Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1034/2022 31.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının iştirakı ilə, Ərizəçi Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının Maraqlı şəxsnə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızı ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum aktı qeydinin bərpa edilməsini, yeni şəhadətnamədə X4 doğum tarixinin xx.xx.1962-ci il, doğulduğu yerin Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “X9”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X3”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızı məhkəmə iclasında izahatında bildirdi ki, o, Ermənistan, Qafan rayonunda anadan olmuşdur. X8, anası isə X2r. X8 1997-ci ildə vəfat etmişdir. X1 isə 1996-cı ildə vəfat etmişdir. Ermənistan Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci ildən ailə üzvlərində birlikdə Azərbaycan Respublikasının bir çox rayonunda qaçqın kimi məskunlaşmışdır. Hal-hazırda ailəsiylə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır və uzun müdətdir ki, həmin evdə yaşayır. Hazırda zərurət yarandığı üçün müəyyən sənədləşmə işləri ilə bağlı ona doğum haqqında şəhadətnamə vacib lazım olmuşdur. O, bununla bağlı ilk öncə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnaməni əldə etmək istəmişdir. Lakin müsbət cavab ala bilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 22.12.2021-ci il tarixli məktubu ilə imtina cavabı verilmiş doğum aktı qeydinin bərpası üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Göstərilənlərə əsasən o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma bacısıdır.O 08.04.1955-ci il tarixdə, bacısı isə xx.xx.1962-ci ildə Ermənistanın, Qafan rayonunda doğulmuş, X6, anaları isə X5 olmuşdur. Ermənistanda olan evlərində yanğın baş verdiyi üçün onların doğum haqqında şəhadətnamələri yanmışdır. Ermənistanda olan evlərində yanğın zamanı yanmış, Azərbycan-Ermənistan münaqişəsi zamanı ailə üzvlərinin hamısı Bakıya köçmüşlər. Məhkəməyə şahid qismində cəlb edilmiş Şahid2 ifadəsində bildirdi ki, Ərizəçi onun baldızıdır. O, ərizəçinin qardaşı-Sevdiməliyev Vasif ilə 1985-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Vasifin doğum haqqında şəhadətnaməsi Ermənistanda baş verən yanğın zamanı yanmışdır. Həqiqətən də ərizəçi xx.xx.1962-ci ildə Ermənistanın, Qafan rayonunda anadan olmuş, ərizəçinin X8, anası isə X5 olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş Şahid3 ifadəsində bildirdi ki, Ərizəçi onun doğma bacısıdır. Bacısı xx.xx.1962-ci ildə Ermənistanın, Qafan rayonunda doğulmuşdur. O isə 1966-cı ildə Ermənistanın, Qafan rayonunda anadan olmuş və 1988-ci ilədək orada yaşamışdır. Azərbycan- Ermənistan münaqişələri zamanı ailə üzvlərinin hamısı Bakıya köçmüşlər. X6, anaları isə X5 olmuşdur. Bacısı Ərizəçi doğum haqqında şəhadətnaməsi Ermənistanda olan evlərində yanğın zamanı yanmışdır. İş materiallarında olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistanın, Qafan rayonunda anadan olmuşdur. İş materiallarında olan Abşeron rayonu Mehdiabad qəsəbəsi nümayəndəliyi tərəfindən verilmiş Vİ-ЖГ № 398191 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X9 ilə X18 24 iyun 1994-cü il tarixdə 26 №-li qeyd ilə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 30 mart 2002-ci il tarixli,128 nömrəli arayışda göstərilmişdir ki, X7 mərhum atası 1914-cü il təvəllüdlü Sevdimalıyev Firid Qara oğlu ikinci dünya müharibəsi illərində fevral 1942-ci il tarixdən 23.07.1943-cü il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının xx.xx.1962-ci il tarixdə Ermənistanın, Qafan rayonunda anadan olması, soyadı, adı, atasının adının X9 olması, atasının X14, anasının isə X3 olması faktı ərizəçinin izahatı, şahidlərin ifadəsi ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Bundan başqa Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqəsinin rekzivitlərində “milliyət” qrafası olmadığından, məhkəmə hesab edir ki, ərizə yeni şəhadətnamədə X4 milliyətinin “Azərbaycanlı” kimi qeyd olunması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Mirzəyeva (Sevdimalıyeva) Qızbəsti Firid qızının doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə X4 doğum tarixi xx.xx.1962-ci il, doğulduğu yer Ermənistanın Qafan rayonu, soyadı, adı, atasının adı qrafasında “X9”, ata adı qrafasında “X14”, ana adı qrafasında “X3” kimi qeyd olunsun. Ərizə yeni şəhadətnamədə X4 milliyətinin “Azərbaycanlı” kimi qeyd olunması hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1034/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1034/2022
31.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver