Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1031/2023 05.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Ərizəçi vəkili Vəkil iştirakı ilə, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1932-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonu, Pənbək kəndində doğulması, doğum haqqında akt qeydinin “ata” qrafasında X1, “ana” qrafasında X5, “milliyyəti” qrafasında isə azərbaycanlı yazılması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd olunanların qalan hissədə saxlanılmaq şərtilə, bu barədə doğumun qeyd edilmə faktının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə qeyd olunanların qalan hissədə saxlanılmaq şərtilə, bu barədə doğum akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1932-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş və hal-hazırda, Abşeron rayonu, Pirəkəşkül kəndində yaşayır. XX əsrin sonlarında öz dədə-baba yurdunu tərk etməyə məcbur olduğundan bütün əşyaları doğma yerində qalmış, şəxsi məlumatlarını təsdiq edən sənədləri itirmişdir. Doğum haqqında şəhadətnamə olmadığından bu günədək şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir. Bununla da bir vətəndaş kimi qanunla ona verilən hüquqlardan istifadə etmək imkanından məhrum olmuşdur. Nəticədə, yuxarıda qeyd edilənlər doğumun qeyd edilmə faktının müəyyən edilməsi üçün müvafiq tədbirlərin görülməsini zəruri etmişdir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, Ərizəçi “qırmızı pasport”u olmamışdır. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Ərizəçi tanıyır. O, 1990-cu ildən Abşeron rayonu Pirəkəşkül kəndinin sakinidir. Ərizəçi onun qonşusudur. O, hazırda, Abşeron rayonu 6 saylı Dost mərkəzində çalışır. Ərizəçi tək və kimsəsiz kimi həmin qurumda qeydiyyatdadır. Ondan illər öncə qeydiyyatda olmuş, 2020-ci ildən həmin qurumda işləyəndən sonra Ərizəçi işi onun öhdəliyinə verilmişdir. Ərizəçi heç vaxt ailəli olmamış, tək və kimsəsizdir. O, həftədə iki dəfə Ərizəçi bazarlığını edir və hər hansı bir işinin həll olunmasında yardımçı olur. Ərizəçi 2018-ci ilin avqust ayına qədər pensiyasını almışdır. Həmin tarixdən sonra şəxsiyyət vəsiqəsi olmadığından pensiyası dayandırılmışdır. Belə ki, əvvəl “qırmızı pasport” omuş və sonradan Ərizəçi onu itirmişdir. O, həmin sənədi Ərizəçi görmüş və sözügedən sənəd rus dilində olmuşdur. Sözügedən sənədi təqdim etmək mümkün deyildir. Ərizəçi Ermənistanlı olduğundan sözügedən sənəd arxivdə olmamışdır. Belə ki, elektron sistemə keçdikdən sonra arxiv ləğv olunmuşdur. Ərizəçi həqiqətən də adı, soyadı və ata adı “Ərizəçi” olmuşdur və qardaşı ilə birlikdə yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun xalasıdır, o, Ərizəçi bacısının qızıdır. Ərizəçi Ermənistan rayonu Basarkeçər rayonu Pənbək kəndində 1932-ci ilin dekabr ayında anadan olmuşdur. Xalası Abşeron rayonunun Pirəkəşkül kəndində (Çaylı kəndi) yaşayır. Xalasının yaşayışı bərbad vəziyyətdədir. Xalasının baxanı yoxdur, övladı olmamışdır. Xalası ailəli olmuş, övladı olmadığından boşanmış və bir daha evlənməmişdir. Xalasının boşanması tarixini xatırlamır, lakin bilir ki, o, 8-9-cu sinifdə oxuyardı. O, özü də Pənbək kəndinə anadan olmuş və yaşamış, məlum hadisələrlə bağlı o, özü də qaçqın düşmüşdür. Xalasının atasının adı Məmmədasadıq olmuş, soyadı Kazımov olmuş, lakin ata adını xatırlamır. Xalasının anasının adı, soyadı və ata adı X12 olmuşdur. Xalası qardaşı ilə birlikdə yaşayır, dayısının 87-88 yaşı var. O, özü də ayda bir-iki dəfə gedib kömək edir, yemək bişirir, çimdirir. Dayısı da yataq xəstəsi olmaqla gözü də çətinliklə görür və özlərini çox çətinliklə idarə edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Ermənistan Respublikası Vardenis rayonunda (əvvəlki Basarkeçən rayonu) anadan olmuşdur. Ərizəçi ilə o, Pənbək kəndində qapıbir qonşu olmuşdur. Məlum hadisələrlə bağlı Ərizəçi müxtəlif yerlərdə yaşamış, hazırda isə Abşeron rayonu Pirəkəşkül kəndində yaşayır. Ərizəçi ilə yalnız qonşuluq münasibətləri olmuşdur. Ərizəçi təvəllüdü ola bilsin ki, 1932-ci il olardı, doğum günü və ayını isə bilmir. Ərizəçi da Pənbək kəndində anadan olmuşdur. Ərizəçi qardaşı ilə birlikdə yaşayır, yaşadığı yeri görmüş və yaşadığı yer çox acınacaqlı vəziyyətdədir. Ərizəçi atasının adı və soyadı Məmmədaadıq Kazımov olmuş, anasının adı isə Nərgiz olmuş, soyadını isə bilmir. Ərizəçi anası məlum hadisələrdən 5-6 il əvvəl vəfat etmiş, həmin vaxt onun təxminən 30 yaşı olardı. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin vəkilinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. 162.2. maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti tərəfindən verilmiş 00016491 saylı üzvlük vəsiqəsinin surətindən görünür ki, Ərizəçi qeyd olunan cəmiyyətin üzvü olmuşdur. -Sovet Sosialist Respublikası tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli vəsiqənin surətindən görünür ki, Ərizəçi 1941-1945-ci il X8 iştirakı ilə əlaqədar medalla təltif edilmişdir. -Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 20628 saylı vəsiqənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki,Ərizəçi 1988-ci ildə Ermənistan Respublikasını tərk etmiş, vəsiqə 1996-cı ildə verilməklə 1997-ci ilədək etibarlı hesab edilmişdir. -xx.xx.2010-cu il tarixli 1409 saylı ambulator kartdan çıxarışdan görünür ki, Ərizəçi boyu 167 sm, göz rəngi mavi və qan qrupu İ qrup müəyyən edilmişdir. -xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-123A saylı 30802018 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 11 nömrəli qərarı ilə verilmiş Abşeron rayon Pirəkəşkül kəndində yerləşən 0.10 ha torpaq sahəsi X2 və Ərizəçi mülkiyyətinə verilmiş və bu barədə 9118 nömrə ilə qeydiyyat aparılmışdır. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2010cu il tarixli 1151 saylı arayışdan görünür ki, xx.xx.1932-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş Ərizəçi xx.xx.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşı sayılır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Ərizəçi 1990-cı ildən Abşeron rayonu Pirəkəşkül kəndində qardaşı X4 ilə birlikdə yaşayır. -Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-1111/15 saylı məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin vəkilinin izahatı, şahid ifadələri, həmçinin, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, Ərizəçi həqiqətən də xx.xx.1932-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonu, Pənbək kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adının digər sənədlər ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi xx.xx.1932-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonu, Pənbək kəndində anadan olması barədə fakt müəyyən edilərək bu barədə doğum akt qeydi bərpa edilməli və yeni şəhadətnamədə ərizəçinin doğum tarixi “xx.xx.1932-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Basarkeçər rayonu, Pənbək kəndi”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X12” milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1932-ci il tarixdə Ermənistan Respublikası, Basarkeçər rayonu, Pənbək kəndində doğulması ilə bağlı vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktı müəyyən edilsin. Yeni şəhadətnamədə Ərizəçi doğum tarixi “xx.xx.1932-ci il”, doğulduğu yer “Ermənistan Respublikası, Basarkeçər rayonu, Pənbək kəndi”, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X3”, ana adı qrafasında “X12”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1031/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1031/2023
05.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver