Məhkəmə qərarları › İş №2(011)-9161/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9161/2025

26.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9161/2025 26.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Kazımova Aysel Qədir qızının katibliyi, İddiaçı İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X14 iştirakları ilə , İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X42 istismarı idarəsinin rəisinin 06 avqust 2025-ci il tarixli saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının və əlavə ödənişlərin (mükafat və sair) ştat cədvəlinə əsasən 06 avqust 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər hesablanıb iddiaçıya ödənilməklə Cavabdeh X42 istismarı idarəsindəki əvvəlki vəzifəsinə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən Cavabdeh X42 istismarı idarəsində əmək fəaliyyətinə başlamışdır və xx.xx.2025-ci il tarixə qədər həmin qurumda fəaliyyətini davam etdirmişdir. İşlədiyi 15 il müddətində əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını vicdanla yerinə yetirmiş, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmiş, əməyin təhlükəsizliyi normalarına əməl etmiş və işəgötürənə heç bir maddi ziyan vurmamış və heç bir intizam tənbeh tədbiri almamışdır. Buna baxmayaraq Cavabdeh X42 istismarı idarəsinin rəisi Ramin Səfərov tərəfindən 06 avqust 2025-ci il tarixdə 14-2-2-9/3- 1K-679/2025 saylı əmr verilmiş və iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən guya əmək funksiyasını yerinə yetirməməyinə görə xitam verilmişdir. X42 istismarı idarəsi həmkarlar ittifaqı təşkilatı tərəfindən formal iclas qurulmuş və protokol qəbul edilərək “əmək müqaviləmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Həmin iclas tamamilə formal olmuş və qanunveriviliyin tələbləri pozulmaqla aparılmışdır ki, bununla bağlı müvafiq qurumlara müraciətlər ediləcək və məhkəmə iclaslarında əsaslı dəlillər təqdim ediləcəkdir. X42 istismarı idarəsi həmkarlar ittifaqı təşkilatı işçilərin-yəni iddiaçının əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etmək məqsədi ilə yaradılan nümayəndəli orqan olsa da hazırda işəgötürənin maraqlarını müdafiə edən təşkilata çevrilmişdir. Bununla bağlı geniş formada şikayətlər və sübutlar məhkəməyə və müvafiq qurumlara təqdim ediləcəkdir. Protokolda qeyd edilmişdir ki, “İdarənin Saatlı rayon üzrə sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı abonentlər tərəfindən təqdim olunmuş sənədləri araşdırmadan, addəyişmə olunmuş ünvanların qaz təsərrüfatında inventerizasiya aparmadan sənədləri addəyişmə olunması üçün əmək funksiyasının tələblərini pozmuşdur”. Qeyd edilənlər tamamilə əsassız olmuş və ümumiyyətlə iddiaçının hər hansı təqsiri olmadan barəsində əmr verilmişdir. Belə ki, təxminən 2 il bundan öncə bizlərə rəhbərlik tərəfindən tapşırıldı ki, bütün abonentlərlə müqavilə bağlanılmalı və bir nəfər belə müqavilə bağlanılmamış vətəndaş qalmamalıdır. Saatlı rayonunda da təxminən 17000 abonent olmuş, onlardan 2000 abonent yaşamır. Saatlı rayonunda əvvəllər sayğaclar quraşdırılarkən hüquqmüəyyənedici sənədlərə və ya arayışlara baxılmamış və tamamilə fərqli adlarla və ya hərf səhvləri olmaqla sayğaclar vətəndaşların adlarına yazılmışdır. Buna görə də, təxminən 2000 abonentin ad, soyadında problemlər olmuş və uyğunsuzluq olmuşdur. İddiaçı bildirir ki, rəhbərliyə müraciət etmiş uyğun gəlməyən adlarla bağlı problem yaşayır. ona İdarədən bildirildi ki, “alqı-satqı sənədi yoxdursa vətəndaşın ərizəsi, ərazi nümayəndəliyindən arayış və aktla göndərin”. Bəzi vətəndaşlar Asan Xidmətə getsə də çoxu uzaq olduğu üçün getməmiş və ona müraciət etmişlər. İddiaçı da müvafiq sənədləri yığdıqdan sonra Saatlı rayon qaz idarəsinin müdiri tərəfindən məktub hazırlanır və göndərilir X42 istismarı idarəsinə, orada da idarə rəisi viza qoyduqdan sonra kommersiya şöbəsinə göndərilir. Yəni iddiaçı bütün işləri qanuni və əsaslı etmişdir. Əgər qanunsuzluq var idisə kommersiya şöbəsi də yoxlaya bilərdi. İddiaçı tələb olunan sənədləri təqdim etmiş və iddiaçıdan sonra 3 dəfə imzalanandan sonra təsdiq edilirdi. İddiaçı 300-dən çox addəyişmə məktubundan cəmi 15 problem yaranmışdır. Saatlı Rayon İcra Hakimiyyətinə də mətub göndərilmiş və ordan da cavab gəlmişdir ki, arayışlar qanunidir. Əvvəllər arayışın qanuni olduğunu bildirsələr də sonradan bunun əsas vermədiyini bildirmişlər. Tərəflərin izahatı İddiaçı məhkəmə iclasında bildirdi ki, təxminən 2 il bundan əvvəl Saatlı ərazisinə yoxlama gəldiyi üçün ona rəhbərlik tərəfindən bütün abonentlərlə müqavilə bağlanılmalı və bir nəfər belə müqavilə bağlanılmamış vətəndaş qalmaması tapşırılmışdır, Saatlı rayonunda da təxminən 17000 abonent olmuş, onlardan 2000 abonent yaşamır, Saatlı rayonunda əvvəllər sayğaclar quraşdırılarkən hüquqmüəyyənedici sənədlərə və ya arayışlara baxılmamış və tamamilə fərqli adlarla və ya hərf səhvləri olmaqla sayğaclar vətəndaşların adlarına yazılmışdır,təxminən 2000 abonentin ad, soyadında problemlər olmuş və uyğunsuzluq olmuşdur, hətta 5 yaşlı uşağın adına belə abonent kodu olurdu, rəhbərliyə uyğun gəlməyən adlarla bağlı problem yaşaması ilə bağlı müraciət etdikdə ona “alqı-satqı sənədi yoxdursa vətəndaşın ərizəsi, ərazi nümayəndəliyindən arayış və aktla göndərilməsi” bildirilmişdir, bəzi vətəndaşlar Asan Xidmətə getsə də bəziləri çox uzaq olduğu üçün getməmiş Saatlı rayon İcra Hakimiyyətindən arayışlar almışdır, həmin arayışlara əsasən, müvafiq sənədləri yığdıqdan sonra onun tərəfindən Saatlı rayon qaz idarəsinin müdiri tərəfindən məktub hazırlanır və komissiyaya yoxlama üçün göndərilir, əgər yanlışlıqlar olsa idi komissiya imzalamaqdan imtina edərdi, ünvanların üst-üstə düşməməsinin əsas səbəbi Saatlı rayonunda küçə, döngə, dalan adlarının düzgün qeyd edilməməsinə görədir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edəək, iddia tələbinin təmin edilməsini xahiş etdi və bildirdi ki, iddiaçıya rəhbərlik tərəfindən tapşırıq verilmiş, o da həmin tapşırığa əsasən, Saatlı RİHB-nın Satlı şəhər İnzibati ərazi nümayəndəliyi tərəfindən verilən arayışı əsas götürməklə abonentlərin abonent kodunda addan ada keçirmələr etmişdir, burda iddiaçı orqan tərəfindən verilən arayışın düzgün tərtib edilməməsinə görə məsuliyyət daşımamalıdır, çünki iddiaçı ilkin mərhələni həyata keçirdikdən sonra rəhbərlər tərəfindən həmin işlərə yenidən baxılaraq, təsdiqə verilir, bu zaman yaranan səhvlərə görə məsuliyyət yalnız iddiaçının üzərində qalmamalıdır. Cavabdehin nümayəndəsi X22 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməlidir, belə ki, qəbul olunmuş fərmana görə yalnız rəsmi qaydada dövlət qeydiyyatına alınmış tikililər qaz, su və işıq sayğacları ilə təchiz edilə bilərlər, lakin iddiaçı həmin qanuna uymayaraq bir çox qanunsuz özbaşına tikilinin sayğacla təmin edilməsinə şərait yaratmışdır, iddiaçı bölgədə küçə adlarının yalnış qeyd edildiyini bildirsə də, məhkəməyə təqdim edilmiş nümayəndənin də iştirakı ilə vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklərin araşdırılmasına görə tərtib edilmiş arayışlar bunun əksini təsdiq edir, belə ki, həmin arayışdan görünür ki, məsələn Əzmalı İmanovun abonent hesabı və qaz sayğacı X2 adına keçirilmişdir, evlərin birinin sadəcə təməli var tikinitisi dayanıb, digəri isə üçmərtəbəli tikilidir, yaşayış var və evlər arasında təxminən 2-3 km məsafə var, həmin şəxlərin arasında qohumluq əlaqələri yoxdur, Sarvan adlı şəxs yoxlama zamanı evin tikintisinə dair müvafiq orqanların icazə verməsini təsdiq edən sənədlər olmadığından təqdim etməmişdir, iddiaçının səhlənkarlığı olmuşdur, həmin evlərdə inventarizasiya aparılmamışdır, həmin mənzillərdə nələrdən istifadə edilməsinə dair qeydlər aparmamışdır, məhkəməyə təqdim edilmiş iddiaçının izahatından da görünür ki, evlərə baxış zamanı səhlənkarlıq etməsini, inventarizasiya aparılmamasını boynuna almışdır. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞS/MT028/2025/0520Ə saylı Salyan 1 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı medisiya sessiyasında iştirak edərək 50 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan, əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli 14-2-9/3-1K-679/2025 nömrəli əmrdən görünür ki, X42 İstismarı İdarəsinin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmət rəisi vəzifəsində işləyən , dərəcəsi 13 olan İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 192 nömrəli əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə yetirməməsinə görə ləğv edilmişdir. İş materiallarında olan, İddiaçı məxsus 134981 nömrəli əmək kitabçasından görünür ki, xx.xx.2014-cüi il tarixə 192 nömrəli əmr ilə ARDNŞ Cavabdeh İB X42 İstismarı idarəsi Salyan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingir peşəsinə qəbul olmuş , xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-1K-42/2025 nömrəli əmr ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Saatlı rayonu üzrə sayğac əməliyyatları xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixli 14-2-9/3-1K-679/2025 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir. İş materiallarında olan, xx.xx.2025-ci il tarixdə X42 İstismar İdarəsinə İddiaçı tərəfindən verilmiş izahatda qeyd olunan sual-cavabda İddiaçı bildirmişdir ki, Saatlı rayonu ərazisində küçələr qarışıq olduğu və abonent bazası ilə uyğunsuzluqlar olduğu üçün qeyd olunan hallara diqqət yetirməmişdir, təkrar bildirir ki, ad dəyişmə olunan ünvanlarda olmadığı üçün qeyd olunan hala fikir verməmişdir,addəyişmə edilən zaman fərdi yaşayış evinin qaz təsərrüfatında inventarizasiya keçirilməsinə münasibətdə bildirmişdir ki, Salyan RQİİ tərəfindən abonentlərlə düzəlişlərin aparılması barəd tapşırıq verilmişdir,həmin tapşırığa əsasən işçilərə abonent qeydiyyatı səhv olan abonentlərə müvafiq sənədləri şəxsiyyət vəsiqəsi, çıxarış, arayış və s,təqdim olunması tapşırılmışdır, bu səbəbdəndə abonent lər tərəfindən düzəliş olunma ilə bağlı lütləvi müraciətlər daxil olmuşdur,həmin müraciətlərin çoxluğu səbəbindən yerində araşdırılması mümkün olmamış, sənədlər əsasında Salyan RQİİ-yə müraciət olunmuşdur,təxminən 1 il ərzində 350-dən artıq abonentin düzəlişi üçün tərəflərindən müraciət edilmişdir, qeyd olunan saya ASAN Xidmətə daxil olan müraciətlər aid deyildir. İş materiallarında olan Salyan egional Qaz İstismar İdarəsi Həmkarlar Təşkiltaının idarə heyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokoldan görünür ki, Salyan RQİİ-nin Saatlı rayonu üzrə Sayğac əmliyyatları xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. xx.xx.2025-ci il tarixdə X42 İstismarı İdarəsində keçirilmiş iclasın ptokolundan görünür ki, Salyan RQİİ-nin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-11-184/2025 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Saatlı XS-də aparılmış yoxlama zamanı Salyan RQİİ-nin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanların müzakirəsi gündəlikdə olan məsələ olmuş, izahat vermək üçün söz Salyan RQİİ-nin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı verilmiş, İddiaçı yazılı izahat verdiyini, iclasda izahat vermək istəmədiyini bildirmişdir. Salyan RQll-nin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-1İ-184/2025 nömrəli əmrinin icrası ilə bağlı Saatlı xidmət sahəsində vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklərin araşdırılmasının nəticələri barədə arayışdan görünür ki, Salyan RQlİ-nin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-11-184/2025 nömrəli əmrinin icrası ilə bağlı Saatlı xidmət sahəsində vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklərin araşdırılması zamanı aşağıda qeyd olunan faktlar müəyyən olundu; 1.X18 **********00180 abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ0156343 nömrəli qaz sayğacı X23 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X23 adına keçirilmişdir. Sayğac 29.05,2024-cü il tarixdə quraşdırılmışdır. Həmin ünvanda X23 **********00180 abonent hesabı olan və həmin ünvanda qeydiyyatda olan **********9 nömrəli qaz sayğacı isə abonentin ərizəsi ilə qonşuluqda yeni inşa edilmiş, C.Həsənovanın qızı X8 adma keçirilmişdir. 2.X27 **********01560 abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ0229392 nömrəli qaz sayğacı X2 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X2 adına keçirilmişdir. Araşdırma zamanı X27 Saatlı rayonu Babək küçəsində, X2 isə (sayğac quraşdırılan ünvan) Mikayıl Müşfiq küçəsində qeydiyyatda olması müəyyən edildi. X4 şifahi izahat verərək evə mülkiyyət hüquqlarını və evin tikintisinə müvafiq orqanların icazə verməsini təsdiq edən sənədlərin olmadığını bildirdi. 3.X19 **********00030 nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ0304290 nömrəli qaz sayğacı X9 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X9 adına keçirilmişdir. N. SƏfərovla əlaqə saxlanıldı, o, addəyişmə ilə bağlı müraciət etmədiyini, Cəmilə Qasımovanı tanımadığını bildirdi. 4.X21 **********06210 nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan qaz sayğacı X7 ərizəsi və Saatlı RİHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X7 adına keçirilmişdir. E.Hüseynzadə şifahi zahat verərək bvildirdi ki, G.Hüseynovanı tanıyır, o. Başqa ünvanda yaşayır, addəyişmə ile bağlı heç bir sənəd təqdim etməmiş, bu barədə ərizə yazmamış, mənzili öz vəsaiti hesabına qazlaşdırmışdır, E.Hüseynzadə qazlaşdırma üçün ödədiyi pul məbləği ilə bağlı heç bir məlumat təqdim etmədi. 5.X28 **********00470 nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ0438592 nömrəli qaz sayğacı X10 ərizəsi və Saatlı RlHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X10 adına keçirilmişdir. Araşdırma zamanı X28 Saatlı rayonu X.Pirverdiyev küçəsində, X10 isə O.Rzayev küçəsində qeydiyyatda olması müəyyən edildi. Saatlı XS-si üzrə rəis müavni Ruslan Bünyadov idarəyə X10 ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüquqlarını təsdiq edən sənədlər təqdim etmişdir. Təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən X15 ünvan 4 (yebi qaydalarla ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. 6.Abonent Əlikram Babaşovun **********00340 abonent hesabı və ünvanında qeydiyyatda olan GCZ00226204 nömrəli qaz sayğacı X11 ərizəsi və Saatlı RİHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X11 adına keçirilmişdir. Araşdırma zamanı Əlikram Babaşovun fərdi yaşayış evi Saatlı rayonu O.Rzayev küçəsində, Fikrət Bədəlovun fərdi yaşayış evinin isə Mətləb Kərimov küçəsində olması müəyyən edildi. Tərəfimzdən hər iki ünvanda yerləşən fərdi yaşayış evlərinə baxış keçirildi. Əlikram Babaşovun fərdi yaşayış evinin yararsız vəziyyətdə olması, darvazasının üzərində satılması ilə bağlı məlumatın olması, fərdi yaşayış evinin darvazasının sol hissəsində qaz sayğacının dirəyi ilə birlikdə kəsilərək götürülməsi, həyətyanı sahəyə daxil olan qaz xəttinin kəsik vəziyyətdə yerində qalması, Fikrət Bədəlovun fərdi yaşayış evinin isə yeni tikili olması və təmir işlərinin aparılması müəyyən edildi. F.Bədəlovla əlaqə saxlanıldı, o, Saatlı XS-nin əməkdaşlarına 2024-cü ilin iyul-avqust aylarında pul verərək yaşayış evini qazlaşdırdığını, Əlikram Babaşovu tanımadığını, əvvəllər evində qaz sayğacı olmadığını, addəyişmə ilə bağlı müraciət etmədiyini bildirdi. 7.X29 **********00560 nömrəli abonent hesabı X3 ərizəsi və Saatlı RİHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X3 adına keçirilmişdir. xx.xx.2025-ci il tarixdə akt əsasında çıxarılmışdır. 8.X25 **********00040 nömrəli abonent hesabı və ünvanında qeydiyyatda olan ZENNER T Mexaniki markalı **********7 nömrəli qaz sayğacı X12 ərizəsi və Saatlı RİHBnın Saatlı şəhəri İnzibati erazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X12 adına keçirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyd olunan qaz sayğacı hazırda X13 ünvanına quraşdırılmışdır ki, həmin ünvanda 5224,26 manat məbləğində (cərimə və sərfiyyat borcu) borc mövcuddur və baxış zamanı M.Ağayevin öz adına olan **********00060 nömrəli abonent kodunda qeydiyyatda olan Zenner Smart markalı **********753 nömrəli qaz sayğacı yerində aşkar olunmamışdır. Bildiririk ki, arayışda qeyd olunan addəyişmə aparılmış ünvanlarda əksər tikililər yeni inşa olunmuşdur. 9.X1 **********00610 nömrəli abonent hesabı X5 ərizəsi və Saatlı RİHB-nın Saatlı şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən X6 adına keçirilmişdir. Araşdırma zamanı addəyişmə olunarkən sonuncunun ünvanına (xx.xx.2024rCü il tarixdə) quraşdırılmış GCZ0219771 nömrəli qaz sayğacının klapanımn bağlı olduğu, evin inşa edilməkdə və hazır olmadığı, ünvanda yaşayış olmadığı müəyyən olunmuşdur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci hissəsinə əsasən, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri sırasına aid edilmişdir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Həmin Məcəllənin 300.1 maddəsi ilə Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-maddəsinə əsaən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq- planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, İddiaçı məxsus 134981 nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixə 192 nömrəli əmr ilə ARDNŞ Cavabdeh İB X42 İstismarı idarəsi Salyan rayonu üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 4-cü dərəcə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingir peşəsinə qəbul olmuş, xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-1K-42/2025 nömrəli əmr ilə struktur dəyişikliyi ilə əlaqədar olaraq Saatlı rayonu üzrə sayğac əməliyyatları xidmətinə 13-cü dərəcəli xidmət rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixli 14-2-9/3-1K-679/2025 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək, işdən azad edilmişdir. Məhkəmə iddiaçının əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarını araşdıraraq hesab edir ki, işgötürən tərəfindən iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən qanuni və əsaslı olaraq ləğv edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı vəzifə funksiyalarını düzgün icra etməmiş, ona abonentlər tərəfindən təqdim edilən sənədlərlə bağlı araşdırma aparmadan addəyişmələr aparmış, addəyişmə olunmuş ünvanların qaz təsərrüfatında inventarizasiya aparmamışdır. Göründüyü kimi iddiaçı qanunun tələblərini pozaraq qanunsuz özbaşına tikililərin qaz sayğacı ilə təmin edilməsinə şərait yaratmışdır. Salyan RQll-nin xx.xx.2025-ci il tarixli 14-2- 2-9/3-1İ-184/2025 nömrəli əmrinin icrası ilə bağlı Saatlı xidmət sahəsində vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklərin araşdırılmasının nəticələri barədə arayışdan görünür ki, Salyan RQlİ-nin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3- 11-184/2025 nömrəli əmrinin icrası ilə bağlı Saatlı xidmət sahəsində vətəndaşların müraciətləri əsasında abonent qeydiyyatında edilmiş dəyişikliklər araşdırılmış və araşdırma zamanı addəyişmə üçün təqdim edilmiş sənədlərin əsassız olması, abonentlər arasında heç bir bağlılığın olmaması, ünvanların fərqli olması aşkarlanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır. xx.xx.2025-ci il tarixdə X42 İstismarı İdarəsində keçirilmiş iclasın protokolundan görünür ki, Salyan RQİİ-nin xx.xx.2025-ci il tarixli 14-2-2-9/3-11-184/2025 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən Saatlı XS-də aparılmış yoxlama zamanı Salyan RQİİ-nin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsanların müzakirəsi gündəlikdə olan məsələ olmuş, izahat vermək üçün söz Salyan RQİİ-nin Saatlı rayonu üzrə Sayğac əməliyyatları xidmətinin rəisi İddiaçı verilmiş, İddiaçı yazılı izahat verdiyini, iclasda izahat vermək istəmədiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə X42 İstismar İdarəsinə İddiaçı tərəfindən verilmiş izahatda qeyd olunan sual-cavabda İddiaçı yazılı izahatında bildirmişdir ki, Saatlı rayonu ərazisində küçələr qarışıq olduğu və abonent bazası ilə uyğunsuzluqlar olduğu üçün addəyişmə olunmuş ünvanların bəziləri ilə abonentin qeydiyyatda olduğu küçə ilə evin sayğacı yerləşdiyi ünvandan fərqli olması hallarına diqqət yetirməmişdir, təkrar bildirir ki, ad dəyişmə olunan ünvanlarda olmadığı üçün qeyd olunan hala fikir verməmişdir, addəyişmə edilən zaman fərdi yaşayış evinin qaz təsərrüfatında inventarizasiya keçirilməsinə münasibətdə bildirmişdir ki, Salyan RQİİ tərəfindən abonentlərlə düzəlişlərin aparılması barədə tapşırıq verilmişdir, həmin tapşırığa əsasən işçilərə abonent qeydiyyatı səhv olan abonentlərə müvafiq sənədləri şəxsiyyət vəsiqəsi, çıxarış, arayış və s. təqdim olunması tapşırılmışdır, bu səbəbdəndə abonentlər tərəfindən düzəliş olunma ilə bağlı kütləvi müraciətlər daxil olmuşdur, həmin müraciətlərin çoxluğu səbəbindən yerində araşdırılması mümkün olmamış, sənədlər əsasında Salyan RQİİ-yə müraciət olunmuşdur, təxminən 1 il ərzində 350-dən artıq abonentin düzəlişi üçün tərəflərindən müraciət edilmişdir, qeyd olunan saya ASAN Xidmətə daxil olan müraciətlər aid deyildir. İş materiallarında olan Salyan egional Qaz İstismar İdarəsi Həmkarlar Təşkilatının idarə heyəti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 2 nömrəli protokoldan görünür ki, Salyan RQİİ-nin Saatlı rayonu üzrə Sayğac əmliyyatları xidmətinin rəisi İddiaçı ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən xitam verilməsi əsassız və qanunsuz olmamış, əmək qanunvericiliyinin müddəaları cavabdeh tərəfindən pozulmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəlləin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 3-cü bəndinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Əks halda işəgötürənin işçi ilə əmək müqaviləsinin davam etdirilməsinə məcbur edilməsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsinə dair təməl prinsipinin pozulmasına səbəb olar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə hesab edir ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının və əlavə ödənişlər (mükafat və s) ştat cədvəlinə əsasən 06 avqust 2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər hesablanıb verilməsi” barəsində hissəsi törəmə hüquq münasibəti olub, işə bərpa barəsində iddia tələbindən aslıdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın işə bərpa barəsində hissəsi rədd edilməli olduğundan, işə bərpa edilməli olmayan iddiaçının iş buraxması məcburi hesab edilə bilməz və ona məcburi işburaxmaya görə ziyan ödənilə bilməz. Odur ki, iddianın “məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi” barəsində hissəsi də rədd edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən qanunla müəyyən edilmiş qaydada və qanunla müəyyən edilmiş əsasla ləğv edildiyindən iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “işə bərpa tələbi” barədə iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar