müqavilə bağlamış və əvəzləşmə olaraq onlara verməyi öhdəsinə götürdüyü mənzillərdə fərqlidir. Belə ki, İddiaçı ilə bağlanmış müqavilədə "B" bloku, 3-cü mərtəbə, 100 kv.m ibarət, 2 otaqlı 7/8 saylı mənzili təhvil verməyi öhdəsinə götürmüş, Valeh Şamxalovla bağlanmış müqavilədə isə "A" bloku, 4-cü mərtəbə, 98.4 kv.m ibarət, 2 otaqlı 15 saylı mənzili tam təmir edib təhvil verməyi öz üzərinə götürür.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
18. Cavabdeh "xxxx" MTK-nın (nümayəndəsi və vəkili Nümayəndə1) elektron kabinet vasitəsilə təqdim etdiyi və MTK-nın iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətinə dair yazılı etirazda İddiaçı şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
19. Məhkəmə iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edib, sonuncu iclasda isə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizəsində xx.xx.2025-ci il tarixdə saat 12:00-da Vəkillər Kollegiyasında əvvəlcədən təyin olunmuş Büro rəhbərlərinin iştirakı ilə təqdimetmə mərasimində iştirak etməli olduğundan üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Maddə 351.3. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Maddə 351.4. Əgər əhəmiyyətsiz ikitərəfli əqdi hər iki tərəf təsdiq edirsə, şübhələrin olduğu halda onlar, əgər əqd lap əvvəldən etibarlı olsaydı, onlara çatası hər şeyi bir-birinə verməyə borcludurlar. Maddə 351.5. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 355.1.Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2.Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357.Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1 Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2.Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadı:
18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.
19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinn Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir.
3. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və İddiaçı iddiasının təmin edilməsi üçün əsas ola bilməz.
26. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
28. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni İddiaçı iddiasının rədd edildiyi, eləcə də mübahisələndirilən müqavilənin etibarsız hesab edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
29. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
30. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
31. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından İddiaçı iddiası haqlı sayılmır.
32. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
33. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
34. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hər iki iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
35. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 saylı Qərardadında formalaşdırdığı hüquqi mövqeyə görə də iddiaçı ilə cavabdeh arasında səlahiyyətsiz şəxsin əşyaya sərəncam verilməsinə dair bağlanmış 16 iyun 2020-ci il tarixli müqavilə, məcburi hüquq qaydalarına zidd olduğu üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır. Çünki bu cür əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) qanunda birbaşa nəzərdə tutulur (MM.m. 358.1.). Bu mənada mübahisələndirilən hissədə iddia əqdə əsaslanan mübahisə sayıldığından həmin əqdin etibarlı olub-olmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan məhkəmə hər bir halda müəyyən etməli idi. Məhkəmənin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə 16 iyun 2020-ci il tarixli əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsi ilə bağlıdır. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Çünki etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Çünki əhəmiyyətsizlik hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında da xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Əhəmiyyətsiz əqdlərdə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Beləliklə, hazırkı mübahisə əqdə əsaslandığına, yəni 16 iyun 2020-ci il tarixli müqavilə ilə bağlı olduğuna görə həmin əqdin əhəmiyyətsiz olması səbəbindən iddia sözügedən mənzilə münasibətdə əsaslı hesab edilmir.
36. Belə ki, iddiaçının sökülən mənzil barəsində sərəncam vermək səlahiyyəti olmamışdır, səlahiyyətli şəxsi isə, yəni mənzilin mülkiyyətçisi ona bu cür müqavilə bağlamaq üçün icazə verməmişdir. Sonradan da sökülən mənzilin mülkiyyətçisi iddiaçının 16 iyun 2020-ci il tarixli müqavilə bağlamasını hüquqa uyğun qaydada bəyənməmiş, əksinə özü mülkiyyətində olmuş və sökülən mənzilin əvəzində MTK ilə başqa mənzilə dair yeni xx.xx.2020-ci il tarixli müqavilə bağlamışdır. Düzdü sual oluna bilər ki, hazırkı iş üzrə 3-cü şəxs Valeh Şamxalov iddiaçının cavabdeh MTK ilə bağladığı 16 iyun 2020-ci il tarixli müqaviləyə əsasən MTK-nın iddiaçıya sökülən mənzilin əvəzinə əlavə, yəni 2-ci mənzilin verilməsinə etiraz etmir, əksinə mənzilin verilməsini istəyir, demək ki, burada Valeh Şamxalovun özünun hüquqa zidd maraqları vardır. Çünki iddiaçının sökülən mənzilə məhkəmə qətnaməsinə əsasən istifadə hüququ tanındığı və Valeh Şamxalovun bunu bildiyi üçün xx.xx.2020-ci il tarixli müqavilə əsasında MTK-dan mülkiyyətində olmuş və sökülmüş mənzilin əvəzində aldığı mənzilə iddiaçının istifadə hüququnun keçməməsi üçün bu cür mövqe nümayiş etdirməsi anlaşılan olsa da başadüşülən deyildir. Yəni, Valeh Şamxalovun bu davranışı 16 iyun 2020-ci il tarixli müqaviləni bəyənməsi kimi qiymətləndirilə bilməz. Əks halda sökülən 1 mənzilin əvəzində 2 mənzilin verilməsi cavabdehin də hüquqlarını pozmuş olur. Deməli, Valeh Şamxalovun iddiaçı ilə bu məsələdə eyni və vahid mövqedən çıxış etməsi açıq-aşkar hüquqdan sui-istifadə xarakteri daşıyır. Ona görə də Valeh Şamxalovun nümayəndəsi və vəkilinin izahatları şikayətin əsaslılığı baxımından mötəbər sübut sayıla bilməz.
37. Bundan başqa, iddiaçının 1998-ci il tarixdən X21 ilə faktiki nikah münasibətlərində olması və sökülən mənzildə yaşaması iddiasının uğurluluğu baxımından heç nəyi dəyişmir. Yaşadığı dövrdə sökülən evin artırılmasına və yeni tikililər inşa edilməsinə dair də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Şahid qismində dindirilmiş Aygün Həsənovanın ifadəsi də bu hissədə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Çünki şahidin iddiaçı ilə olan xoş münasibətlərinə görə sonradan bu cür ifadə verməsi mümkün ola bilsə də mötəbər deyil. Valeh Şamxalovun sökülən mənzildə heç vaxt yaşamaması, Elşən və anası ilə münasibətləri olmaması da iddiasını və apellyasiya şikayətini əsaslı etmir. Çünki bu hallar iddiaçı ilə Valeh Şamxalov arasında olan münasibətlərə aiddir və sökülən mənzilə görə cavabdeh MTK-nın 2 mənzil verməli olduğu öhdəliyini yaratmır.
38. Göstərilənlərdən başqa, məhkəmə tərəfindən etibarsızlığın nəticəsi olaraq Mülki Məcəllənin 337.5-ci maddəsi də tətbiq edilə bilməzdi. Çünki sökülən mənzilə dair iddiaçı səlahiyyətsiz şəxs kimi müqavilə bağlamışdır. Demək ki, səlahiyyətsiz şəxs kimi sökülən mənzilin üzərində sərəncam verdiyi üçün hətta alınanların geri qaytarılması (restitusiya) məsələsi həll edilsə idi belə yenə də iddiaçının geri qaytarılanları almaq səlahiyyəti yox idi. Çünki sökülən mənzilin əvəzində həmin mənzilin mülkiyyətçisi Valeh Şamxalova yeni mənzil verilmişdir. Qanuniliyinin yoxlanılması hazırkı iddiaların və icraatın predmeti olmasa da iddiaçının Nəsimi Rayon Polis İdarəsini cavabdeh qismində göstərməklə sökülmüş evə istifadə hüququnun tanınması barədə çıxarılan qətnamə də iddiaçının xeyrinə restitusiyanın tətbiq edilməsini mümkün etmir. Çünki cavabdeh MTK iddiaçı ilə sökülən mənzilə görə sonuncunun istifadə hüququnun olduğuna görə müqavilə bağlamayıb. Əgər belə olmuş olsa idi, mütləq ki, müqavilədə bu öz əksini tapardı, ancaq tampayıb. Demək ki, iddiaçı sökülən mənzil üzərində sərəncam vermək hüququ olmadığı halda mülkiyyət hüququ olan şəxs kimi müqavilə bağlamışdır. Başqa sözlə, məhkəmə təcrübəsində də hansısa mənzilə(evə) yaxud qeydə alınmayan tikiliyə istifadə hüququ olan şəxslərlə sökülmə ilə əlaqədar bu cür müqavilələr bağlana bilir. Ancaq hazırkı işdə sözügedən sökülən mənzilin konkret mülkiyyətçisi Valeh Şamxalov olub və onunla da xx.xx.2020-ci ildə müqavilə bağlanmışdır. Yəni, MTK iddiaçıya müraciət edərək sökülən mənzildə istifadə hüququ olduğuna görə onunla müqavilə bağlamaq arzusunda olsaydı, elə müqavilənin şərtində bu göstərilə bilərdi. Üstəlik müqavilə bağlandıqdan qısa müddət sonra xx.xx.2020-ci il tarixli müqavilədən imtina edib, sökülən mənzilin mülkiyyətçisi Valeh Şamxalovla xx.xx.2020-ci il tarixli müqavilə bağlaması da ona dəlalət edir ki, MTK iddiaçının sökülən mənzilin mülkiyyətçisi olduğunu düşünərək onunla müqavilə bağlayıb, sonradan isə iddiaçının qeyd olunan mənzil üzərində sərəncam vermək səlahiyyəti, yəni səlahiyyətsiz şəxs olduğuna görə müqavilədən imtina edib. MTK hansısa məbləğdə kirayə haqqı ödəmişdirsə yaxud mənzilin sahəsi artırılaraq əlavə tikili inşa etmişdirsə iddiaçı buna dair məhkəməyə hansısa sübut təqdim edə bilərdi, ancaq edə bilmir, apellyasiya baxışı zamanı da təqdim edilməsinin mümkünlüyünə dair cəhdlər də etmədi. Sökülən mənzilin əvəzində iddiaçı və Valeh Şamxalovla bağlanmış müqavilələrin müstəqil müqavilələr olması yaxud predmetini təşkil edən yeni mənzillərin ünvanının fərqli olması da iddianın və apellyasiya şikayətinin keçərli olmasını labüd etmir.
39. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-356/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-356/2025 saylı, 12 mart 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.