Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9154/2025 15.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması, yaşayış hüququnun qorunması, çıxarılma tələbinin rədd edilməsi və təmir xərclərinə görə təzminatın, həmçinin mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması, yaşayış hüququnun qorunması, çıxarılma tələbinin rədd edilməsi və təmir xərclərinə görə təzminatın, həmçinin mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq:
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
İşə baxan məhkəmənin mövqeyi:
3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş icraata götürülməmişdən əvvəl iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün yoxlanılması mülki prosessual qanunvericiliyin tələblərindən biridir.
5. İddia ərizəsi əsasında müəyyən edilmişdir ki, iddiaçının tələbi Cavabdeh onun və ailəsinin yaşadığı ünvandan çıxarılma tələbinin əsassız hesab edilərək rədd edilməsi, İddiaçı Əlipəşa oğlunun və ailə üzvlərinin həmin evdə faktiki və daimi yaşayış hüququnun tanınması, onun və ailəsinin şəxsi vəsaiti hesabına aparılmış təmir və bərpa işlərinə görə 150000 (yüz əlli min) manat məbləğində təzminatın cavabdehdən tutulması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəyən 5000 (beş min) manat məbləğində mənəvi zərərin ödənilməsi, zərurət yarandığı halda, mülki ekspertiza təyin olunaraq evin dəyərinin və görülmüş təmir xərclərinin müəyyənləşdirilməsi, evin pay bölgüsünün və faktiki yaşayışın hüquqi əsasda təsbit edilməsi və məhkəmə xərclərinin cavabdeh üzərinə qoyulmasıdır. Lakin iddiaçı iddia tələbinin verilməsi üçün “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş dövlət rüsumunu ödilməsi barədə müvafiq sənədi məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, elektron poçt ünvanını qeyd etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2-ci maddəsinə əsasən, ərizəçi öz ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) qeyd etməlidir.
7. Məhkəmə qeyd edir ki, dövlət rüsumu qanunvericiliklə nəzərdə tutulmuş qaydada və məbləğdə ödənilməmişdir (və ya onun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir). Ərizəçinin hal-hazırki ərizəsi Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsi ilə müəyyən edilmiş tələblərinə riayət etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
8. Eyni zamanda iddia ərizəsinin qaytarılması ilə bağlı nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah olunur.
9. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-in 152, 263- 264-cü maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması, yaşayış hüququnun qorunması, çıxarılma tələbinin rədd edilməsi və təmir xərclərinə görə təzminatın, həmçinin mənəvi zərərin ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın.
2. İddiaçı hazırkı iddia ərizəsi ilə bağlı məhkəməyə ikinci dəfə müraciət etmək hüququnun olması izah olunsun.
3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Sədrlik edən: Samirə Eyvazova