Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-999/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər qarşı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18 və X1 qarşı “ümumi paylı mülkiyyətdə olan mənzilin naturada ayrılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər qarşı Cavabdeh1 qarşı – ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı evin onun istifadəsində olan 2 otaq olmaqla 56,64 kv.metr hissənin payına uyğun olaraq naturada ayrılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birlikdə uzun illərdir ünvan 1 ünvanda yerləşən mənzildə yaşayır və həmin mənzil iddiaçı olaraq X2 paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 1 ünvanda yerləşən mənzil xx.xx.2021ci il tarixdə adına paylı mülkiyyət hüququ tanınmışdır. İstifadəsində olan hissənin ümumi sahəsi 2 otaq olmaqla 56,64 kv.metrdir və həmin hissə onun paylı mülkiyyətindədir. Mübahisəli mənzil olan ünvan 1 ünvanda yerləşən mənzilin digər paylı mülkiyyətçiləri var və qalan hissə isə Cavabdeh1 mülkiyyətindədir. Digər paylı mülkiyyətçilər və Cavabdeh1 ilə onun mənzilinin giriş çıxış qapıları ayrılmışdır və hətta hər birinin ayrıca giriş qapısı vardır və həmin qapılar onların mənzillərini tam ayırmışdır. Digər paylı mülkiyyətçilər onun qonşularıdır və evin qalan hissə isə Cavabdeh1 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ona verilmiş çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 56,64 kv.metr olan mənzil onun paylı mülkiyyətindədir. İddiaçı olaraq İddiaçı qeyd olunan ünvan 1 ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə yaşayır. Ümumi paylı mülkiyyətində olan evdən onun payının naturada ayrılmasını arzu edir. Lakin cavabdeh olan Cavabdeh1 ilə aralarında mübahisə olduğu üçün razılıq əldə etmək mümkün deyildir. Ona görə də ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində payının naturada ayrılmasını və istifadəsində olan həmin hissənin adına rəsmiləşdirmək istəyir. İddiaçı sonradan iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, X3 və Cavabdeh18 iş üzrə digər cavabdehlər və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, X3 və Cavabdeh18 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclasının yeri və vaxtı barəsində lazımı qaydada xəbərdar edilsələr də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyetrindən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasının 4-cü mərtəbədən 2 otaqlı mənzil (ü/s – 56,64 kv.metr) İddiaçı adına xüsusi mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Həmin yaşayış binasından digər pay sahibləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh15, Cavabdeh16, Cavabdeh17, X4, X5 və Cavabdeh18dır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/2503 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, 3 saylı evin 5ci mərtəbəsində yerləşən ümumi sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərinin paylarına uyğun şəkildə naturada (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş üzrə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında keçirilmiş yerli müayinə protokolundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən çoxmərtəbəli bina giriş-çıxış üçün bir blokdan istifadə olunur, binanın hər mərtəbəsində 4 ədəd mənzil yerləşir, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən binada yerləşən sahəsi 56,64 kv.metr olan mənzil iddiaçıya məxsusdur, sözügedən 2 otaqlı mənzilə baxış keçirilərkən mənzilin ayrı giriş-çıxış qapısının olması, mənzilin mətbəx, tualet, hamam otağının digər mənzillərdən ayrı yerləşdiyi, mətbəx, tualet, hamam otağının istifadəsinin digər mənzillərə mane olmadığı müəyyən edilmişdir və Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən mübahisəli məzillin naturada ayrılması texniki cəhətdən mümkündür. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçıya daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən, daşınmaz əmlakın ümumi sahəsi 1398 kv.metr olaraq göstərilmiş və digər cavabdehlərlə birlikdə iddiaçı göstərilən binada paylı mülkiyyət hüququna malikdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilinin iddiaçının payına uyğun olaraq naturada ayrılması üçün heç bir maneə yoxdur. Belə ki, iş üzrə aparılmış tikinti-texniki ekspertizası ilə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən yaşayış binasında yerləşən sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzilin naturada ayrılmasının qeyri-mümkün olduğu müəyyən edilsə də, lakin həmin ünvanda aparılmış yerli müayinə ilə İnşaat Norma və Qaydalarına və metodik tövsiyənin tələblərinə müvafiq olaraq 2 otaqlı mənzilə baxış keçirilərkən mənzilin ayrı giriş-çıxış qapısının olması, mənzilin mətbəx, tualet, hamam otağının digər mənzillərdən ayrı yerləşdiyi, mətbəx, tualet, hamam otağının istifadəsinin digər mənzillərə mane olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Qeyd edilən Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Yenə həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli yaşayış evinin İddiaçı məxsus olan payının naturada ayrılması texniki cəhətdən mümkün olduğundan, həmçinin ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olduğundan, mövcud iddia tələbi təmin edilərək, iddiaçının istifadəsində olan hissə onun payına uyğun olaraq ayrılmalıdır. Məhkəmə həmçinin iddiaçı tərəfin razılığına əsasən, hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci iddiaçıya aid edilməli və ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 3 ünvanında yerləşən İddiaçı istifadəsində və mülkiyyətində olan sahəsi 56,64 kv.metr olan 2 otaqlı mənzil onun payına uyğun olaraq naturada ayrılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №2(011)-999/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-999/2022
10.06.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver