Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9070/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X7, İddiaçı cavabdeh X4 Xidmətinə və “V.Y.Axundov adına X1 institutu” X6rşı “istehsalatda baş vermiş ölüm hadisəsi ilə bağlı inzibati orqanların vermədiyi hüquqi əhəmiyyət daşıyan aktın əvəzinə məhkəmə qərarının verilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh X4 Xidmətinə və “V.Y.Axundov adına X1 institutu” X6rşı “istehsalatda baş vermiş ölüm hadisəsi ilə bağlı inzibati orqanların vermədiyi hüquqi əhəmiyyət daşıyan aktın əvəzinə məhkəmə qərarının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, faciəli surətdə dünyasını dəyişmiş mərhum – Şəhid həkim – terapevt X2, istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ödənişinin ailəsi tərəfindən alınması üçün onun məhz peşəsi ilə məşğul olduğu vaxt (ezamiyyətdə olduğu zaman) kəskin peşə xəstəliyinə tutularaq, sağlamlığının qəflətən və kəskin pozulmasını nəzərə alaraq, bu ölüm hadisəsinin istehsalatda baş verən bədbəxt hadisə olması barədə məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləainin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərt kimi müəyyən edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. İddiaçı ərizədə qeyd etmişdir ki, qərarın qəbul edilməsində MPM-nin 307-ci maddəsinin və hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 8-ci bəndinin (yarımbəndlər də daxil) tələblərini əsas götürülməsini xahiş etmişdir. Beləliklə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən edilmişdir və hazırkı tələbə xüsusi icraat qaydasında baxılmalı olduğu halda, ərizə iddia icraatı qaydasında verilmişdir. Bununla yanaşı ərizəçi ərizəni Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət etmədən tərtib etmiş, ərizəçi və maraqlı şəxs əvəzinə, iddiaçı və cavabdeh kimi qeyd etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən ərizədə işdə iştirak edən şəxslərin, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), poçt ünvanları, iddia tələbi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.3-cü maddəyə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 267-269-cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh X4 Xidmətinə və “V.Y.Axundov adına X1 institutu” X6rşı “istehsalatda baş vermiş ölüm hadisəsi ilə bağlı inzibati orqanların vermədiyi hüquqi əhəmiyyət daşıyan aktın əvəzinə məhkəmə qərarının verilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-9070/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9070/2024
19.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver