Məhkəmə qərarları › İş №2(011)-9079/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9079/2024

16.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9079/2024 16.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh “CFC İstanbul” adlı quruma qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “CFC İstanbul” adlı restoranın direktoru X1 xx.xx.2024-cü il tarixli, X 2024 64 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa, iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi və X1qanunsuz hərəkətləri ilə bağlı dəymiş mənəvi ziyana görə 5.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin forması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyil. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddiaçı iddia ərizəsində cavabdeh qismində “CFC İstanbul” adlı qurumu qeyd etmişdir. “Taxes.gov.az” saytı üzrə “CFC İstanbul” adlı kommersiya qurumu müəyyən edilmir. İddiaçı cavabdehin hüquqi şəxs olması və hüquqi ünvanına dair təsdiqedici sənədləri ərizəyə əlavə etməmişdir. “CFC İstanbul” hazırkı iş üzrə cavabdeh qismində cəlb edilə bilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, iddiaçı ərizəsində “CFC İstanbul” adlı qurumu cavabdeh kimi qeyd etsə də, lakin tələbini restoranın müdiri X2 qarşı irəli sürmüşdür. Qeyd olunmalıdır ki, X3 fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsdir. İddiaçının təqdim etdiyi “əmək müqaviləsinin bağlanması barədə barədə” xx.xx.2024-cü il tarixli bildirişin surətindən də görünür ki, İddiaçı ********** saylı VÖEN əsasında fəaliyyət göstərən X3 tərəfindən işə götürülmüşdür. X.İsgəndərovun qeydiyyata alındığı ünvan Bakı şəhəri, Sabunçu rayonu, Bakixanov qəsəbəsi, 33 ünvanıdır. Belə ki, cavabdehin fiziki şəxs olan X3 olduğu halda da, cavabdehin qeydiyyat ünvanı Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşmir. Buna görə də ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göründüyü kimi, iddiaçının iddia tələbi irəli sürdüyü şəxslə cavabdeh qismində göstərdiyi şəxs arasında ziddiyət var və cavabdeh qismində qeyd edilmişin hüquqi şəxs olması iş materialları ilə təsdiq olunmur. İddiaçının tələb irəli sürdüyü X1 isə qeydiyyat ünvanı isə Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşmir. Beləliklə, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh “CFC İstanbul” adlı quruma qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış müddət üçün əmək haqqının ödənilməsi və mənəvi zərər” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti üzrə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar