Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-949/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X17ə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X5 rayon Sukanal İdarəsinə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı 1 mart 2022-ci il tarixindən "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsində çalışmışdır. xx.xx.2024-cü il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X18 Xətai rayon Sukanal İdarəsinin 338/K nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə cavabdeh “İri şəhərlərin X15 Xidməti” X17 təsdiq edilmiş strukturu və ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə) bəndinə əsasən xitam verilmişdir. İddiaçı bildirmişdir ki, X11 İttifaqı Respublika Komitəsi tərəfindən keçirilmiş yığıncaqda iştirak etməmiş, hətta bu barədə xəbərdarlıq belə almamışdır. Onun xəbəri olmadan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” (işçilərin sayı və ya ştatları ixtisar edildiyinə görə) bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi göstərilən ştat vahidinin ixtisarı göstərilsə də, sahib olduğu vəzifə hal-hazırda yeni qurumda struktur olaraq ştat vahidi kimi yerindədir və iddiaçı da olan məlumata görə həmin vəzifəyə başqa şəxs təyin olunmuşdur. Buna görə də iddiaçı hesab etmişdir ki, xx.xx.2024-cü il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X18 Xətai rayon Sukanal İdarəsinin 338/K nömrəli əmri qanunsuz və əsassızdır. Çünki hal-hazırda mövcud olan və ixtisar olunmayan ştata görə iddiaçının əmək fəaliyyətinə xitam verilməsi qanunsuzdur. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2024-cü il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X18 Xətai rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 338/K nömrəli əmri “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin ləğv edilməsi və iddiaçının "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə işə bərpa edilməsi, cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X18 Xətai rayon Sukanal İdarəsindən 100 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən cavabdeh Azərbaycan Dövlət Su X5 Rayon Sukanal İdarəsinin adının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X18lə əvəz edilməsi, xx.xx.2024-cü il tarixində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X18 Xətai rayon Sukanal İdarəsinin xx.xx.2024-cü il tarixli, 338/K nömrəli əmri “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrin ləğv edilməsi və iddiaçının "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə işə bərpa edilməsi, 02 sentyabr 2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər məcburi işburaxma dövrü ərzində əmək haqqının hesablanaraq ona ödənilməsi, iddiaçıya vurulmuş maddi və mənəvi ziyana görə 500 manat pul vəsaitinin cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” İri Şəhərlərin X15 X18, Xətai rayon Sukanal İdarəsindən tutularaq ona ödənilməsi, cavabdeh “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi” İri şəhərlərin X15 X14 60 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, onu işdən ştat ləğv olunduğuna görə çıxarsalar da, o işdə ola-ola yerinə digər şəxs işə götürülmüş, ona başqa bir vəzifə təklif olunmamışdır. Məhkəmə iclasında çıxış edən cavabdehin nümayəndəsi X3 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X17 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri fəaliyyətinin təkmili haqqında “İri Şəhərlərin X15” X17 İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında “İri Şəhərlərin X15” X17 strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X17 Xətai rayon Sukanal İdarəsi tərəfindən "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri İddiaçı 13-16-5-2/2-03-289/2024 nömrəli, xx.xx.2024-cü il tarixində bildirişlə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Xətai rayon Sukanal İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftədən sonra ləğv ediləcəkdir. Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X15” X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən 338-K əmr ilə xx.xx.2024-cü il tarixindən ləğv edilmişdir. “İri Şəhərlərin X15” X17 Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri İddiaçı xx.xx.2024-cü il tarixində İdarə tərəfindən Abonentlərlə iş şöbəsinin faturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi vəzifəsi təklif edilmiş, lakin İddiaçı ona təklif olunmuş işdən könüllü olaraq imtina etdiyinə görə tərəflərindən akt tərtib olunmuşdur. Məhkəmə tərəflərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X18 Xətai Rayon Sukanal İdarəsi tərəfindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında 02 sentyabr 2024-cü il tarixli, 338-k nömrəli əmrdən görünür ki, İddiaçı - Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin X15 Xidməti” X17 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 02 sentyabr 2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 8 il 1 ay 2 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 1.7 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, 01 mart 2023-cü il tarixdən 02 sentyabr 2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 21 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Xətai rayon Sukanal İdarəsinin baş mühəndisi X4, Müraciətlərin qəbulu və işin təşkili şöbəsinin şöbə rəisi X9, Kadrlar, icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin kadrlar üzrə mütəxəssisi X1 iştirakı ilə tərtib edilmiş 26 avqust 2024-cü il tarixli aktın surətindən görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin X15 Xidməti” X17 21 iyun 2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin X15 Xidməti” X17 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri vəzifəsi ştatı ləğv edildiyindən mühəndis qrup rəhbəri vəzifəsini icra edən İddiaçı Abonentlərlə iş şöbəsinin fakturalama qrupunda su kəmər təsərrüfatında nəzarətçi vəzifəsi rəhbərlik tərəfindən təklif edilsə də, İddiaçı ona təklif edilmiş işdən imtina etmişdir. İş materiallarında olan İddiaçı məxsus 149276 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 07 fevral 2012-ci il tarixli 51-K nömrəli əmrə əsasən "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən 11 dərəcə ilə daxili nəzarət departamentinin Su kommunikasiyalarına nəzarət şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, 306-K nömrəli, 20 sentyabr 2012-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. 381-K nömrəli, 24 sentyabr 2012-ci il tarixli əmrə əsasən "xxxx" ASC Bakı Sukanal İdarəsi Nərimanov Rayon Sukanal Departamentinə rəis müavini vəzifəsinə qəbul edilmişdir. 439-K nömrəli, 29 dekabr 2012-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 04 yanvar 2013-cü il tarixdə "xxxx" ASC Nərimanov Rayon Sukanal Departamentinin müvəqqəti olaraq rəis müavini vəzifəsinə təyin edilmişdir. 09-K nömrəli, 26 yanvar 2013-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur. 27 yanvar 2013-cü il tarixdə "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" ASC-nin Nərimanov rayon Sukanal Departamentinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 08 fevral 2013-cü il tarixli, 67-K nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. 11 fevral 2013-cü il tarixli 73-K nömrəli əmrə əsasən "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" ASC-nin Nəsimi rayon departamentinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 04 iyul 2013-cü il tarixli 306/3-k nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 05 noyabr 2013-cü il tarixli, 418-k əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmişdir. 06 noyabr 2013-cü il tarixli, 420-k əmrə əsasən "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" ASC-nin Nərimanov rayon Sukanal İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 27 aprel 2015-ci il tarixli, 170-k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. 07 sentyabr 2015-ci il tarixli 292-k nömrəli əmrə əsasən "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən 14-cü dərəcə ilə Birləşmiş Sukanal MMC-nin Siyəzən Sukanal İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. 12 fevral 2016-cı il tarixli 83 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. 13 aprel 2016-cı il tarixli 32-k nömrəli əmrə əsasən "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən müştəri xidmətləri şöbəsinə 11-ci dərəcə ilə mühəndis vəzifəsinə təyin edilmişdir. 08 dekabr 2016-cı il tarixli, 140-k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə əmək müqaviləsi ləğv edilmişdir. 09 dekabr 2016-cı il tarixli 530-k nömrəli əmrə əsasən "xxxx" ASC ilə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" ASC-nin Ceyranbatan Su təchizatı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 01 noyabr 2017-ci il tarixli, 364-k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. 05 mart 2021-ci il tarixli, 23-k nömrəli əmrə əsasən "xxxx" ASC İdarəsinin Mülki müdafiə və rejimlərə nəzarət şöbəsinə 13-cü dərəcəli mühəndis vəzifəsinə qəbul edilmişdir. 27 oktyabr 2021-ci il tarixli, 185-k nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə (işçi başqa işə götürənlə əmək müqaviləsi bağlandığına görə) əsasən əmək müqaviləsi ləğv edilmişdir. 01 mart 2022-ci il tarixli, 12-k nömrəli əmrə əsasən "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən su və kanalizasiya şəbəkələrinin təmir-tikinti qrupuna 12-ci dərəcəli mühəndis qrup-rəhbəri vəzifəsinə təyin edilmişdir. 02 sentyabr 2024-cü il tarixli, 338-k nömrəli əmrə əsasən bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidinin ixtisarı ilə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatlatları Agentliyinin “İri şəhərlərin X15 Xidməti” X17 Xətai rayon Sukanal İdarəsinin qulluqçularının 2024-cü il üçün ştat cədvəlindən görünür ki, Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri ştatı mövcuddur. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X6 respublika Komitəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli 63 nömrəli məktubun surətindən görünür ki, Su Təsərrüfatı X6 Respublika Komitəsinə daxil olmuş 29 iyul 2024-cü il tarixli, 13-16-5-2/2-03-403/2024 saylı məktuba baxılarkən müəyyən edilmişdir ki, Azərbaycan Su Ehtiyatları Agentliyinin 29 may 2024-cü il tarixli, 002/F nömrəli əmri ilə “İri Şəhərlərin X15 Xidməti” X17 təsdiqedilmiş strukturu və ştat cədvəlinə əsasən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisara düşmüşdür. Bu zaman əmək qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur. Qeyd olunanları nəzərə alaraq, ştat vahidinin ixtisarı ilə əlaqədar Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinə təmir-tikinti qrupu mühəndis qrup rəhbəri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. İş materiallarında olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” X18 Xətai Rayon Sukanal İdarəsi tərəfindən İddiaçı verilmiş 05 iyul 2024-cü il tarixli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "İri Şəhərlərin X15 Xidməti" X18 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin "İri Şəhərlərin X15 Xidməti" X17 xx.xx.2024-cü il tarixli, 09nömrəli əmri ilə “İri Şəhərlərin X15 Xidməti" X17 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 1,4 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsinə görə əmək fərdi və ictimai rifahın əsasıdır. Həmin maddənin İİ hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları təsbit edilmişdir. Həmin maddəyə görə:
1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək Məcəlləsinin 74-cü maddəsinin ikinci bəndinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 78-ci maddəsi işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərin dairəsini müəyyən etmişdir. Belə ki, 78.1-ci maddəyə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin fərdi əmək mübahisələrinin predmetini müəyyən edən 288-ci maddəsində əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmeti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 292-ci maddəsinə görə İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən, 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı 07 fevral 2012-ci il tarixdən "xxxx" ASCdə müxtəlif vəzifələrdə işləmiş, 01 mart 2022-ci il tarixdən "xxxx" ASC Xətai rayon Sukanal İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən iddiaçı su və kanalizasiya şəbəkələrinin təmir-tikinti qrupuna 12-ci dərəcəli mühəndis qrup-rəhbəri vəzifəsinə təyin edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X17 21 iyun 2024-cü il tarixli, 09 nömrəli əmri fəaliyyətinin təkmili haqqında “İri Şəhərlərin X15” X17 İdarə Heyətinin sədri tərəfindən imzalanmışdır. Həmin əmrin əsasında “İri Şəhərlərin X15” X17 strukturuna daxil olan qurumlar üzrə ştat vahidlərinin sayı təsdiq edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15” X17 Xətai rayon Sukanal İdarəsi tərəfindən Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri İddiaçı 05 iyul 2024-cü il tarixində bildirişlə Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. Xətai rayon Sukanal İdarəsi tərəfindən işçiyə bildirilmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 6 təqvim həftədən sonra ləğv ediləcəkdir. "xxxx" ASC-nin 02 sentyabr 2024-cü il tarixli, 338-k nömrəli əmrinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq ştat vahidinin ixtisarı ilə ləğv edilmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, “İri Şəhərlərin X15” X17 Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri vəzifəsi ştatı ləğv edildiyindən mühəndis qrup rəhbəri vəzifəsini icra edən İddiaçı Abonentlərlə iş şöbəsinin fakturalama qrupunda su kəmər təsərrüfatında nəzarətçi vəzifəsi rəhbərlik tərəfindən təklif edilsə də, İddiaçı ona təklif edilmiş işdən imtina etdiyinə görə tərəflərindən akt tərtib olunduğunu bildirmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Dövlət Su Ehtiyatlatları Agentliyinin “İri şəhərlərin X15 Xidməti” X17 Xətai rayon Sukanal İdarəsinin qulluqçularının 2024-cü il üçün ştat cədvəlindən (24 oktyabr 2024-cü il tarixli) görünür ki, Xətai rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri ştatı mövcuddur. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının əmək qanunvericiliyinin yuxarıda qeyd edilmiş normalarını və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı işlədiyi Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis qrup rəhbəri vəzifəsi ştatının ləğv edilməsi cavabdeh tərəfindən təqdim edilmiş yeni ştat cədvəli ilə müəyyən edilmədiyindən, həmin əsasla cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X18 Xətai Rayon Sukanal İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, 338-k nömrəli əmri əğv edilməli, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X18 Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsində hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğu üçün təmin edilməli, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya dəyən mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X18 Xətai Rayon Sukanal İdarəsinin 02 sentyabr 2024-cü il tarixli, 338-k nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X18 Xətai Rayon Sukanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin Təmir-tikinti qrupunun mühəndis-qrup rəhbəri vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 02 sentyabr 2024-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilsin. Mənəvi ziyana görə kompensasiya qismində cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X14 500 manat pul vəsaiti tutularaq, İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin X15 Xidməti” X14 tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova