Məhkəmə qərarları › İş №2(012)-1033/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1033/2022

06.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1033/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum aktı qeydinin bərpa olunması barədə ərizəsinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi doğum aktı qeydinin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə Ərizəçi doğum tarixinin xx.xx.1955-ci il, doğulduğu yerin Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X5”, ana adı qrafasında “X2”, milliyyətinin “azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, o, xx.xx.1955-ci il tarixdə Ermənistan SSR-nin Qafan rayonunda anadan olmuşdur. X3, anası isə X1r. Atası 1997-ci ildə, anası 1996-cı ildə vəfat etmişlər. Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən ailə üzvlərilə birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışlar. Hal-hazırda ailəsilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Babək küçəsində yerləşən 28 saylı evdə qeydiyyatdadır və uzun müddətdir ki, həmin evdə yaşayır. Hazırda zərurət yarandığı üçün müəyyən sənədləşmə işləri ilə bağlı ona doğum haqqında şəhadətnamə lazımdır. Bununla bağlı ilk öncə Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmiş, lakin müsbət cavab ala bilməmişdir. Buna görə də ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. O, doğum aktı qeydinin bərpası faktının müəyyən olunması məqsədini göstərmədi. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.6-cı bəndinə görə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Mülki-Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, Ərizəçi doğum aktı qeydinin bərpa olunmasının ona nə məqsədlə lazım olduğunu təsdiq edən sübutları ərizəsinə əlavə etmədiyindən, həmçinin həmin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdiyindən onun ərizəsi baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə Ərizəçi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi doğum aktı qeydinin bərpa olunması barədə ərizəsi baxılmamış saxlanılsın və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ona geri qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar