Məhkəmə qərarları › İş №2(012)-1033/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1033/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1033/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi və torpaq sahəsi üzərində inşa edilmiş tikilidən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq olan m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa olunmuş tikilidən (ikimərtəbli fərdi yaşayış evindən) çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə aralarındakı nikah qeydi Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Qətnaməyə əsasən birgə nikahdan doğulmuş 30 iyul 2013-cü il təvəllüdlü X8 və 09 yanvar 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay sabit pul məbləğində cəmi 320 manat alimentin tutulması qət edilmişdir. Daha sonra tərəfindən Abşeron Rayon Məhkəməsinə birgə nikah dövründə əldə edilmiş Abşeron rayon Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh, o cümlədən Abşeron rayon Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsində tikilmiş 2 mərtəbəli fərdi yaşayış evinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə cavabdehin pay hüququnun tanınması ilə bağlı iddia irəli sürülmüşdür. Abşeron Rayon Məhkəməsi 09 mart 2021-ci il tarixli 2(012)-283/2021 saylı qətnaməsi ilə iddia tələbini qismən təmin etmiş, Abşeron rayon Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin 2/3 hissəsinə onun, 1/3 hissəsinə isə Cavabdeh pay hüququnu tanımaqla, onun həmin torpaq sahəsində tikilmiş 2 mərtəbəli özbaşına tikiliyə köçürülməyi barədə qətnamə qəbul edilmişdir. Daha sonra Bakı şəhəri, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli 2(012)-283/2021 saylı qətnaməsi ilə, qeyd olunan torpaq sahəsində payı 3/5 hissədə, cavabdehin payı isə 2/5 hissədə müəyyən edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174 saylı, 14 noyabr 2019-cu il tarixli qətnaməsinə əsasən təyin olunmuş aliment məbləği uzun müddət ərzində cavabdeh tərəfindən ödənilmədiyindən xx.xx.2022-ci il tarixində Sabunçu rayon İcra şöbəsi tərəfindən qeyd olunan aliment borcu onun yuxarıda qeyd olunan torpaq sahəsindəki payına yönəldilmiş, "xxxx" MMC tərəfindən keçirilən hərracda cavabdehin qeyd olunan torpaq sahəsinə olan payı satışa çıxarılmışdır. xx.xx.2022-ci il tarixində qeyd olunan torpaq sahəsinə dair çıxarış əldə etməklə torpaq sahəsi üzərində tam mülkiyyət hüququ əldə etmişdir. Bildirmək istəyir ki, torpaq sahəsi və üzərindəki 2 mərtəbəli fərdi yaşayış evinə olan hüquqları təsdiq olunmasına baxmayaraq, cavabdeh qeyd olunan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxmayaraq, mülkiyyət toxunulmazlığı hüququnu ciddi şəkildə pozur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 hektar torpaq sahəsinə dair Cavabdeh ilə X4 arasında bağlanmış, 26 saylı Bakı şəhəri Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsində İddiaçı payının 2/3 hissədə, Cavabdeh payının isə 1/3 hissədə müəyyən edilməsi, İddiaçı həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli özbaşına tikiliyə köçürülməsi, İddiaçı və X10 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış, Bakı şəhəri, 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş, qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi, X10 və X3 arasında xx.xx.2020ci il tarixdə bağlanmış, Bakı şəhəri, 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X2 adına verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı məxsus 1 ədəd Ağ rəngli yataq dəsti (çarpayı, şkaf, termo)-4500 manat, 1 ədəd Künc divanı 1200 manat, 1 ədəd Lüstür 500 manat, 5 ədəd Xalça (iran) 2500 manat, 1 ədəd Ət çəkən maşın 250 manat, 1 ədəd Şirə çəkən maşın 180 manat, 1 ədəd Apelsin çəkən maşın 90 manat, 1 ədəd Koktelnika 180 manat, 6 Dəst (Bıçaq, çəngəl) - 380 manat, 24 Qaşıq dəsti (gümüş) 500 manat, Çay dəsti (12 nəfərlik) (Fincan, boşqab, tort qabı, çaynik) 1800 manat, 12 Madonna nahar dəsti 400 manat, 2 ədəd Xrüstal qənd qabı 160 manat, 1 ədəd Xrüstal gül qabı 270 manat, 1 ədəd Xrüstal meyvə qabı 250 manat, 1 ədəd Xrüstal ləpə qabı 170 manat, 2 ədəd Fosfor ləpə qabı 90 manat, 1 ədəd Gümüşü kofe dəsti 80 manat, 12 Lepka güldan 100 manat, 6 Lepka araq dəsti (Fincan və bakal) 220 manat, 12 Ağ güllü nahar dəsti 450 manat, 1 ədəd Elektrik samovar çaynik 280 manat, 1 ədəd Od somavarı 180 manat, 1 ədəd 2 nəfərlik döşək 80 manat, 2 ədəd 1 nəfərlik döşək 80 manat, 2 ədəd yorğan 150 manat, 1 ədəd Çəhrayı rəngli pokrival 45 manat, 1 ədəd krem rəngli pokrival 250 manat, 3 ədəd yataq dəsti (işlənməmiş) 270 manat, 1 ədəd Mətbəx dəsti (Stol, stul) 1275 manat, 5 ədəd Böyük dəsmal 100 manat, 10 ədəd əlüz dəsmalı 50 manat, 5 ədəd çay dəsmalı 100 manat, 1 ədəd Soba 220 manat, 3 ədəd Güllü qazan dəsti 380 manat, 3 ədəd Çuqun qazan dəsti 600 manat, 2 ədəd Tefal tava 170 manat, 1 ədəd Ütü 180 manat, 1 ədəd Ütü stolu 120 manat, 2 ədəd Mərmər dəst (Saat və şamdan) 950 manat, 1 ədəd Samsung markalı tozsoran 270 manat, 1 ədəd Qızılı gül qabı 70 manat, 2 ədəd Duz qabı (qədimi) 70 manat, 24 nəfərlik Xrüstal stəkan dəsti 200 manat, 24 nəfərlik Xrüstal nəlbəki dəsti 200 manat, 12 nəfərlik göy kobalt nəlbəki 80 manat, 10 nəfərlik qonaq dəsti (Termo, rəf, stol, stul) 20000 manat- cehiz əşyaları və habelə birgə nikah dövründə əldə edilmiş, uşaqlara məxsus 1 ədəd Göy rəngli uşaq mebel dəsti 1000 manat, 1 ədəd Uşaq üçün motoskl 280 manat, 1 ədəd Qız üçün velosiped 280 manat, 1 ədəd Uşaq üçün matorlu maşın 750 manat, 2 ədəd Uşaq üçün skuter 440 manat, 1 ədəd Oğlan üçün velosiped 90 manat, 3 ədəd Samokat (göy, yaşıl, çəhrayı rəngli) 180 manat, 2 ədəd Uşaq üçün pastel dəsti (qız) 240 manat, 3 ədəd Uşaq üçün pastel dəsti (oğlan) 540 manat, 2 ədəd Uşaq üçün matras 240 manat, 3 ədəd Uşaq üçün adyal 210 manat, 2 ədəd Uşaq otağı üçün pərdə 600 manat, həmin əşyalar, onlar olmadığı halda isə onların dəyərləri Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 saylı, xx.xx.2021-ci il tarixli əlavə qətnaməsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(012)- 283/2021 saylı qətnaməsinin qət etdi hissəsinin ikinci abzasında qeyd edilən "həmin torpaq sahəsində İddiaçı payı 2/3 hissədə, Cavabdeh payı isə 1/3 hissədə müəyyən edilsin ifadəsinin, "həmin torpaq sahəsində İddiaçı payı 3/5 hissədə, Cavabdeh payının isə 2/5 hissədə müəyyən edisin” ifadəsi kimi oxunması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsində İddiaçı payının 3/5 hissədə, Cavabdeh payının isə 2/5 hissədə müəyyən edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlak kimi iddia olunan əmlaklara dair iddianın qismən təmin edilməsi, 1 ədəd Bağ yelləncəyi 1000 manat, 1 ədəd Toxuma bağ stol dəsti (6 ədəd stulla) 750 manat, 1 ədəd Ağ rəngli qardirob şkaf 3000 manat, 1 ədəd Yataq dəsti (çarpayı, şkaf, termo) 1500 manat, 1 ədəd 2 nəfərlik yataq çarpayısı 300 manat, 1 ədəd Göy rəngli uşaq mebel dəsti 1000 manat, 1 ədəd Bənövşəyi rəngli uşaq mebel dəsti 1200 manat, 2 ədəd Uşaq otağı üçün lüstür 270 manat, 1 ədəd Samsung markalı paltaryuyan 1750 manat, 1 ədəd Samsung markalı soyuducu 1800 manat, 1 ədəd Televizor 1500 manat, 1 ədəd Qaz sobası 940 manat, 1 ədəd Bişirmə paneli 450 manat, 1 ədəd Pərdə (ağ qaşlı tül və göy dekor) 3500 manat, 3 ədəd lüstur- 7500 manat həmin əmlaklarda İddiaçı payının 2/3 hissədə, Cavabdeh payının isə 1/3 hissədə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan 03 mart 2022-ci il tarixli, 23/22 №-li hərrac yekunları barədə protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra edilmədiyinə görə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin Cavabdeha məxsus 2/5 hissədə payı "xxxx" MMC tərəfindən keçirilən hərracda satılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh məxsus Abşeron rayonu Masazır kəndində yerləşən 0,03 hektar torpaq sahəsində İddiaçı payının 2/3 hissədə, Cavabdeh payının isə 1/3 hissədə müəyyən edilməsi və İddiaçı həmin torpaq sahəsində tikilmiş ikimərtəbəli özbaşına tikiliyə köçürülməsi qət edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-283/2021 saylı, xx.xx.2021-ci il tarixli əlavə qətnaməsinə əsasən, İddiaçı adına qeydə alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsində İddiaçı payının 3/5 hissədə, Cavabdeh payının isə 2/5 hissədə müəyyən edilməsi qət edilmişdir. Bundan başqa Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6174 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi icra edilmədiyinə görə Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsinin Cavabdeha məxsus 2/5 hissədə payı "xxxx" MMC tərəfindən keçirilən hərracda satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışdan göründüyü kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi tam payı olmaqla xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb və onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan suiistifadə deyildir. Məhkəmə cavabdehlərin iddaçıya məxsus torpaq sahəsindən çıxmamasını iddiaçının mülkiyyət hüquqlarını və qanuni maraqlarını pozması kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan əlavə işin məhəmədə mübahisə edilməyən faktiki hallarından göründüyü kimi Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsi üzərində inşa olunmuş özbaşına tikili (ikimərtəbli fərdi yaşayış evi) tərəflərin birgə nikah dövründə tikildiyindən, məhkəmə hesab edir ki, iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçı sübutetmək vəzifəsi daşıdığı halda, hal-hazırda iddianın qeyd olunan hissəsi ilə bağlı sübutlar müəyyən edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılsın. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar