Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1009/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi,1, «Saray H, yaşayış kompleksi» ev 68, mənzil 12-dən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, mənzil 12 mülkiyyət hüququ ilə ona məxsusdur. Sözügedən mənzili “Daşınmaz əmlakın VN-İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci ildə X2 almışdır. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin X6 tərəfindən xx.xx.2020-ci ildə Çıxarış verilmişdir, Cavabdeh mənzilin keçmiş mülkiyyətçisinin uzaq qohumudur. Cavabdehin onun mənzilində qeydiyyatda olması onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehin qeydiyyatı formal xarakter daşıyır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Cavabdeh qızının «istifadə hüququna xitam verilməsi» tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Cavabdeh nümayəndəsi X4 bildirmişdir ki, Cavabdeh onun xalasının nəvəsidir və o, 5 ildir ki, xaricdə yaşayır. Cavabdehə sənəd ala bilməsi üçün onu sözügedən mənzilə o qeydiyyata saldırmışdır. Hazırda isə mənzilini satmışdır, cavabdeh də iddiaçının evində qeydiyyatda qalmışdır. Hazırda cavabdeh qeydiyyatdan çıxarılmasına razıdır. Cavabdeh Azərbaycana gələndə yenə də onun mənzilində yaşayacaqdır. Ona görə də iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, mənzil 12ünvanı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam pay huququ ilə ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, mənzil 12 ünvanında İddiaçı və digər şəxs xx.xx.1992 təvəllüdlü Cavabdeh qeydiyyatdadır. -Bakı-Nəsimi RPİ tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Dağlıq Qarabağ, Xocalı şəhərində anadan olmuş, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatdadır. -xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X1 İlhamə Famil qızına Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, mənzil 12 ünvanında yerləşən ümumi sahəsi 43.3 kv.m, yaşayış sahəsi olan mənzili 52000 (əlli iki min) manata satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1. maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətinə və xx.xx.2020-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, 12 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir, lakin xüsusi mülkiyyətində Cavabdeh daimi qeydiyyata qalmışdır və cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını lazımi şəkildə həyata keçirməsinə maneçilik törədərək onun bu hüququndan tam istifadə etmək imkanını məhdudlaşdırmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh, İddiaçı məxsus mənzildən istifadə etməməsinə baxmayaraq formal olaraq istifadə hüququ qalmışdır, bu isə mülkiyyətçinin mülkiyyət hüququndan sərbəst qaydada istifadə etməsini mədudlaşdırır. Ona görə də iddia təmin edilməli, Cavabdeh iddiaçıya məxsus evə olan istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4. maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsada, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə məhkəmə qanunun tələblərini, Avropa məhkəmə tərcübəsini rəhbər tutub, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, mənzil 12 ünvanından formal olaraq istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia əsaslı olduğundan təmin edilməli və Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, 1, “Saray H, yaşayış kompleksi” ev 68, mənzil 12 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilməlidir. İstifadə hüquqlarının itirilmiş hesab edilməsi cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsi, “Saray H yaşayış kompleksi” ev 68, mənzil 12 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.
Məhkəmə qərarları › İş №2(012)-1009/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1009/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver