Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9198/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 qarşı “pul tələbinə” dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 görülən təmir işlərini nəzərə almaqla 8 000 (səkkiz min) manat məbləğində pulun tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, tərəflər arasında bağlanmış müqavilənin 02/2023 nömrəli xx.xx.2023-cü il tarixli Müqavilənin 7-ci bəndinə əsasən, hazırkı Müqavilədən irəli gələn, yaxud bu Müqavilə barədə meydana çıxan bütün mübahisələr Tərəflərin razılığı ilə həll edilir. Tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması muvafiq Azərbaycan Respublikasının İqtisad Məhkəməsinə verilir və onun qərarı Tərəflər üçün qəti sayılır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər öz aralarında yaranmış mübahisə ilə bağlı məhkəmədən kənar (pretenziya) qaydada həll üsulu və bunun nəticəsində müvafiq kommersiya məhkəməsinə müraciət etməli olduqları halda pretenziya qaydasına riayət etmədən birbaşa ümumi məhkəməyə müraciət etmişdir. Belə olan halda iddia iddia ərizəsinin ümumi məhkəmə tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Bununla yanaşı, iddia ərizəsinə müvafiq qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən və ya iddiaçının dövlət rüsumundan azad olmasını əks etdirən sənəd əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedentə görə, iş onun ərazi yurisdiksiyasına aid olmadığına və ya konkret mübahisənin mahiyyəti onun səlahiyyət dairəsinə aid olmadığına görə məhkəmənin işi baxmağa qəbul etməkdən imtina etməsi ərizəçinin məhkəməyə müraciət hüququnu pozmur, lakin bir məhkəmə ona verilmiş işi açıq-aşkar həmin işə baxmaq səlahiyyətinə malik olmayan başqa məhkəməyə göndərirsə, 6-cı maddə üzrə problem yarana bilər (Zilkov Rusiyaya qarşı (Zylkov v. Russia), 23-29-cu bəndlər). Bununla belə məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh2 görülən təmir işlərini nəzərə almaqla 8 000 (səkkiz min) manat məbləğində pulun tutulub İddiaçı verilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-9198/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9198/2023
08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver