Məhkəmə qərarları › İş №2(011)-957/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-957/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-957/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəiyev Zaur Taleh oğlunun katibliyi, İlkin iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı, Qarşılıqlı iddiaçı (ilkin cavabdeh) Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MTK-a qarşı “pul” tələbi barədə ilkin, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbi barədə qarşılıq iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK-dan 28 800 azn məbləğində vəsaitin, hüquqi yardımın göstərilməsi üçün 110 azn olmaqla, 176,40 (bir yüz yetmiş altı manat, qırx qəpik) azn ödənilmiş dövlət rüsumunun əvəzinin xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" MTK qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli, 34 nömrəli müqavilənin qismən - ona 2 ədəd A1 bloku 4cü mətrəbə, 66.48 kvadrat metr 11 saylı təmirsiz və A2 bloku 7-ci mətrəbə, 66.48 kvadrat metr 74 saylı təmirsiz mənzillərin verilməsi hissəsində etibarsız sayılması, cavabdehin üzərinə yanlış məlumatlar təqdim etməklə müqavileye daxil edilmiş etibarsız müddəaya əsasən əldə etdiyi A1 bloku 4-cü mərtəbədə yerləşən, 66.48 kvadrat metr olan 11 saylı təmirsiz mənzilin MTK-ya qaytarılması vəzifəsinin qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı izahat verərək bildirdi ki, aralarında razılıq əldə edilib, ona görə də işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, tərəflər razılığa gəliblər, onlar arasında bununla bağlı xx.xx.2025-ci il tarixli Barışıq Sazişi bağlanıb, hazırda tərəflər Barışıq Sazişinin təsdiq edilməsini xahiş edirlər. Sonda Nümayəndə Barışıq Sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli ”Barışıq sazişi” bağlamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ilə Cavabdeh MTK (sədri Akif Astanov) arasında xx.xx.2025-ci il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: Biz, bu barışıq sazişini imzalayan tərəflər: İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MTK (ünvan: ünvan 1n iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh: İddiaçı (ünvan: Qeydiyyat ünvanı: ünvan 2tiki ünvan: ünvan 4lədən irəli gələn öhdəliklər, pul tələbinə dair” Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-957/2025 saylı iş üzrə mübahisəni həll etmək üçün aşağıdakı barışıq şərtləri ilə bu barışıq sazişini tərtib edib imzalayırlar:

1. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 34 nömrəli müqaviləyə uyğun olaraq əksik gələn sahəyə və suvaq işlərinin görülməsinə görə ümumilikdə 5000 (beş) min manat məbləğində pul vəsaitini ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı bank hesabına köçürməyi öz üzərinə götürür.

2. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı isə 5000 (beş) min manat məbləğində pul vəsaitini almağı, məsələnin barışıq ilə bitməsinə razılıq verməyi və iddia tələbindən imtina etməyi, o cümlədən iddiasını geri götürməyi öz üzərinə götürür.

3. Hər iki tərəf qarşılıqlı xoşməramlı davranışı nəzərə alaraq, bir-birinə olan iddia tələblərindən imtina edirlər. tərəflər bəyan edir ki, imzalanan bu barışıq sazişi heç bir tərəfin hüquqlarını pozmur və onların qanuni maraqlarına uyğundur.

5. Tərəflərə barışıq sazişi imzalandıqdan sonra sazişə dair hər hansı bir tələblə məhkəmə qaydasında çıxış etməyəcəklərini qəbul edirlər.

6. Tərəflərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191.1, 191.2, 191.2-1 261.0.2, 261.0.5-ci maddələrinin tələbləri tam aydındır və həmin maddələrin tətbiqi nəticəsində əmələ gələcək hüquqı nəticəni qəbul edirlər.

7. Tərəflər aralarında xoşməramlı niyyətin təzahürü kimi barışıq sazişində göstərilən şərtləri qəbul etdiklərini nəzərə alaraq məhkəmədən barışıq sazişini qəbul etməsini, barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsi harədə qərardad çıxarılmasını xahiş edirlər.

Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunur və onlar bu nəticələrlə razılaşırlar. İddiaçı Cavabdeh MTK-a qarşı “pul” tələbi barədə ilkin, Cavabdeh MTK-nın İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və pul” tələbi barədə qarşılıq iddia tələbinə dair 2(011)-957/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar