Məhkəmə qərarları › İş №2(011)-9377/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9377/2024

23.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9377/2024 23.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı – cavabdeh “Cavabdeh”nin iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilərək əmək müqaviləsinə xitam verilməsi əsasının “Tərəflərin birinin təşəbbüsü ilə” olaraq dəyişdirilməsinin cavabdehə həvalə olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh “Cavabdeh”nin ünvanını ünvan 1raq qeyd etmişdir. “Azemis” Məhkəmə İdarəetmə Sistemindən görünür ki, “Cavabdeh”nin hüquqi ünvanı ünvan 2çı və ya cavabdeh Bakı şəhəri Xətai rayonu ərazisində qeydiyyatda olmadıqlarından, iş ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdeh “Cavabdeh”nə qarşı – cavabdeh “Cavabdeh”nin iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilərək əmək müqaviləsinə xitam verilməsi əsasının “Tərəflərin birinin təşəbbüsü ilə” olaraq dəyişdirilməsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar