Məhkəmə qərarları › İş №e-2(012)-2434/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2434/2025

12.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2434/2025 12.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarılma və evin sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı evdən evdən çıxarılma və evin sahibliyə qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və onunla yaşayan digər ailə üzvlərinin (digər şəxslərin) onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evi və mülkiyyətində olan 0,0256 ha torpaq sahəsindən çıxarılmaları və evin onun sahibliyinə qaytarılması, eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evindən çıxarılması və evin onun sahibliyinə qaytarılması, eyni zamanda ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı (alıcı) ilə Cavabdeh (satıcı) arasında Bakı şəhəri, 14 saylı notariat kontorunda xx.xx.2023-cü il tarixli, reyestrdə 4Ə-122 nömrə ilə qeyd edilən “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1-ci maddəsinin a və b bəndlərinə əsasən Əzimova X2 rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.0256 ha torpaq sahəsini İddiaçı sataraq onun mülkiyyətinə vermişdir. Həmin müqavilənin 4-cü maddəsinə əsasən Cavabdeh (satıcı) həmin əmlakı 120000 manat qiymətinə satmış və İddiaçı (alıcı) həmin qiymətə almışdır. Müqavilənin 4-cü maddəsinin müvafiq bəndlərinə əsasən alıcı İddiaçı satıcı Cavabdeh 185,4 kv.m olan fərdi yaşayış evini 100000 manat qiymətinə, 0,0256 ha torpaq sahəsini isə 20000 manat qiymətinə almışdır. Həmin alqısatqı müqaviləsi əsasında İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində reyestr nömrəsi **********8610301 olan çıxarış alınmışdır. Həmin müqavilənin 11-ci maddəsinə əsasən satıcı Cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəliyinə götürmüşdür. Bu müddət aralarındakı razılaşmaya əsasən cavabdehin özünə yeni mənzil axtarıb-tapması və köçməsi ilə əlaqədar olmuşdur. Müqavilənin 19-cu bəndinə əsasən tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll olunur. Müəyyən olunmuş müddət başa çatdıqdan sonra Cavabdeh mənzil tapa bilmədiyini əlavə olaraq 2 ay müddət verməsini xahiş etmişdir. Həmin müddət də başa çatdıqdan sonra cavabdeh tərəfindən öhdəlikləri yerinə yetirilməmişdir. Cavabdehin xanım olmasını nəzərə alaraq iddiaçı tərəfindən ona kifayət qədər güzəştə gedilmişdir. Daha sonra dəfələrlə cavabdehin könüllü olaraq iddiaçının mənzilindən çıxması barədə danışıqlar aparamağa çalışsalar da, heç bir nəticəyə nail olmaq mümkün olmamışdır. Hazırda qeyd olunan halların aradan qaldırılması və iddiaçının humanist addımlarının müsbət nəticə vermədiyini nəzərə alaraq həmin evin boşaldılması və qanuni sahibinə təhvil verilməsi məqsədilə məhkəmə orqanlarına müraciət edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən, iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında Bakı Şəhəri 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evini alıcıya 120000 manata satmışdır. Həmin müqavilənin 11-ci maddəsinə əsasən satıcı Cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəliyinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********86-10301 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Asan-7 tərəfindən verilmiş Azərbaycan Respublikası Daxili İşlər xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı başqa Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olan heç bir şəxs yoxdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Abbasov X1 rayonu, Avşar Ə/D, Avşar kəndi, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sübutlara əsasən müəyyən olunmuşdur ki, satıcı Cavabdeh ilə alıcı İddiaçı arasında Bakı Şəhəri 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evi alıcıya 120000 manat satmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********86-10301 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. İddia ərizəsindən göründüyü kimi sözügedən fərdi yaşayış evi dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mülkiyyətində olmasına baxmayaraq, cavabdeh həmin evdən çıxmayaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehin mənzilə istifadə hüququnun itirilmiş barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Məhkəmədə işin araşdırılan hallarından göründüyü kimi, Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evi alqı-satqı müqaviləsinə əsasən İddiaçı istifadə və sahibliyinə keçmişdir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən satıcı Cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə xx.xx.2023-cü il tarixədək alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəliyinə götürmüşdür. Lakin cavabdeh müqavilə şərtlrinə əməl etməmiş, evdən çıxıb alıcıya təhvil verməmişdir. Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışa əsasən, hazırda İddiaçı mülkiyyətindədir. Lakin buna baxmayaraq cavabdeh-evin keçmiş sahibi Cavabdeh həmin evdən çıxmayaraq, iddiaçının mülkiyyət hüquqlarını pozmuş və iddiaçının həmin evdən istifadə, sahiblik hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Cavabdeh məhkəməyə üzrsüz səbəbdən gəlməmiş, həmçinin iddia tələbinin təmin olunmamasına əsas verən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə qanunun tələblərini, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi evin İddiaçı sahibliyinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ünvanında yerləşən ümumi sahəsi 185,4 kv.m olan fərdi yaşayış evindən çıxarılsın və həmin fərdi yaşayış evi evin İddiaçı sahibliyinə qaytarılsın. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar