Məhkəmə qərarları › İş №2(012)-1037/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1037/2025

14.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1037/2025 14.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarma tələbinə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, X9 167, “AAAF Park” yaşayış massivi, ev 8, 17 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə "xxxx" MMC ilə bağlanmış E(b)/037 nömrəli alqı-satqı müqaviləsinə əsasən öz vəsaiti hesabına Abşeron rayonu, Xırdalan şəhəri, X9, 167 ünvanda yerləşən “AAAF Park” yaşayış massivində küçə 1, ev 8, 17 saylı mənzilin pulunu ödəməklə almışdır. Həmin mənzili təmir edib yaşamışdır. xx.xx.2013-cü il tarixdə cavabdehlə rəsmi nikaha daxil olaraq evlənmişdir. Evləndikdən bir müddət sonra cavabdeh tərəfindən dəfələrlə şiddətə məruz qalmış, bu səbəbdən də ona qarşı daha ağır cinayət törədəcəyi təhlükəsini nəzərə alıb valideynlərinin yaşadığı ünvanda onlarla birgə yaşamalı olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(02)- 1097/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdehdən dəfələrlə mənziliin boşaldılmasını tələb etmişdir. Müxtəlif bəhanələrlə və ona hədə-qorxu gəlməklə mənzilini boşaltmır. Cavabdehin hərəkətlərinin qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2013-cü il tarixli, E(b)/037 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-PARK» yaşayış massivindəki 1 saylı küçəsində inşa edilən (inşa edilmiş), 8 saylı, 4 mərtəbəli yaşayış binasında ümümi sahəsi 71 kv.metr olan, 2 otaqdan ibarət 17 saylı mənzili İddiaçı satmağı, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilədən görünür ki, mənzilin dəyəri tam ödənilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli, Mənzilin X8.M - 7663 (Dublikat E(b)\037 19 10.2013 tarixli müqavilə) (AAAF-İNŞAAT MMC tərəfindən satılmış təmirsiz mənzil üçün) müqavilədən görünür ki, "xxxx" MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-PARK» yaşayış massivindəki 1 saylı küçəsində inşa edilən (inşa edilmiş), 8 saylı, 4 mərtəbəli yaşayış binasında ümümi sahəsi 71 kv.metr olan, 2 otaqdan ibarət 17 saylı mənzili X3, sonuncu isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Müqavilədən görünür ki, mənzilin dəyəri tam ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin Abşeron Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X4 ilə "xxxx" MMC arasında 19 okyabr 2013- cü il tarixində, Abşeron rayonu, Xırdalan şəhəri, X9 167, “AAAF Park” yaşayış massivindəki 1 saylı küçəsində inşa edilmiş, 8 saylı yaşayış binasında, ümumi sahəsi 71 kv.m.olan 2 otaqdan ibarət 17 saylı mənzilə dair E(b)/037 nömrəli alqı-satqı haqqında müqavilə bağlanmışdır. Alıcı Mehdiyevə (indiki Çeğil) Sevil İsmayıl qızı xx.xx.2021 -ci il tarixində xx.xx.2021 -ci il tarixli 05/Q-666/69 nömrəli arayışı, “Respublika” qəzetinin 14.11,2021-ci il tarixli, 246 (7142) buraxılışlı nəşrini və Abşeron rayon Polis İdarəsinin xx.xx.2021 -ci il tarixli 128- 90145m nömrəli Arayışlarını təqdim etməklə, Ərizə ilə müraciət edərək E(b)/037 nömrəli xx.xx.2013-cü il tarixli Müqavilənin dublikatının verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında xx.xx.2021-ci il tarixində M-7663 nömrə ilə sözügedən daşınmaz əmlaka dair Dublikat müqavilə verilmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, X9 167, “AAAF Park” yaşayış massivindəki 1 saylı küçəsində inşa edilmiş, 8 saylı yaşayış binasında, ümumi sahəsi 71 kv.m.olan 2 otaqdan ibarət 17 saylı mənzildə Cavabdeh yaşayır. İşdə olan Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/q-666/69 saylı arayışdan müəyyən olunur ki, Çeğil X1 xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2184 nömrəsi ilə qeyd edilmişdir. İşdə olan AZ-İ 422446 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Çeğil X2 nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xitam verilmişdir. Bu barədə nikahın poaulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 194 saylı akt qeydi aparılmışdır. Nikah pozulduqdan sonra qadına Mehdiyeva soyadı verilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Tərəflər arasında münasibətlərin kəskinləşməsi ailənin faktiki olaraq dağılması ilə nəticələnmişdir. Nikah münasibətləri məhkəmə qətnaməsinə əsasən 11 fevral 2022-ci il tarixdə pozulmuş və bu barədə onlara xx.xx.2022-ci il tarixdə AZ-İ 422446 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. İşdəki müqavilələrdən müəyyən olunur ki, iddiaçı hələ nikahdan əvvəl, yəni xx.xx.2013-cü il tarixdə E(b)/037 saylı Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus «AAAF-PARK» yaşayış massivindəki 1 saylı küçəsində inşa edilən (inşa edilmiş), 8 saylı, 4 mərtəbəli yaşayış binasında ümümi sahəsi 71 kv.metr olan, 2 otaqdan ibarət 17 saylı mənzili dəyərini tam şəkildə ödəməklə almışdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin dəyəri iddiaçı tərəfindən tam ödənildiyinə görə, ona dair reyestrdən çıxarış mövcud olmasa da, o, həmin əmlakın faktiki mülkiyyətçisidir, belə ki Avropa İnsan Hüquqları Məhkəməsinin «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında hətta orderli mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edildiyi kimi, tərəflər arasında mübahisəli mənzillə bağlı münasibətlər 2013-cü ildə yarandığından məhkəmə hesab edir ki, bu mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normaları ilə həll edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. İş materialları ilə müəyyən olunur ki, cavabdeh boşanmadan sonra da mübahisəli evdə yaşamaqdadır. İddiaçı isə ona məxsus mənzildən istifadə edə bilmir. İddiaçı bu əsasla Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, X9 167, “AAAF Park” yaşayış massivi, ev 8, 17 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda sadalan normalara və işin hallarına əsaslanmaqla məhkəmə hesab edir ki, qeyd edilən mənzil iddiaçının faktiki mülkiyyətində olması səbəbindən və cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından onun oradan çıxarılması barədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə bütün hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı onu yaşadığı evdən qanuni əsas olmadan məhrum edib. Qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli mənzilə dair gözlənilən mülkiyyət (gözlənti) hüququ mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində məskunlaşması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, X.X.İsrayıllı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada qismən sübut edə bilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, X9 167, “AAAF Park” yaşayış massivi, ev 8, 17 saylı mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, X9 167, “AAAF Park” yaşayış massivi, ev 8, 17 saylı mənzildən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar