Məhkəmə qərarları › İş №2(011)-9657/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-9657/2024

20.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-9657/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliynin Mənzil-İstismar Xidmətinə qarşı “mənzilə çəkilmiş xərclərin tələbi” barəsində iddiasına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbyacna Respublikasının Müdafiə Nazirliyinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinə qarşı “mənzilə çəkilmiş xərclərin tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra cavabdehin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehi əsl cavabdehlərə dəyişərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyini və Müdafiə Nazirliynin Mənzil-İstismar Xidmətini (VÖEN **********) cavabdehlər qismində əlavə edilməsini xahiş etmişdir. Məhkəmə mülki işi araşdıraraq hesab edir ki, hazırkı mülki iş aidiyyət qaydaları pozulmaqla icraata götürülmüşdür. CMS-“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh Müdafiə Nazirliynin Mənzil-İstismar Xidmətinin hüquqi ünvanı Az1073, ünvan 1ektron Məhkəmə İnformasiya Sistemindən çıxarılan vergi ödəyicilərinin məlumatlarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanı Az1006, ünvan 2çı İddiaçı məhkəmə iclasında mülki işin aidiyyatı üzrə göndərilməsinə etiraz etmədi. Beləliklə, iş üzrə cavabdehlərin qeydiyyat ünvanı Bakı şəhəri, Xətai rayonu ərazisində olmadığından, mövcud iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olan iddia tələbi deyildir. Buna görə də məhkəmə hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliynin Mənzil-İstismar Xidmətinin huquqi ünvanının olduğu yer üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 35, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Müdafiə Nazirliynin Mənzil-İstismar Xidmətinə qarşı “mənzilə çəkilmiş xərclərin tələbi” barədə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar