Məhkəmə qərarları › İş №2(011)-9273/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9273/2023

08.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9273/2023 08.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi, 4 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Kontoru maraqlı şəxs qismində cəlb edilməklə, “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi mərhum nənəsi X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəində yerləşən torpaq sahəsinin 1/7 hissəsinin onun tərəfindən miras kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərərk hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllədə işlərə baxılmasının 2 icraat növü nəzərdə tutulmuşdur. Bunlar iddia icraatı və xüsusi icraat adlanır. Xüsusi icraat qaydasında MPM-nin 305.1-ci maddəsində sadalanan işlərə baxılır ki, həmin icraatda baxılan işlərdən bir qrupu da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi (MPM-nin 307-ci maddəsi) ilə bağlıdır. Lakin ərizəçi mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması ilə bağlı tələb irəli sürsə də, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsini nəzərdə tutan MPM-nin 307-ci maddəsində belə bir hüquqi faktın müəyyən edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinə xüsusi icraat qaydasında baxılmalı olmadığından yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə torpaq sahəsinə dair sənəddəki adı ilə şəxsiyyətini təsdiq edən sənəd arasında uyğunsuzluq olduqda hüquq müəyyənedici sənədlərin ona məxsus olma faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar