Məhkəmə qərarları › İş №2(011)-986/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-986/2025

18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-986/2025 18.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X9, X10 cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi” barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə ‘’Bakı-İnşaat-2005" MTK tərəfindən inşa edilmiş hündür mərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin ½ hissəsində payının ona verilməsi və həmin 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə dair kooperativ paya X4 payı 1/2 hissədə, 1/2 onun payı müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə iddianın təmin tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edilmiş və Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2016-cı tarixli 2(003)-6235/2016 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə “Bakı-İnşaat-2005" MTK tərəfindən inşa edilən hündür mərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, mənzil 52 nömrəli mənzilin başqa şəxslərin adına rəsmiləşdirilməsi "xxxx" MTK-nə qadağan edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1386/2018 saylı 10 yanvar 2018-ci il tarixli qətnaməsi ilə Xəzər rayon Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli 2 (102)-3361/2018 saylı qətnaməsi ilə kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1386/2018 saylı 10 yanvar 2018-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, qeyd olunan məhkəmə araşdırmalarının bütün mərhələlərində cavabdeh işə cəlb edilmişdir. Buna baxmayaraq, cavabdeh olaraq payı “1/2” hissədə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilini qanunsuz və əsassız olaraq satmışdır. Halbuki, mənzilin satılmasının qadağan edilməsi barədə Xəzər Rayon Məhkəməsinin müvafiq qərardadı da mövcuddur, həmçinin məhkəmə prosesləri zamanı o dəfələrlə MTK-nın məsul şəxslərinin yanında olmuşdur, onlara məsələ ilə əlaqədar münasibətini bildirmişdir və onlar ona cavab olaraq bildiriblər ki, “siz narahat olmayın məhkəmə araşdırması bilənədək onlar həmin mənzili sata bilməzlər”. Belə olan halda cavabdehin mənzilin satılması barədə eyni nömrəli alqı-satqı müqaviləsinin bağlandığı şəxsin kim olması məlum deyildir. Eyni zamanda həmin şəxsin 52 saylı mənzilə pay hüququnun olub-olmaması məlum deyildir. Görünür cavabdeh mənzili satmaqla vicdanlı alıcı görüntüsü yaratmaq və onun pozulmuş hüququnun bərpasını aradan qaldırmaq məqsədilə işdə mövcud olmayan digər şəxsi qoşmaqla bu addımı almış və onun vasitəsilə də mübahisəli mənzil maraqlı şəxsə satmışdır. Onu da qeyd edir ki, 30 noyabr 2016-cı il tarixdə Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə icra vərəqəsi verilərək iş icraya yönəldilmiş və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə xx.xx.2018-ci il tarixdə məlumat verilmişdir. Cavabdehin qeyd etdiyi etiraz əsaslı olmadığından qəbul edilməməlidir və bu onun konstitusyon hüququnun pozulması kimi qiymətləndirilməlidir. Daha sonra İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X11 və X6 üçüncü şəxslər kimi qismində işə cəlb edilməsini; Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küç. 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə 1/2 hissədə payının "xxxx" MTK-dan alınaraq ona verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi; X5 adına 52 saylı mənzilə alınmış çıxarışın etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X11 və X6 üçüncü şəxslər qismində işə cəlb edilməsini; Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı xx.xx.2016-cı il qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küç. 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə 1/2 hissədə payının "xxxx" MTK-dan alınaraq ona verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, məhkəmə qərarı ilə Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küç. 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin 1/2 hissəsi məhkəmə qərarına əsasən ona ayrılmışdır. "xxxx" MTK ondan icazəsiz olaraq sahəni başqa şəxslərə satıb. Məhkəmə qərarı ilə satışa qadağa qoyulmuşdur. O, sahənin ½ hissəsinin ona verilməsini xahiş edir. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14, X9, X10 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iş materialların əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin icraatında olan 2(003)-6235/2016 saylı məhkəmə işini ilə tanış olduqda görünür ki, məhkəmə mübahisəli mənzil üzərində deyil də, həmin mənzilin alınması üçün ödənilən pulun üzərində ər arvadın ½ hissədə payını məyyən etmişdir. Belə ki, hal-hazırki iş üzrə iddiaçı və onun keçmiş həyat yoldaşı olan cavabdeh X7 qarşı əmlak tələbi ilə bağlı Xəzər rayon Məhkəməsini icraatında iki iş olmuşdir. Onlardan birinci iş üzrə yekun məhkəmə qərarı ilə iddiaçının mübahisəli mənzilə dair iddiası təmin edilməmiş, ikinci tələbi üzrə də əmlakın alınması üçün xərclənən pulun üzərində tərəflərin pay hüququ müəyyən edilmişdir. İddiaçının hal-hazırki iş üzrə iddia tələbinin əsaslandırma hissəsində və iddia tələbmdə istinad etidiyi Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə (hakim Z.Axundova) nəzər salınsa görülər ki, iddiaçın iddiası qismən təmin edərək, Bakı şəhəri, Q.Məmmədov küçəsi, 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin alınması üçün X10 ilə MTK arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləği təşkil edən həmin mənzilə dair kooperativ paya X4 payının 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir . Belə olan təqdirdə hal-hazırki iş üzrə iddiaçmın bu cür iddia qaldırmasına sübyektv hüququ belə yoxdur. Bakı şəhər Xəzər rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı, 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim Z.Axundova) Bakı şəhəri, Q.Məmmədov küçəsi, 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin alınması üçün X10 ilə MTK arasında bağlanılmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləğ təşkil edən həmin mənzilə dair kooperativ paya X4 payının ½ hissədə,İddiaçı payının ½ hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Və iddiaçınn cavabdehlərə qarşı "Bakı şəhəri, Q.Məmmədov küçəsi, 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış evinin 2-ci girişinin, 6- cı mərtəbəsindəki, 52 nömrəli mənzilə ½ hissədə payının "xxxx" MTK-dan almaraq iddiaçıya verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanılmış müqavilənin etibarsız hesab edilməsi, X5 adına 52 saylı mənzilə alınmış çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasına dair iddia qaldırmasına subyektiv hüququ belə yoxdur. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MTK-nın xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov 47-ci məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasında 2-ci giriş, 6-cı mərtəbədəki 52 saylı mənzil üçün "xxxx" MTK rəhbərliyi ilə İsmayılov F.İ. arasında 03 yanvar 2013-cü ildə 77 saylı alqısatqı müqaviləsi tərtib edilmişdir. Mənzilin ümumi dəyəri 63 450 (altmış üç min dörd yüz əlli) manat təşkil edilmişdir. Həmin mənzil üçün 37 500 (otuz yeddi min beş yüz ) manat ödəmişdir. Müqavilənin şərtlərinin 6-cı bəndinə əsasən mənzilin dəyərinin tam dəqiqləşdirilməsi üçün 24 ay vaxt verilmişdir. X3 müqavilənin 6-cı bəndini yerinə yetirməmişdir. Buna görə müqavilənin 7-ci bəndinə əsasən 52 saylı mənzil mübahisəli olaraq qalmaqdadır. İş materiallarında olan "xxxx" MTK-nın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, mübahisəli mənzil X10 tərəfindən X1, daha sonra X14 mənzili X2. X9 həmin mənzil üçün çıxarış alaraq mənzilin tam mülkiyyətçisi olmuşdur. Alqı-satqı müqavilələrinin MTK tərəfindən rəsmiləşdirilməsi X10 tərəfindən Bakı şəhəri Xəzər Rayonu Məhkəməsinə şikayət ərizəsinin təmin olunması nəticəsində verilmiş xx.xx.2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qərardadı əsasında həyata keçirmişdir. Qeyd edir ki, İddiaçı yuxarıda qeyd olunan qərardadın ləğvilə bağlı xx.xx.2017-ci il tarixdə yenidən müraciət etsədə məhkəmə şikayəti təmin etməyib. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 yanvar 2016-cı il tarixli, 2(003)-34/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişi, 6-cı mərtəbəsindəki 52 saylı mənzilə dair cavabdeh X10 ilə «Bakı-İnşaat-2005” MTK arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 №-li müqaviləyə bərabər paylı alıcı qismində İddiaçı adının müqaviləyə daxil edilməsi və qeyd olunan müqavilənin dəyişdirilməsinin «Bakı-İnşaat- 2005” MTK-nın rəhbərliyinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli, 2(103)-3939/2016 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-34/2016 saylı iş üzrə 14 yanvar 2016-cı il tarixli qətnaməsi “Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilə dair X10 ilə "xxxx" MTK arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 №-li müqaviləyə bərabər paylı alıcı qismində İddiaçı adının daxil edilməklə qeyd olunan müqavilənin dəyişdirilməsinin MTK-nın rəhbərliyinə həvalə edilməsi” hissəsində ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 noyabr 2016-cı il tarixli, 2(102)-5420/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 may 2016-cı il tarixli, 2(103)-3939/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi qismən təmin edilərək, X10 və X19 arasında 18 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli 4Ə-233 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilinə dair X13 adına verilmiş xx.xx.2015-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı mənzilində X4 payı 1/2 hissədə, İddiaçı payı 1/2 hissədə müəyyən edilməsi, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi məhəllə 2146, 23 saylı evin 48 saylı X19 ailə üzvləri və əşyaları ilə birlikdə çıxarılması, Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin alınması üçün 03 yanvar 2013cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37500 manat məbləğ təşkil edən həmin mənzilə dair kooperativ paya X4 payı 1/2 hissədə, İddiaçı payının 1/2 hissədə müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2018-ci il tarixli, 2(103)-1386/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı, cavabdehlər X13 və X4 apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə onunla əsaslandırılmışdır, ki işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehlər "xxxx" MTK ilə Fərhad İsmayılov arasında bağlanmış 03 yanvar 2013cü il tarixli 77 saylı müqaviləyə əsasən MTK Bakı şəhəri Xətai rayonu Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə tikilən binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzili kooperativdəki payı olaraq Fərhad İsmayılova verməyi, sonuncu isə payın dəyəri üzrə 63.450 manat məbləğində pay dəyərini ödəməyi öhdəsinə götürmüş, 37.500 manat ("xxxx" MTK-nın xx.xx.2015-ci il tarixli məktubundan müəyyən olunur) ödəniş etmişdir. Göründüyü kimi 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37.500 manat kooperativdəki pay olaraq cavabdeh F.İsmayılovla iddiaçının ümumi birgə mülkiyyətində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2018-ci il tarixli, 2(102)-3361/2018 saylı qərarından görünür ki, cavabdeh X10 və vəkili Cəfərov Fərman Dəmir oğlunun kassasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 yanvar 2018-ci il tarixli, 2(103)-1386/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli 2(003)-6235/2016 saylı qərardadının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, məhəllə 2146, ünvanında yerləşən 23 saylı evin 48 saylı mənzilinin üzərinə həbs qoyulması və həmin mənzilin özgəninkiləşdirilməsinin cavabdeh X15 qadağan edilməsi, Bakı şəhəri, Xətai rayonu Q.Məmmədov küçəsi, 2947 saylı məhəlləsi "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin başqa şəxslərin adına rəsmiləşdirilməsinin "xxxx" MTK-nə qadağan edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(003)-6235/2016 saylı qərardadından cavabdeh X10 tərəfindən verilmiş şikayətin qismən təmin olunması, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli , 2(003)-6235/2016 saylı qərardadının Bakı şəhəri, Xətai rayonu, Q.Məmmədov küçəsi, 2947 saylı məhəllədə "xxxx" MTK tərəfindən inşa edilən hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzilin başqa şəxslərin adına rəsmiləşdirilməsinin "xxxx" MTK-nə qadağan edilməsi hissəsində ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin həmin hissədə təmin olunmaması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Ərazi İdarəsi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli sorğuya ünvanlanmış cavab məktubundan görünür ki, ünvan 3 ünvanı ”Bakı-İnşaat-2005” MTK üzvlərinin ümumi iclasının 65 nömrəli xx.xx.2019-cu il tarixli protokoldan çıxarışa və 65 nömrəli xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 755-ci maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə əsasən, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, işin araşdırılmış hallarından müəyyən edilir ki, X16 Məmmədova 08 iyul 2008-ci il tarixdə evlənmişlər. Onların birgə nikah dövründə "xxxx" MTK ilə Fərhad İsmayılov arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 sayh müqaviləyə əsasən MTK Bakı şəhəri Xətai rayon Q.Məmmədov küçəsi 2947 saylı məhəllədə tikilən binanın 2-ci girişinin 6-cı mərtəbəsindəki 52 saylı mənzili kooperativdəki payı olaraq Fərhad İsmayılova verməyi, sonuncu isə payın dəyəri üzrə 63.450 manat məbləğində pay dəyərini ödəməyi öhdəsinə götürmüş, 37.500 manat ("xxxx" MTK-n xx.xx.2015-ci il tarixli məktubundan müəyyən olunur) ödəniş etmişdir. Bu əmlakın bölgüsünə dair tərəflərin arasında mülki mübahisə olmuş, həmin mübahisəyə Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilərək, müəyyən edilmişdir ki, qeyd edilmiş 03 yanvar 2013-cü il tarixli 77 saylı müqaviləyə əsasən "xxxx" MTK-ya ödənilmiş 37.500 manat dəyərində olan kooperativdəki pay üçüncü şəxs F.İsmayılovla iddiaçının nikah dövründə qazanılmış ümumi birgə mülkiyyətinə aiddir. İddiaçının "xxxx" MTK-nə qarşı yönəltdiyi Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə "xxxx" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilinə 1/2 hissədə payının "xxxx" MTK-dan alınaraq ona verilməsi barədə iddia tələblərinə münasibətdə məhkəmə qeyd edir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilə dair "xxxx" MTK ilə Fərhad İsmayılov arasında bağlanmış 03 yanvar 2013-cü il tarixli 77 saylı podrat müqaviləsi bağlanılmış, müqavilə üzrə ödəniş tam şəkildə icra edilməmişdir. Bu səbəbdən də mənzilə dair hüquqlar (podrat predmetinə dair podratçının sıfarişçiyə ötürdüyü hüquqlar) podratçı olan "xxxx" MTK tərəfindən sifarişçi qismində çıxış edən Fərhad İsmayılova ötürülməmişdir. Əksinə, işin mübahisəsiz halıdır ki, pay haqqı tam ödənilməməsi səbəbindən mənzilə dair hüquqlar Fərhad İsmayılova ötürülməmişdir, daha sonra mənzil X8 özgəninkiləşdirilərək, sonuncunun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da, iş materialları üzrə sözügedən podrat müqaviləsinin tam şəkildə icra olunması nəticəsində mübahisəli mənzilə dair əmlak hüquqlarının F.İsmayılova ötürülməsi öz təsdiqini tapmadığından mənzilin ½ hissəsinin iddiaçıya verilməsi barədə iddia tələbləri təmin edilməli deyil. Məhkəmə qeyd edir ki, X16 Məmmədovanın nikah dövründə əldə etdikləri ümumi birgə əmlak – mübahisəli mənzil deyil, "xxxx" MTK-də Fərhad İsmayılova məxsus olan dəyəri 37.500 manat təşkil edən kooperativ payıdır. Buna görə iddiaçının mənzilin ½ hissəsinin ona verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Çünki podrat müqaviləsinin tam icra edilməməsi səbəbindən, mübahisəli mənzilə dair əmlak hüquqları F.İsmayılova ötürülməmişdir. Həmin mənzilin özgəninkiləşdirilməsi barədə əqdin etibarsızlığı tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçının mənzilin yarısını tələb etməyə subyektiv hüququ olmadığından, sonuncunun həmin mənzilin özgəninkiləşdirilməsinə dair əqdləri də mübahisələndirməyə sübyektiv hüququ yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə ‘’Bakı- İnşaat-2005" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin ½ hissədə ona verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Q.Məmədov küçəsi, 2947-ci məhəllədə ‘’Bakı-İnşaat-2005" MTK tərəfindən inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 2-ci girişinin, 6-cı mərtəbəsindəki, 52 nömrəli mənzilin ½ hissədə payının iddiaçıya verilməsi və 52 saylı mənzillə bağlı üçüncü şəxslərlə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbləri təmin edilməsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar