Məhkəmə qərarları › İş №2(011)-9906/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-9906/2024

27.12.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-9906/2024 27.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayədəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətəi rayonu, Zakir Yusifov küçəsi 58 "T" saylı mənzilində qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü X9 xx.xx.2008-ci il tarixdə ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayədəsi və vəkili Vəkil daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 58 "T" saylı mənzilində qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü X9 xx.xx.2008-ci il tarixdə ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayədəsi və vəkili Vəkil daha sonra ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi 58 "T" saylı mənzilində qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü X9 ölmüş elan edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X6 2008-ci ilin avqust ayında xəbərsiz evdən getmiş, bir daha geri qayıtmamışdır. Ərizəçi bildirir ki, o, əvvəllər Ukrayna Respulikasının müxtəlif şəhərlərinə mövsümü işlə əlaqədar olaraq işləmək üçün gedərkən onunla əlaqə saxlaya bilsələr də, artıq uzun müddətdir ki, onunla əlaqə saxlaya bilmirlər. Dəfələrlə yaxın qohumların iştirakı ilə onu axtarmağa çalışsalar da, tapa bilməmişlər. Ümumiyyətlə onun barəsində heç bir məlumat əldə olunmamışdır. X9 itkin düşməsi ilə bağlı Xətai RPİ- nə bu barədə məlumat verilmişdir. Lakin Xətai RPİ-nin polis şöbəsinin təhqiqatçısı, polis mayoru Müşviq Cəbrayılov tərəfindən müraciətə xx.xx.2024-cü il tarixdə rəsmi cavab məktubu göndərilərək X6nun itkin düşməsi ilə əlaqədar mövcüd qanunvericiliyə əsasən itkin düşmüş şəxslər 10 ildən artıq artıq müddətdə tapılmadıqda, ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi alınması üçün məhkəmə orqanlarına müraciət edilməli olduğundan, cinayət işinin başlanılmasını rədd edilməsi barədə qərar qəbul etmişdir. X6 barədə heç bir məlumat olmasa da, bu günədək onun xəbərsiz itkin düşməsi ilə bağlı məhkəməyə müraciət etməmişlər. Lakin X6nun xəbərsiz itkin düşməsi səbəbindən daşınmaz əmlakın idarə olunmasına dair rəsmiləşdirmə işləri apara bilmirlər. Belə ki, X9 iştirakı tələb olunur. Sonuncu dəfə 2022-ci ilin mart ayında tanımadıqları bir şəxs Ukrayna Respublikasından whatsapp vasitəsilə zəng vuraraq atasının, yəni X9 Ukrayna Respublikasının Kiyev vilayətinin Buça şəhərində dağıntılar altında qalması barədə məlumat vermişdir. Bundan başqa heç bir xəbər alınmamışdır. X6 ilə anası X1 birgə nikah zamanı əldə etdikləri əmlakın idarə olunması və əmlak üzərində sərəncam verilməsi üçün İlqar Alıyevin tapılması və ya ölmüş elan edilməsi lazımdır. Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7174/2024No-li qətnaməsi ilə atası İ. Alıyev xx.xx.2008-ci il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi və onun nümayədəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.1967-ci il təvəllüdlü X11 xx.xx.2008-ci il tarixdən etibarən xəbərsiz itkin düşmüş hesab edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1967ci il tarixdə Ağsu rayonunda anadan olmuşdur. İş materiallarında olan, Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X9 xəbərsiz itkin düşməsi və ya ölmüş elan edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında X6nun evdən çıxıb getməsi faktında cinayət hadisəsi müəyyən olunmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan, Bakı Şəhər Xətai Rayon Polis İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1967-ci il təvəllüdlü X5 qeydiyyat ünvanı (yayış ünvanı) ünvan 2aqla barəsində inzibati məsuliyyətə cəlb olunma və məhkumluğun olmaması müəyyən olunmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilən məktubdan görünür ki, xx.xx.1967-ci ildə Azərbaycan Respublikasının Ağsu rayonunda anadan olmuş X9 Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamış və onun Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır, habelə İ.B.Alıyevin digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. İş materiallarında olan, Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X9 inzibati məsuliyyətə cəlb olunması haqqında məlumat mövcud olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X9 xx.xx.2008-ci il tarixdən xx.xx.2024-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında sonuncu dəfə xx.xx.2008-ci il tarixdə ölkədən çıxışı qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, X2 həyat yoldaşıdır, İlqar 2008-ci il də Ukranyaya işləmək üçün getmişdir, ilk vaxtlar əlaqə olsa da sonradan münasibətlər kəsilmiş, 16 ildir ki, əlaqə yoxdur, bu müddət ərzində atası və anası rəhmətə getmişdir,onların dəfnlərində belə iştirak etməmişdir. Məhkəməyə müraciət etməkdə əsas məqsəd dövlət orqanlarına müraciət edərkən İlqarın imzasının lazım olması və sənədləşmə zamanı problemlərin yaranmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında bildirmişdir ki, X9 üzbəüz qonşusudur, 16-17 ildir burda yoxdur, ailəsi ilə əlaqəsi uzun müddətdir ki, kəsilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, X9 qonşusudur, 16-17 ildir burda yoxdur, ailəsi ilə əlaqəsi uzun müddətdir ki, kəsilib. Evdən gedəndə uşaqları balaca idi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1- ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2- ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4- cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1- ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 42.2- ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 42.3- cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. Həmin Məcəllənin 42.4- cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 305.1.2-ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 312 –ci maddəsinə əsasən, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən, ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə görə, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə əsasən, xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və onun nümayəndəsi və vəkilinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X9 xx.xx.2008-ci il tarixdən xx.xx.2024-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında sonuncu dəfə xx.xx.2008-ci il tarixdə ölkədən çıxışı qeyd edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.1967-ci il təvəllüdlü X11 xx.xx.2008-ci il tarixdən etibarən xəbərsiz itkin düşmüş hesab edilmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1- ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3- cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Beləliklə, xx.xx.1967-ci il təvəllüdlü X9 2008-ci il tarixdən ölkədən çıxması və ölkəyə bira daha qayıtmaması, yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddətdə məlumatın olmaması, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7174/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə itkin düşmüş şəxs hesab edilməsi və ərizəçinin onun axtarışı üçün müraciət etdiyi müvafiq qurumların apardığı tədbirlərin nəticəsiz qalması iş materialları ilə sübut edilir. Məhkəmə hesab edir ki, hüquqi faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından, ərizə təmin edilərək, xx.xx.1967-ci il təvəllüdlü X11 ölmüş elan edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X11 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün X9 ölüm günü hesab edilsin. xx.xx.1967-ci il təvəllüdlü X9 ölümü barədə qeydin aparılması Bakı şəhər Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar