Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-973/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, ünvan 1 ünvanda, 5-ci massivdə inşa edilən çoxmənzilli binanın 1-ci blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan iki otaqlı 20 saylı mənzilə dair Cavabdeh MTK ilə bağlanılan 27 aprel 2006-cı il tarixli müqavilənin nüsxəsinin, eləcə də kooperativə payçı olmağım barədə protokoldan çıxarışın, eləcə də mənzilin eskiz-planının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi, həmin mənzilin iddiaçının sahibliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Qanuni nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı, Cavabdeh MTK ilə bağladığım 27 aprel 2006-cı il tarixli müqaviləyə uyğun olaraq ünvan 1 ünvanda, 5-ci massivdə "xxxx" MTK tərəfindən inşa edilən çoxmənzilli binanın 1-ci blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan iki otaqlı 20 saylı mənzili almış, həmin mənzilə dair xx.xx.2006-cı il tarixdə MTK ilə aralarında müqavilə bağlanmış, bundan sonra iddiaçı tərəfindən pul vəsaiti tam ödənilmişdir, lakin MTK-nın sədri müqavilədə bəzi qeydlər etməli olduğunu bildirərək müqaviləni verməmiş, düzəlişlər etdikdən sonra ona məlumat verəcəyini bildirmişdir, mənzilin müəyyən olunan dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Mənzilin dəyərinin tam olaraq ödənilməsi və mənzil tikinti kooperativinə borcunun olmaması barədə iddiaçıya maliyyə arayışı da verilmişdir. Bununla belə, iddiaçının bütün tələblərinə baxmayaraq MTK rəhbərliyi həmin mənzilə dair iddiaçı ilə bağlanılan müqavilənin nüsxəsi, eləcə də kooperative payçı olmağı barədə protokoldan çıxarış və mənzilin eskiz-planı iddiaçıya təqdim edilməmişdir .Bundan əlavə, mənzilin mülkiyyətçisi kimi həmin mənzilə sərbəst şəkildə daxil olmaq, mənzildə təmir-tamamlama işləri aparmaq istəsə də, cavabdeh təşkilat iddiaçıya mane olmuş, mənzil üzərində sahiblik hüquqlarımı pozmuşdur.Cavabdeh təşkilata bu barədə yazılı qaydada müraciət edib müqavilənin, protokolun və eskiz-planın nüsxəsini tələb etsǝ də, cavabdeh tərəf iddiaçının bu müraciətini təmin etməmişdir. Aşağıda göstərilən əsaslara görə, ünvan 1 ünvanda, 5-ci massivdə inşa edilən çoxmənzilli binanın 1-ci blokunda, 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 95 kv.m olan iki otaqlı 20 saylı mənzilə dair Cavabdeh MTK ilə bağlanılan 27 aprel 2006-cı il tarixli müqavilənin nüsxəsinin, eləcə də kooperative payçı olmağım barədə protokoldan çıxarışın, eləcə də mənzilin eskiz-planının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməlidir. Sonda Qanuni nümayəndə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Mənzil Tikinti Kooperativinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində ifadə verən xx.xx.1972-ci il təvəllüdlü X1 bildirmişdir ki, ünvan 1, massiv 5 ərazisində yerləşən və Cavabdeh MTK-ya aid binanın komendantıdır, 2020-ci il tarixdən həmin binada işləyir, keçən il İddiaçı ona yaxınlaşıb, müqaviləni və çıxarış almaq istədiyini bildirib, o da Ramizi sədrin yanına aparıb, aralarındakı anlaşmazlıq müqavilə və çıxarış barəsində olub, lakin o bütün söhbətlərdə iştirak etməyib, binada bu mənzildən başqa boş mənzil yoxdur, hamısı satılıb, onun sənədlər barədə dəqiq məlumatı yoxdur, lakin binadan mənzil almaq istəyən şəxslə müqavilə bağlanılır, sonra digər işlər görülür, əgər Ramiz pul ödəyibsə, deməli müqaviləsi var, binada su, qaz, işıq xətləri ümumidir, qəbzlərdəki ödənişlər Ramizə aiddir, İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli Mədaxil orderindən görünür ki, İddiaçı, Cavabdeh MTK-nin kassasına mənzil üçün 25368 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, G.Şıxlinski küçəsi, 29/42 5-ci massivində inşa edilən yüksəkmərtəbəli binanın 1-ci blokunda, 6-cı mərtəbəsində iki otaqlı 95 kv.m sahəsi olan mənzilin dəyəri İddiaçı tərəfindən ödənilmişdir, MTK-ya borcu yoxdur. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdə qaz, su, elektrik sayğacları üçün 1500 manat ödənilmişdir. İş materiallarında olan DƏDKR X3 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1, massiv 5, 20 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, G.Şixlinski küçəsi 29/42 ünvada, 5-ci massivdə yerləşən ünvan 1 ünvada, 5-ci massivdə yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli binanın 1-ci blokunda, 6-cı mərtəbəsində yerləşən, 2 otaqlı 20 saylı mənzilin ümumi daxili sahəsinin 95,08 kv.m təşkil etdiyi müəyyən olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, mənzil ünvan 2 ünvanda 5-ci massivdə inşa edilən çoxmənzilli binanın 1-ci blokunda 6-cı mərtəbədə yerləşir, 20 saylı mənzildir. Mənzil 2 otaqlıdır və təmirsizdir. Blokda olan mənzillər soldan sağa olmaqda 17-18-19-20 olaraq sıralanmışdır. Baxışda iştirak edən və özünü Cənnət MTK-nın komendantı X1 bildirir ki, mənzilin alınması ilə İddiaçı Cənnət MTK-ya yaxınlaşmışdı və daha sonra mənzilə baxış üçün də gəlmişdir. Mənzil binanın 1-ci blokunda 6-cı mərtəbədə yerləşir və 20 saylı mənzildir. Mənzilin sahəsi 95 kv metrdir. Eyni zamanda mənzilə giriş üçün mənzilin qapısını 2 gün əvvəl qırmışdır səbəb isə mənzilə baxış keçirilməsi olmuşdur. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1, massiv 5, 1-ci blok, 6-cı mərtəbədə sahəsi 95 kv.m olan 20 saylı mənzilin İddiaçı satılmasına dair tərəflər arasında müqavilə bağlanmış, buna görə də xx.xx.2006-cı il tarixdə 25368 manat pul iddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş, iddiaçının mənzilə dair icra edilməmiş hər hansı öhdəliyi qalmamışdır, mənzil 2 otaqlıdır və təmirsizdir, mənzil rəsmi reyestrdə qeydiyyata alınmamışdır, iddiaçı mənzilə dair öhdəliklərini tam icra etsə də, cavabdeh öhdəliklərini tam icra etməyərək mənzilə dair sənədləri (müqavilə, kooperativə payçı olmağı barədə protokoldan çıxarış, mənzilin eskizplanı) iddiaçıya təhvil verməmiş, iddiaçının mənzildən istifadəsinə maneələr yaradılmış və mənzil faktiki olaraq iddiaçıda olsa da, ona rəsmi qaydada təhvil verilməmişdir. Bununla belə, mənzilin və ona aid sənədlərin iddiaçıya təhvil verilməsini, onun mənzildən istifadə və sahibliyini istisna edən hallar müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı mənzilin razılaşdırılmış məbləğini tam ödədiyindən, mənzil ilə bağlı hər hansı icra edilməmiş öhdəliyi qalmadığından iddiaçının mənzilin və mənzilə aid sənədlərin təhvil verilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcələnin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcələnin 752.2-ci maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcələnin 762-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi presedentində formalaşdırılan hüquqi mövqeyə görə, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncü qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir (bax, Ceyms və digərləri Birləşmiş Krallığa qarşı, 21 fevral 1986-cı il tarixli qərar, A seriyaları, s. 29-30, § 37). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1, massiv 5, 1-ci blok, 6-cı mərtəbədə sahəsi 95 kv.m olan 20 saylı mənzil və məzilə aid sənədlər (müqavilə, kooperativə payçı olmağı barədə protokoldan çıxarış, mənzilin eskiz-planı) cavabdeh tərəfindən iddiaçıya təhvil verilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından dövlət rüsumu kimi ödənilmiş 100 manat cavabdehə aid edilməli və həmin məbləğ onlardan müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1, massiv 5, 1-ci blok, 6-cı mərtəbədə sahəsi 95 kv.m olan 20 saylı mənzil Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin. ünvan 1, massiv 5, 1-ci blok, 6-cı mərtəbədə sahəsi 95 kv.m olan 20 saylı mənzilə aid sənədlər (müqavilə, kooperativə payçı olmağı barədə protokoldan çıxarış, mənzilin eskiz-planı) Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-973/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-973/2025
11.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver